Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

Ölümü(xatırlamaq) yada salmaq.



Ölümü yada salıb xatırlamaq müstəhəb olan əməllərdən biridir. Ölümü yada salmaq insanın qəlbini təmizləyər və imanın artmasına səbəb olar.

قَالَ رَسُولُ اللهِ(ص): إِنَّ هَذِهِ الْقُلُوبُ تَصْدَأُ كَمِا يَصْدَءُ الْحَدِيْدُ إِذَا أَصَابَهُ الْمَاءُ قِيْلَ: وَمَا جَلاؤُهَا؟ قَالَ(ص): كَثْرَةُ ذِكْرُ الْمَوْتِ وَتَلاوَةُ الْقُرْآنِ

Həzrət Peyğəmbər(s) buyurmuşdur: “Həqiqətən, bu qəlblər dəmirə su dəydikdə paslandığı kimi paslanar. Dedilər: “Ya Rəsulallah, onun cəlası nədir?” Həzrət buyurdu: “Ölümü çox yada salmaq və Quran oxumaq.”

قَالَ عَلِيٌ(ع): ذِكْرُ الْمَوتِ جِلاءُ الْقُلُوبِ

İmam Əli(ə) buyurur: “Ölümü xatırlamaq qəlbin qaralığını təmizləyər.”

Ümumiyyətlə İslamın böyük şəxsiyyətləri, Peyğəmbərlər, imamlar, müctehid və alimlər həm özləri ölümü xatırladıblar, həm də insanlara bu əməli tövsiyə etmişlər.

قَالَ رَسُولُ اللهِ(ص): من اكثر ذكر الموت احبه الله

Həzrət Peyğəmbər(s) buyurur: “Hər kəs ölümü çox xatırlayarsa, Allah onu sevər.”

قَالَ عَلِى(ع): من اكثر ذكر الموت رضى من الدنيا باليسير

Həzrət Əli(ə) buyurur: “Ölümü çox yada salan şəxs bu dünyanın azına belə qane və razı olar.”

قَالَ عَلِيٌ(ع): وَيْلٌ لِمَنْ غَلَبَ عَلَيْهِ الْغَفْلَةُ فَنَسَى الْرِّحْلَةَ وَ لمَْ يَسْتَعِد

Həzrət Əli (ə) buyurur: “Vay olsun qəflətin qalib gəldiyi, dünyadan köçəcəyini yaddan çıxaran və özünü ölümə hazırlamayan şəxsin halına.”

قَالَ رَسُولُ اللهِ(ص): (معاشر الناس) التقوى التقوى...

أذكرو الممات و الحساب و الموازين و المحاسبة بين يدى رب العالمين و الثواب و العقاب فمن جاء بالحسنة أثيب عليها و من جاء بالسيئة فليس له فى الجنان نصيب

Həzrət Peyğəmbər(s) buyurur: “Camaat! Allahdan qorxun! Allahdan qorxun!... Ölümü yadınıza salın. Bilin ki, qiyamət günü Allahın hüzurunda sizdən etdiyiniz savab, xeyirli və pis əməllərnizdən hesab alınacaq. Hər kəs Qiyamət günü yaxşı əməllə hesaba gələrsə ona əcr və savab verilər və hər kimin əməli düzgün olmazsa ona Cənnət nəsib olmayacaq.”

İnsan bir vaxt öləcəyini və Qiyamət günü dirilib hesab-kitab verəcəyini yadına salıb düşünərsə, onun qəlbi nurani olar. Ölümü xatırlamağı Allah-təala öz peyğəmbərlərinə təkid etmişdir. Allah-təala bu barədə İsa peyğəmbərə belə moizə etmişdir:

يَا عِيسَى وَ إِذا ضَحِكَ الْبَطَّالُونَ فَقُمْ عَلَى قُبُورِالْأَمْوَاتِ فَنَادِهُم بِالصَّوْتِ الرَّفِيْعِ لَعَلَّكَ تَأْخُذ مَوْعِضَتَكَ مِنْهُم

“Ya İsa! Batil insanlar boş-boş danışıb güldükləri zaman, sən get qəbristana. Orada ölüləri uca səslə çağır. Bəlkə onların sənə verdiyi nəsihətləri eşidəsən.”

İslamda böyük şəxsiyyətlər də qəbristana gedib ölümü yadlarına salardılar. O böyük şəxsiyyətlərdən bir də İmam Əli(ə) olmuşdur. İmam Əli(ə) qəbristana gedər və ölüləri belə səsləyərdi:

السلام على اهل لا اله الا اللهِ من اهل لا اله الا اللهِ كيف و جدتم قول لا اله الا اللهِ

Salam olsun la ilahə illəllah əhlinə, la ilahə illəllah əhlindən! (Ey la ilahə illəllah deyib bu torpaq altında yatanlar) dünyada dediyiniz la ilahə illəllah sözünü orada necə gördünüz?!…

İmam Əli(ə) ölülərlə belə söhbət edərək ölümü xatırlayardı.

İmam Əli(ə)-dan belə bir rəvayət nəql olunmuşdur ki, o Həzrət Siffeyn müharibəsindən qayıdarkən Kufə qəbristanlığının yanında durub üzünü qəbrlərə tutaraq belə buyurdu:

يَا أَهْلَ الدِّيارِ الْمُوهِشَةِ وَ الْمِحَالِ الْمُقْفِرَةِ والقُبُورِ الْمُظْلِمَةِ يَا أَهْلَ التُّرْبَةِ يَا أَهْلَ الْغُرْبَةِ يَا أَهْلَ الْوَحْدَةِ يَا أَهْلَ الْوَحْشَةِ أَنْتُمْ لَنَا فَرَطٌ سَابِقٌ وَنَحْنُ لَكُمْ تَبَعٌ لاحِقٌ أَمَّا الْدُورُ فَقَدْ سُكِنَتْ وَ أَمَّا الْأَزْوَاجُ فَقَدْ نُكِحَتْ وَ أَمَّا الْأَمْوَالُ فَقَدْ قُسِمَتْ هَذَا خَبَرٌ مَاعِنْدَ نَا وَ مَا خَبَرٌ مَا عِنْدَكُمْ ثُمَّ الْتَفَتَ إِلى أَصْحَابِهِ فَقَالَ: أَمَّا لَوْ أُذِنَ لَهُمْ فِى كَلامِى لَأَ خْبِرُوكُمْ إِنَّ خَيْرَ الزَّادِ التَّقْوى

“Ey vəhşətli evlərin sakinləri! Ey zülmət qəbrlərin əhli! Ey torpaq altında yatanlar! Ey qürbət əhli! Ey tənha evlərin əhli! Ey vəhşət əhli! Siz bizdən əvvəl bu diyara gəldiniz və biz də sizə qovuşacağıq. Əgər burda olan xəbərləri eşitmək istəyirsinizsə, sizə çatacaq xəbərlər budur: Siz öləndən sonra evlərinizdə başqaları sakin oldu. Həyat yoldaşlarınız başqaları ilə evləndi. Vərəsələriniz mallarınızı öz aralarında bölüb dağıtdılar. Buradan sizə çatacaq xəbərlər yalnız bunlardar. İndi orada olan xəbərləri siz deyin.” Sonra o Həzrət üzünü əshabına tərəf çevirib buyurdu: “Əgər onlara danışıq icazəsi verilsəydi, onlar durub belə deyərdilər: “Ya Əli, burada hər şeydən mühüm və dərdə dəyən əməl yalnız təqvadır.”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NAMAZ VAXTLARI
AVESTA
İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri

 
user comment