«Bid`» kəlməsi lüğət baxımından yeni zühur edən yeni bir iş mə`nasınadır.[1] Dində isə bid`ət dedikdə: «hər hansı ixtira olunmuş yeni bir saxta (qondarma) işi və sözü şəriət sahibinə aid etmək» nəzərdə tutulur.[2]
Peyğəmbəri Əkrəm ¡-in sünnəsi ona görə islami şəriət mənbələrindən hesab olunur ki, Allah-taala «Həşr» surəsinin 7-ci ayəsində buyurur:
﴿مَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا﴾
"Peyğəmbərin sizə gətirdiyi hər bir şeyi əxz edin, sizi çəkindirdiyi hər bir şeydən çəkinin."
«Nəcm» surəsinin 3-cü ayəsində isə buyurulur:
﴿وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى﴾
"O (Peyğəmbər), heç vaxt həvayi-nəfs üzündən danışmır. Onun dedikləri ona nazil olan vəhydən başqa bir şey deyildir."
«Əhzab» surəsinin 21-ci ayəsində isə belə buyurulur:
﴿لَقَدْ كٰانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كٰانَ يَرْجُو اللهَ وَالْيَوْمَ الْـٰاخِرَ وَ ذَكَرَ اللهَ كَثِيرًا﴾
"Həqiqətən Allahın Rəsulunda sizin üçün gözəl nümunələr vardır; o kəslər üçün ki, Allaha və Qiyamət gününə ümidləri vardır, Allahı çox yad edərlər."
«Ali-Imran» surəsinin 31-ci ayəsində isə deyilir:
﴿قُلْ إِنْ كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ﴾
"De: Əgər Allahı sevirsinizsə, mənə itaət edin ki, Allah da sizi sevsin və sizin günahlarınızı bağışlasın."
«Ə`raf» surəsinin 158-ci ayəsində buyurulur:
﴿فَآمِنُواْ بِاللّهِ وَرَسُولِهِ النَّبِيِّ الأُمِّيِّ الَّذِي يُؤْمِنُ بِاللّهِ وَكَلِمَاتِهِ وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ﴾
"Belə isə, Allaha və Onun Rəsuluna iman gətirin; həmin məktəbdə oxumamış Peyğəmbər ki, Allaha və Onun kəlmələrinə iman gətirmişdir; ona tabe olun ki, bəlkə hidayət olunasınız."
Çoxlu hədislərdə qeyd olunur ki, Peyğəmbər ¡ müsəlmanları öz sünnəsinə tabe olmağa təşviq etmiş və onunla müxalifətdən çəkindirmişdir. Misal üçün, bu hədisi qeyd edə bilərik:
فَمَنْ رَغِبَ عَنْ سُنَّتُي فَلَيْسَ مِنِّي
"Hər kəs mənim sünnəmdən üz çevirsə, məndən deyildir."[3]
Buna əsasən, sünnə islami bir istilah və şər`i bir həqiqətdir. «Allahın Rəsulunun ¡ sünnəsini əxz etmək» yə`ni o həzrətin sirəsi (adət-ən`ənəsi, rəftarı və davranışı), hədisi və başqalarının əməlini təsdiqləməsi dedikdə məqsəd yalnız o həzrətdən nəql olunan hədislərdə xülasələnir ki, hal-hazırda islami təhqiqat mənbələrində, təfsir, siyrə və hədis kitablarında yazılıb saxlanmışdır. O cümlədən, Ayişənin Peyğəmbər ¡-dən nəql etdiyi bu hədisi qeyd etmək olar:
النِّكَاحُ سُنَّتِي فَمَنْ لمَ ْيَعْمَلْ بِسُنَّتِي فَلَيْسَ مِنِّي
"Evlənib ailə qurmaq mənim sünnəmdir: hər kəs mənim sünnəmə əməl etməsə, məndən deyildir."[4]
Əmr Məznidən rəvayət olunur ki, Peyğəmbəri Əkrəm ¡ belə buyurmuşdur:
مَنْ اَحْيَى سُنَّةً مِنْ سَنَّتِي فَعَمِلَ بِهَا النَّاسُ، كَانَ لَهُ مِثْلُ اَجْرِ مَنْ عَمِلَ بِهَا، لاَيَنِقَصُ cاللّهُç مِنْ اُجُورِهِمْ شَيْئًا وَمَنِ ابْتَدَعَ بِدْعَةً فَعَمِلَ بِهَا، كَانَ عَلَيْهِ اَوْزَارُ مَنْ عَمِلَ بِهَا لاَينْقَصُ cاللّهُç مِنْ اَوْزَارِ مَنْ عَمِلَ بِهَا شَيْئًا.
"Hər kəs mənim sünnələrimdən birini dirlçəltsə və camaat da ona əməl etsə, onun savabı həmin işə əməl edənlərin savabı qədərdir və Allah-taala onların savablarından heç bir şey azaltmadan həmin miqdarı ona verər. Hər kəs özündən sonra bir bid`ət qoysa və ona əməl olunsa, ona əməl edən bütün şəxslərin günahları artırılıb-azaldılmadan onun üzərinə gələcəkdir. Allah da ona əməl edənlərin günahından heç nə azaltmaz."[5]
Cabirdən rəvayət olunur ki, Peyğəmbər ¡ belə buyurur:
اَمَّا بعْدُ، فَاِنَّ خَيْرَ الْاُمُورِ كِتَابُ اللهِ وَخَيْرَ الْهُدَي هُدَي مُحَمَّدٍ، وَشَرَّ الْاُمُورَ مُحْدَثَاتُهَا، وَكُلُّ بِدْعَةٍ ضَلاَلَةٌ.
"Əmma bə`d; həqiqətən işlərin ən yaxşısı Allahın Kitabı, ən yaxşı hidayət Muhəmmədin hidayətidir: ən pis şey isə bid`ətlərdir, hər bid`ət də azğınlıqdır."
Digər rəvayətdə isə belə buyurduğu nəql olunur:
اِنَّ اَفْضَلَ الْهُدَي هُدَي مُحَمَّدٍ
"Hidayətlərin ən yaxşısı Mühəmmədin hidayətidir."[6]
Ibni Məs`ud deyir ki, Peyğəmbər ¡ belə buyurdu:
سَيَلِي اُمُورَكُمْ بَعْدِي رِجَالٌ يُطْفِئُونَ السُّنَّةََ وَيَعْمَلُونَ بِالْبِدْعَةِ، وَيُؤَخِّرُونَ الصَّلاَةَ عَنْ مَوَاقِيتِهَا.
"Tezliklə sizin işlərinizin idarə olunmasını elə şəxslər öhdəsinə alacaqlar ki, onlar sünnəni söndürəcək, bid`ətlərə əməl edəcək və namazı öz vaxtından tə`xirə salacaqlar." Soruşdum: «Ya Rəsuləllah! Əgər onları görsək, nə edək?» Həzrət buyurdu: "Ey Ümmi Əbdin oğlu! Nə edəcəyini məndən soruşursan?! Hər kəs Allaha qarşı itaətsizlik edərsə, onun itaət olunmağa haqqı yoxdur!!"[7]
Ibni Abbas deyir ki, Peyğəmbər ¡-in belə buyurduğunu eşitdim:
اَبَى اللّهُ اَنْ يَقْبَلَ عَمَلَ صَاحِبِ بِدْعَةٍ حَتَّى يَدَعَ بِدْعَتَهُ
"Allah bid`ət qoyan bir şəxsin əməlini, bid`ətindən əl çəkməyincəyə qədər qəbul etməz."[8]
Hüzeyfə nəql edir ki, Peyğəmbər ¡ belə buyurdu:
لَايَقْبَلُ اللّهُ لِصَاحِبِ بِدْعَةٍ صَوْمًا وَلاَ صَلاَةً وَلاَ صَدَقَةً وَلاَ حَجًّا وَلاَ عُمْرَةً وَلاَ جِهَادًا وَلاَ صرْفًا وَلاَ عَدْلاً، يَخْرُجُ عَنِ الْاِسْلاَمِ كَمَا تَخْرُجُ الشَّعرَةُ مِنَ الْعَجِينِ.
"Allah-taala bid`ət qoyan şəxsin heç bir orucunu, namazını, sədəqəsini, həccini, ümrəsini, cihadını, nafiləsini və fərizəsini qəbul etməz; o, tükün xəmirdən çıxdığı kimi Islam dinindən xaric olar."[9]
Mütəal Allah bid`əti «Hədid» surəsinin 27-ci ayəsində xatırladaraq buyurmuşdur:
وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ
"Onların bid`ət olaraq qoyduqları röhbaniyyəti (tərki-dünyalığı) onlara vacib etməmişdik."
Mətləbin xülasəsi
Islam şəriəti o şeylərdən ibarətdir ki, Allahın Kitabında və Peyğəmbər ¡-in sünnəsində gəlmiş və bu ikisindən əldə edilmiş olsun. Bid`ət dindən ayrı və xaric olan bir şəxsi rə`ydir ki, dinə daxil edilmiş olsun. O nə Allahın Kitabında, nə də Peyğəmbərin sünnəsində gəlməmiş, bu ikisindən də əxz edilməmişdir.
Hətta onlara ictihad, yaxud «məsalehi mürsələ» adları qoysaq da, yaxud müasir dövrün istilahı ilə desək, zamanın ehtiyaclarına mütənasib olan, «tə`sir qəbul edən Islam» adlandırsaq belə, hər nə olursa olsun, bu kimi işlərin hamısı Peyğəmbər ¡-in hədislərində «bid`ət və bid`ətçi» adı ilə gələn hədislərin xarici nümunələridir.
[1] «Əl-möcəmul-vəsit», bid` maddəsi.
[2] «Müfrədati-Rağib», bid` maddəsi.
[3] «Əl-mö`cəmul-müfəhrəs li əlfazil-hədis», «sünnə» maddəsi.
[4] «Sünəni ibni Macə», kitabi-nikah, hədis:1845, səh.592.
[5] Yenə orada, səh.76, hədis:209-210; «Sünəni Termizi», 1-ci cild, səh.147-148.
[6] Yenə orada, səh.17, hədis:45, hədis2; «Sünəni Darəmi», 1-ci cild, səh.49, hədis:45.
[7] Yenə orada, cihad kitabı, səh.296, hədis:2865; «Müsnədi Əhməd», 1-ci cild, səh.400.
[8] Yenə orada, müqəddimə, səh.19, hədis:49-50.
[9] Yenə orada.