Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

İraq Hizbullahı Küveyt dövlətini hədələdi

İraq Hizbullahı Küveyt dövlətini hədələdi

Seyyid Vasiq: Küveytin Fars körfəzi sahillərində tikməkdə olduğu Mübarək adlı limanının istifadəyə veriləcəyi təqdirdə Fars körfəzində əmin-amanlığın pozulacağ. Heç bir gəminin həmin limana yan almasına imkan verməyəcəyik. Biz ölkəmiz uğrunda şəhid olmağa hazırıq.

İraq Hizbullahı Küveyt dövlətini hədələdi

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən İraq Hizbullah təşkilatının rəhbərinin İraqın "Əş-Şərqiyyə nyus" kanalına müsahibə verib.

Təqlid Mərcəsi Ayətullah Seyyid Ələvi Qürqaninin İraqdakı nümayəndəsi Hüccətül-İslam Seyyid Vasiq əl-Bətat müsahibəsində Hizbullah təşkilatın mövcudluğunu elan edərək bildirib ki, təşkilatın amalı İraq xalqına xidmət etməkdir ki, silahlarımız da İraq xalqına deyil, yalnız və yalnız xarici düşmənlərə qarşı yönəlmişdir.

Seyyid Vasiq əl-Bətat müsahibəsi zamanı Küveytin Fars körfəzi sahillərində tikməkdə olduğu Mübarək adlı limanının istifadəyə veriləcəyi təqdirdə Fars körfəzində əmin-amanlığın pozulacağını bildirərək deyib ki, heç bir gəminin həmin limana yan almasına imkan verməyəcəyik. Biz ölkəmiz uğrunda şəhid olmağa hazırıq.

Qeyd edək ki, Küveyt dövləti keçən ilin avqustundan Küveyt sahillərində Mübarək adlı liman tikir ki, həmin liman İraq dövlətinin kəskin etirazına səbəb olmuşdur. Belə ki, İraq höküməti təkid edir ki, bu limanın tikilişi 1993-cü ildə BMT-nin İraq və Küveytin su sərhədlərinin delimitasiyası haqda qəbul etdiyi 833 saylı qətnaməyə ziddir.

Xatırladaq ki, Kuveytin Liman tiktirməsindən məqsədi ticarətdən çox ABŞ hərbi gəmilərinə yer verməkdir.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək

 
user comment