Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Tehran Cümə Namazı İmam Xameneinin imaməti ilə qılındı + FOTO

İmam Xamenei: “İranın Bəhreynin daxili işlərinə qarışması ilə bağlı ittihamlar böhtandır. Biz müdaxilə etsəydik vəziyyət başqa cür olardı. Biz atdığımız addımları açıq élan edirik. Biz rejionda xərçəng şişi olan İsrailllə 33 və 22 günlük müharibələrə qarışdıq və İsrail məğlub oldu. Biz bunu açıq deyir və kimsədən çəkinmirik…”


Tehran Cümə Namazı İmam Xameneinin imaməti ilə qılındı + FOTO

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən Tehranın keçən həftəki  Cümə Namazı Dünya Müsəlmanlarının Lideri İmam Xamenei cənablarının imaməti ilə qılındı. Həzrəti Ayətullah Xamenei bu bir daha cümə namazı xütbələrində əsas nöqtələrə toxunaraq “İran İslam İnqilabı diktator bir rejimi devirib...” deyə dünyanın azadsevər xalqlarına bildirdi.

O, çıxışında “İnqilabın şüarları bu gün də dəyişməyibsə demək o elə əvvəlki yolunu gedir…” deyə xütbəsinə davam etdi.

İmam Xamenei həzrətləri “Zəif nöqtələri gizlətməyək. Onları araşdırıb kökünü kəsək…” deyərək elm və texnologiyadakı tərəqqini İslam İnqilabının güclü nöqtələrindən yalnız biri olduğunu önə çəkərək: “İran elmi tərəqqi baxımından məntəqədə birinci, dünyada on yeddincidir – bunu biganə araşdırma mərkəzləri etiraf edir…” deyə vurğuladı.

Həzrəti Ayətullah Xamenei həmçinin buyurdu: “Sanksiyalar bizə fayda verir, asılılıqdan qurtarırıq, müstəqilliyimiz güclənir…”

Dünya Müsəlmanlarının Lideri İslam İnqilabının davamlı olmasına işarə edərək dedi: “İnqilabı dəyərlər ikinci, üçüncü nəslə ötürülüb. Şəhid alimlərimiz Mustafa Əhmədi Rövşən, Rizainejad inqilab, müharibə dövrünü görməsələr də dini vəzifələrini dərk edib yüksək elmi məqama çatmışdılar…”

O, daha sonra İnqilabı aradan aparan amillərə toxunaraq buyurdu: “Zəif nöqtələrimizdən biri bəzi məsul şəxslərin dünya malına meyli, dəbdəbəli həyata maraq göstərməsidir… Bu ruhiyyə aradan qaldırılmalıdır…”

İmam Xamenei cənabları ABŞ və sionist qüvvələrinin İran İslam Respublikasını Bəhreynin daxili işlərinə dəxalət etməkdə günahlandırmasına toxunaraq dedi: “İranın Bəhreynin daxili işlərinə qarışması ilə bağlı ittihamlar böhtandır. Biz müdaxilə etsəydik vəziyyət başqa cür olardı. Biz atdığımız addımları açıq élan edirik. Biz rejionda xərçəng şişi olan İsrailllə 33 və 22 günlük müharibələrə qarışdıq və İsrail məğlub oldu. Biz bunu açıq deyir və kimsədən çəkinmirik…”

İmam Xameneyi daha sonra bütün bu böhtanların İran islam Respublikasına verilməsinin səbəbini açıqlayaraq bildirdi: “ABŞ-ın ictimai, iqtisadi durumu ağırdır. ABŞ prezidenti bunu gizlətməyə çalışır, son dörd ayda nümayişçilərə qarşı polis zorakılığından danışmır…”

Sonda İmam Xameneyi dedi: “ABŞ süqut edir. Onun məntiq dili olmadığından yeganə silahı zordur. Bu isə çox davam edə bilməz. Sovetlər İttifaqının aqibəti ABŞ-ın intizarındadır…”

 

 

 

 


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı

 
user comment