Azəri
Wednesday 24th of July 2024
0
نفر 0

ŞƏRAB, BAŞQA GÜNAHLARIN AÇARIDIR

 

Məmun-ər-Rəşid bəni-Əbbas xəlifələri arasında elmi mübahisələrə daha çox diqqət edən bir şəxs idi. Nəql edirlər ki, o, həftədə iki dəfə məclis təşkil edər, alimləri, elm sahiblərini oraya dəvət edib çətin məsələlər haqqında bəhs edərmiş.

Günlərin birində üst-başı çox da səliqəli olmayan bir dərviş məclisə daxil olur və bir guşədə oturur. Hər kəs öz növbəsində bir çətin məsələ barəsində söz açır. Dərvişə növbə çatanda, məharətlə çox çətin bir məsələni həll edir. Məmun onun bu elmini görüb yuxarı başa keçirir. Hansı məsələ müzakirəyə qoyulursa, dərviş tez cavabını tapır. Məclisin sonunda Məmun hamını şərab süfrəsinə dəvət edir, dərvişə təklif olunanda isə, bu işdən imtina edir. O, Məmundan icazə alaraq sözə başlayır:

Şərab və içkidən tövbə

Hər bir insan öz həyatında müxtəlif günahlara və ən azı, kiçik xətalara yol verir. Elə buna görə də, Allah-təala həmişə tövbə qapısını bəndələrinin üzünə açıq qoyub. Allah tövbə edən bəndələrini çox sevir. Necə ki, Qurani-Kərimdə buyurur:

إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

“Həqiqətən, Allah, tövbə edənləri və pakları dost tutur."

“Tövbə”, yəni, peşmançılıq, günahın ziddi, qayıtmaq, düz yola dönmək. Onu da qeyd edək ki, Qurani-Kərimin dediyinə görə günahlardan tövbə etmək vacibdir. Allah-təala buyurur:

أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً

.

“Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız!”

Tövbə edən şəxs üç şeyi özündə yaratmalıdır:

Birinci: İmanını qüvvətləndirib, Allaha yəqinliyini artırmalıdır.

İkinci: Etdiyi işdən həqiqətdən peşiman olmalıdır.

Üçüncü: Etdiyi işi birdəfəlik tərk etməlidir.

İnsan ölüm məqamına çatanda, bəzən tövbə etməyə macal tapmır. Nəql edirlər ki, insanın ölüm vaxtı çatanda, Cənabi Əzrail (ələyhis-salam) onun başının üstünü alar və elan edər ki, sənin ölümündən bir saatdan da az vaxt qalıb. O vaxt o şəxsə elə təəssüf və hüzn üz verər ki, hətta məğribdən məşriqə kimi dünyanın hamısını Cənabi Əzrail (ələyhissalam)-a verməyə hazır olar, təki ona yalnız, bir neçə saat möhlət versin, amma mümkün olmaz.

Başqa rəvayətdə nəql olunur. Bəndənin dünyadan köçmək vaxtı çatanda, gözləri önündən dünyanın pərdəsi götürülər, öz ölümünə yəqinlik tapar. Cənabi Əzrail (ələyhissəlam)-ın yanında zar-zar ağlayar ki, heç olmasa mənə bir gün möhlət ver. Peşiman əllərimi Allah dərgahına qaldırım, bəlkə günahlarımdan keçə, tövbəmi qəbul edə! Cənabi Əzrail buyurar: “Heç vaxt! Heç vaxt! Sənin ömrünün vaxtı qurtarıb, vaxtın qalmayıb getməlisən! Bir saat da olsa, vaxtın yoxdur”. Bu vaxt insanın tövbə qapısı bağlanır, ruhu bədənində titrəyir və qüssə boğazını tutur. Ömrünü zay etməsinin acı həsrətini çəkir.

Gəlin, tövbə edək! Gəlin, nə qədər ki, gec deyil, Allahın haram və murdar buyurduğu şeylərdən çəkinək! İnsan, ömrünün axırına qədər şeytanın əlindən tövbə etməyə macal tapmır, gəlin, tövbəni ölüm ayağına saxlamayaq.

Allah-təala Quranda buyurur ki, Mən “şirk”dən başqa bütün günahları bağışlayacağam. Bəs, belə isə onda şərab içənlər düşünməsinlər ki, mən tövbə etsəm, qəbul olunmaz. Əgər xalis niyyətlə tövbə edilsə, qəbul olunar.

Tarixdən Hürr ibni Riyahinin əhvalatı məlumdur. Onun əhvalatından məlum olur ki, günah nə qədər böyük olsa belə, Allahın rəhməti ondan daha böyükdür. Hürr ibni Riyahi özü deyir:

“Hüseyn can! Mən birinci şəxsəm ki, Həzrəti Zeynəb (salamullahi ələyhan)-ı narahat etdim. Sənin yolunu kəsdim”.

Hürr o şəxs idi ki, həzrəti imam Hüseyn (ələyhisəlam)-ın Mədinəyə qayıtmasının qarşısını alaraq o Həzrəti mühasirədə saxladı. Bu müddətdə qoşunlar gəlib çatdı və İmam Hüseyn (əleyhissalam)-ı şəhadətə yetirdilər. Bu günah çox böyükdür, amma onun tövbəsi ondan da böyükdür. Bu günahdan tövbə etməyə gərək fürsət tapasan. Allah bu fürsəti Hürrə qismət etdi. Allahın rəhməti hər şeydən böyükdür.

Ravi nəql edir: Aşura günü gördüm ki, Hürrün vəziyyəti dəyişərək bədəni titrəməyə başladı. Dedim: “Nəyə görə titrəyirsən? Hələ ki, döyüş başlamayıb, nə xəbərdir?” Cavab verdi: “Xeyr! And ola Allaha, özümü Behiştlə Cəhənnəm arasında görü-rəm! Nə pis iş gördüm? İndi nə edim?” O, Həzrəti imam Hüseyn (ələyhis-səlam)-ın xidmətinə gəlir. İmam onun günahından keçərək ona ehtiramla salam verir.

Sözsüz ki, İmam bağışladığı şəxsi Allah da bağışlayar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

 
user comment