Azəri
Thursday 18th of July 2024
0
نفر 0

ƏHLİ-BEYT (Ə)-IN ƏXLAQ VƏ TƏRBİYƏVİ MƏKTƏBİ

 

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əhli-beytindən olan məsum İmamlar bilirdilər ki, nə qədər ki, sağdırlar özlərinin qanuni hakimiyyəti (zalım xəlifələrin qəsb etmələri səbəbilə) onlara çatmayacaqdır, nəticədə onların özləri və şiələri çox çətin şəraitdə, zalım hakimlərin hərtərəfli təzyiqlərinə məruz qalacaqlar.

Məhz bu səbəbə görə də təbiidir ki, İmamlarımız bir tərəfdən bu təzyiqlər müqabilində dini, özlərinin, habelə şiələrin canlarını hizf etmək üçün daha ehtiyatlı bir yol seçməli, başqalarının canı təhlükəyə düşmədiyi və dinə xətər yetmədiyi bir vaxta qədər təqiyyəyə riayət etməli idilər ki, bu yolla da özlərini kinəli və inadkar düşmənlər müqabilində qorusunlar.

Digər tərəfdən isə məsuliyyətli İmamət vəzifəsinin tələbinə uyğun olaraq İslam hökmlərini və göstərişlərini öz şiələrinə öyrətməklə onları səhih və kamil dinə tərəf sövq etməli, onları faydalı ictimai təkamül yolunda elə tərbiyə etməli idilər ki, həqiqi müsəlman nümunəsi olsunlar.

Əhli-beyt (əleyhimüssalam)-ın rəhbərlik etdiyi bu səhih proqramların şərhi bu kitaba sığmaz. Onların bu zəminədəki hədislərini ehtiva edən müfəssəl və qalın kitablar qeyd olunan məarif və təlimatları özündə yerləşdirir. O Həzrətlərin etiqadi bəhslərə oxşar olan təlim və tərbiyəvi proqramlarından bir neçəsini qeyd etmək yerinə düşərdi. Belə ki, onların bu proqramları öz şiələrini faydalı ictimai üsullara yönəldərək tərbiyə etdir, yüksək İlahi mərtəbəyə, məqama yaxınlaşdırır, qəlblərini, ruhlarını günah və rəzilət çirkinliklərindən paklayıb sədaqətli, adil insanlar yetişdiriridilər

Yuxarıda bu ictimai və faydalı proqramlardan biri olan təqiyyə barəsində söhbət olundu, indi isə, Əhli-beyt (əleyhimüssalam)-ın tərbiyəvi məktəbindən bir neçə təlimi əziz oxucuların nəzərinə çatdırırıq.

DUA VƏ RAZ-NİYAZ BARƏSİNDƏKİ ƏQİDƏMİZ

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

Dua möminin silahı, dinin sütunu, yer və göylərin nurudur.

Dua və Allahla raz-niyaz və münacat şiələrə məxsus xüsusiyyətlərindəndir ki, onun vasitəsi ilə seçilmiş, onun qaydaları və fəziləti ilə ünsiyyət bağlamışlar. Əhli-beyt (əleyhimüssalam)-dan gəlib çatan dualar barədə böyüklü-kiçikli onlarla kitab təlif olunub. Bu kitablarda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak Əhli-beytindən şiələri dua və münacata sövq etmələri, rəğbətləndirmələri barədə çoxlu sifarişlər qeyd olunmuşdur. Belə ki, hədislərin birində buyurulur:

Ən fəzilətli ibadət duadır.

Yer üzündən Allah üçün təqdim olunan ən sevimli əməl–duadır.

Dua xoşagəlməz hadisələri, bəlanı dəf edir.,

Dua hər bir dərdin dərmanıdır.

Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) barəsində nəql olunub ki, O Həzrət başdan-ayağa dua idi. Yəni, həddindən artıq dua oxuyar, Allahla münacat edərdi. Müvəddihlərin ağası, Allahpərəstlərin rəhbəri, mövlası olan şəxs elə bu cür olmalıdır.

O Həzrətin duaları da xütbələri kimi, ərəb bəlağətinin, söz ustalığının şah əsərlərindəndir. Məsələn, O Həzrətin Kumeyl ibni Ziyada öyrətdiyi dua ilahi məarifi, dərin dini göstərişləri və həqiqətləri ehtiva edir ki, hər bir müsəlman şəxs üçün ən ali, ən dəyərli və səhih tərbiyəvi proqram ola bilər.

Doğrusu Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və Onun pak Əhli-beytindən gəlib çatan dualar ən gözəl tərbiyəvi məktəb kimi hər bir müsəlmana örnək olmalıdır. Elə məktəb ki, insan onun barəsində dərindən təfəkkür etsə, daxilində haqq yola olan iman qüvvəsi, dərin etiqad, bu yolda fədakarlıq ruhu yaradır, haqqa pərəstiş sirrini ona anladır, Allahla münacatınvə yalnız Ona bağlılığın ləzzətin insana dadızdırır, insanın Allah dərgahında məqamını yüksəldən amilləri təlqin edir, dinə tabe olmaq və vəzifəsini tanımaq yollarını öyrədir, insanı fəsaddan, həvayi-nəfsə pərəstişdən, batil işlərdən və bidətlərdin uzaqladır.

Xülasə şəkildə demək olar ki, bu dualarda dini məarif, əxlaqiyyat, tərbiyə, əqidə məsələsi qısa şəkildə əks etdirilmişdir, həm də bu dualar fəlsəfi elmlərin, elmi-fəlsəfi və əxlaqi təfəkkürün ən mühüm ideoloqi mənbəyi hesab olunur.

Əgər insanlar bu parlaq və dəyərli dualarla düzgün hidayət oluna bilsəydilər, (əfsuslar olsun ki, əksəriyyəti hidayət oluna bilmir) bu fəsaddan əsər-əlamət qalmazdı; çirkablarda, günah zindanlarında əsarətdə olan bu ruhlar haqq və paklıq səmasında azad pərvaz edərdi. Quranın buyurduğu kimi:

Həqiqətən insanın nəfsi (daim) onu pisliklərə, əyriliklərə sövq edir.

(Ey Peyğəmbərimiz,) camaatın əksəriyyəti, onların iman gətirməkləri üçün həris olub çoxlu israr etsən də belə. iman gətirməyəcək.

İnsanda pis əməllərin kök salmasının səbəbi budur ki, o öz-özünə qürur hissi keçirərək pis əməllərini görməməzliyə vurur, onları tərsinə cilvələndirir, nəfsini səhvə salmaqla öz əməllərini yaxşı təsəvvür edir, nəticədə zülm və təcavüzə yol verir, yalan danışaraq başqalarını aldadır, nəfsani istəklərə tabe olur. Bu vəziyyətlə eyni zamanda nəfsini aldadıb deyir ki, gördükləri, yaxşı əməldən başqa bir şey deyildir. Yaxud da bilərəkdən gördüyü pis əməllərinə göz yumur və ya etdiyi xətaları öz nəzərində əhəmiyyətsiz, kiçik bir iş kimi qəbul edir.

Vəhy mənbəyindən nəşət tapan bu dualar insanı Allahla kizli münacat, raz-niyaz, xəlvət yerdə, Allah dərgahında öz günahlarını etiraf etməyə vadar edir ki, tövbə edib bağışlanmaq üçün yalnız Allaha tərəf qayıtmağın zəruri olmasını iqrar etsin, günah etdiyi yerləri axtarıb tapsın. Məsələn, Allahla raz-niyaz edən şəxs Kumeyl duasında belə deyir:

Ey mənim Allahım, ey mənim Mövlam! Sən mənim üçün əmr və fərman verdin, amma mən (bu əmr deyil) öz həvayi-nəfsimə tabe oldum və bu yolda günahlarımı zinətləndirən düşmənin (şeytanın təlqinlərindən) özümü qorumadım. Nəfsim məni bu ehtiraslarla qürurlandırıb aldatdı, ilahi qəzavü-qədər də ona kömək etdi. Nəticədə Sənin müəyyən etdiyin bəzi həddi-hüdudu aşdım, Sənin bəzi fərmanlarından boyun qaçırtdım, müxalifət etdim.

Şəkk yoxdur ki, günahları xəlvət yerdə bu sayaq etiraf etmək–hətta özü ilə Allah arasında və ruhun ən çətin haləti olmasına baxmayaraq–insanlar üçün camaat içində etiraf etməkdən daha asandır. Əgər insan bu işi (günahı etiraf etməyi) lazımınca, kamil surətdə yerinə yetirsə, onun şər işlərə sövq edən napak və tüğyançı nəfsinin aludəliklərdən yüngülləşməsində, səadət yolunda irəliləyib xeyir kəsb etməsində xeyli təsirli olacaq, böyük məqama nail olacaqdır.

Nəfsi çirkinliklərdən paklamaq, saflaşdırmaq istəyən hər kəs ilk növbədə nəfsi üçün qeyd olunan xəlvətgahlar tapmalı, tam azadlıq şəraitində təfəkkürə, nəfsini hesab-kitabına məşğul olmalıdır. Bu iş üçün ən yaxşı yol budur ki, insan məsum İmamlarımızdan gəlib çatan dərin mənalı və insanın ruhuna, nəfsin dərinliklərinə işləyən duaları müntəzəm surətdə və tam diqqətlə oxusun. Məsələn, İmam Səccad (əleyhis-salam)-dan gəlib çatan və Əbu Həmzə Somali adı ilə məşhur olan duada oxuyuruq ki:

Ey mənim Pərvərdigarım! Səni and verirəm Öz lütf və kərəminə, pis əməllərimin üstünə pərdə çəkməklə ört, məni tənbeh etməkdən keç!

Pərdə çəkməklə ört cümləsindən məlum olur ki, insanın zatında günahlarının örtülməsinə xüsusi istəyi, meyli var. Bu cümlə isə həmin meyli həyəcana gətirir ki, nəfsin həqiqətinə diqqət yetirsin, tədricən bu işləri etiraf etsin. Bu mərhələdən sonra duanın sonrakı cümləsini oxuyur:

Əgər bu gün Səndən başqa bir kəs günahlarımdan agah olsaydı, onları etməzdim; və əgər günahların cəzasının tez gəlib çatmasından qorxsaydım, hökmən onlardan uzaq olardım.

Nəfsin həqiqətini etiraf və etdiyi bəd əməllərin örtülməsinə son dərəcə meyllli olması onu Allahdan tövbə, əfv və məğfirət istəməyə sövq edir ki, Allahın, onun gördüyü işlər səbəbi ilə dünyəvi və ya axirət cəzalandırması nəticəsində camaat içində rüsvay olmasın. Məhz bu halda insan gizli raz-niyazdan, münacatdan ləzzət alır, istər-istəməz hər şeydən əl çəkib Allaha doğru qayıdır, üsyankarlıqları müqabilində bəndəyə qarşı helmli oduğu, bağışlayıb rüsvay etmədiyi üçün Ona şükür edir. Bunu duanın aşağıdakı cümləsində görmək olar.

İlahi, Sənə həmd edirəm: (günahlarıma) elmindən sonrakı helminə, (cəzalandırmaqda olan) qüdrətindən sonrakı əfvinə.

Bundan sonra Allahın helm və əfv məqamından sui-istifadə nəticəsində baş verən günahlardan üzr istəyib peşman olma yollarını nəfsə ilham edir ki, bəndə ilə Rəbb arasındakı rabitə kəsilməsin, bəndəyə təlqin edir ki, etdiyi günahlar Allahı inkar, yaxud fərmanlarına etinasızlıq səbəbilə baş verməyib:

İlahi, məni Sənə qarşı məsiyətə qarşı cürət tapıb günah etməyə aparan yalnız Sənin helmindir; məni həyanın azlığına aparan yalnız günahlarıma pərdə çəkməyindir; haram işlər görməyə tələsdirən yalnız geniş rəhmətin və bağışlamağının əzəməti barədəki agahlığımdır.

Dualar bu sayaq gizlin münacatlarla insan nəfsini çirkinliklərdən, aludəliklərdən paklamağa, saflaşdırmağa, Rəbbinə itaət edib günah əməlləri tərk etməyə vadar edir.

Əlinizdəki kitabın həcmi bu qəbildən olan duaların hamısından nümunələr gətirməyə imkan vermir, amma o dualar içərisində insanın Allahdan istidlal yolu ilə əfv və məğfirət istəməsi gözə çarpan hissələri daha maraqlıdır. O cümlədən Kumeyl duasının bu hissəsi:

Ey mənim Mövlam və Ağam! Kaş biləydim ki, Sən cəhənnəm odunu Sənin əzəmtin müqabilində (huşdan gedib) səcdəyə düşən üzlərə, Sənin tovhidinlə, sadiqcəsinə danışıb mədhinlə şükr edən dillərə, Sənin İlahi olmağını həqiqətən etiraf edən qəlblərə, Sənin mərifətinlə, elminlə dolub, nəticədə (Sənin əzəmətin müqabilində) xaşe (zəlil) olan batinlərə, öz meylləri ilə Sənin ibadət olunan yerlərinə tərəf ibadətə tələsən, mətin əqidə ilə Sənin məğfirətinə işarə edən bədən üzvülərinə cəhənnəm odunu hakim edərsənmi? Heç kəs Sənin barəndə belə güman etməz! Və bu xəbər Sənin fəzl və kərəminlə belə, bizə gəlib çatmayıb.

Duanın bu yerlərini təkrar-təkrar oxumalı, bu ehticacın zərafətində, onun əsrarəngiz, məftunedici gözəlliyində və bəlağətində, sehrli bəyanında diqqət etməlk lazımdır. Bu dualar nəfsə, günahları, təqsirləri və bəndəçiliyi etiraf etməyi təlqin etməklə yanaşı, insanı Allahın rəhmət və kərəmindən məyus olmamasını, sonra isə dolayısı yolla ali vacibi əməlləri təlqin edir, onun yalnız bu vacib əməlləri kamil surətdə yerinə yetirməklə ilahi təfəzzülə, məğfirətə layiq olacağını öyrədir. Belə bir proqram insanı, öz vicdanına qayıtmağa, vicdanın fərmanı ilə əvvəlcə səhənkarlıq, süstlük etdiyi vacibləri yerinə yetirməyə təşviq edir.

Bu duanın başqa bir qismətində Allahla dəlil əsasında raz-niyaz etməyin başqa bir üslubunu anlayırıq:

Ey mənim İlahim, ey mənim Ağam və Rəbbim! Tutaq ki, Sənin əzabına səbir etdim, bəs onda Sənin hicranına, ayrılığına necə dözə bilərəm?! Və tutaq ki, cəhənnəm odunun hərarətinə dözdüm, bəs onda Sənin fəzl və kərəminə nəzər etdikdə, necə səbir edim?

Duanın bu qismətləri insana, Allah dərgahına yaxınlaşıb ləzzət almağın zərurətini, Allahın kəramət və qüdrətini müşahidə etməyi, Ona məhəbbət bəsləyib yanında olan nemətləri xas bir şövqlə təlqin edir.

Belə ki, bu ləzzət elə bir həddə çatmalıdır ki, o ləzzətdən məhrum olmaq nəticəsində nəfsə baş verən məhrumiyyət cəhənnəm əzabından, odun hərarətindən qat-qat böyükdür. Çünki, insanın cəhənnəm odu müqabilində səbir etməsi fərz olunursa, amma Allahın kərəminə olan baxışlardan məhrumiyyət müqabilində səbr etməsi əsla mümkün deyildir. Habelə duanın bu hissələri bizə başa salır ki, məbuda yaxınlaşmaqla məhəbbət göstərmək günahkarın günahları-nın Allah dərgahında bağışlanması üçün ən yaxşı şəfaətçi, vasitədir. Kərim (kəramətli), Həlim, tövbə qəbul edən və günahları bağışlayan bir Allah dərgahındakı həyəcanlı eşqin gözəlliyi və lətafətliyi heç də gizli deyil. Bəhsimizi müxtəsər, lakin əxlaqi fəzilətlərə şamil olan, bir dua ilə sona çatdırırıq.

Belə ki, sinfindən asılı olmayaraq hər bir insanın özünə bu layiqli, gözəl sifətlərlə zinət verməsi daha layiqlidir:

İlahi, Sənə itaət edib günahlardan çəkinmək xalis niyyət və Sənin dərgahında hörmətə layiq olanları tanımağı mənə nəsib et;

və bizə hidayət olunub düz istiqamətdə hərəkət etməyi nəsib etməklə bizi əzizlə, dillərimizi doğru söz və hikmətlə danışmağa yönəlt, qəlblərimizi elm və mərifətlə doldur, qarınlarımızı haram və şübhəli yeməklərdən pakla, əllərimizi zülm və oğurluq etməkdən saxla, gözlərmizi pis şeylərə baxmaqdan və xəyanət etməkdən hifz et; qulaqlarımızı boş sözlərdən və qeybət eşitməkdən saxla;

Alimlərimizə zöhd və nəsihət, tələbələrimizə elm yolunda ciddi cəhd və rəğbət, dinləyicilərimizə haqqa tabe olub öyüd-nəsihət qəbul etməklə, müsəlman xəstələrin rahatlıq və şəfa, ölüb rəhmətə gedənlərimizə rəfət və rəhmət, qocalarmıza vüqar və təmkinli olmaq, cavanlarımıza (günahlardan) tövbə edib düz yola qayıdış, qadınlarımıza həya və iffət, varlılarımıza təvazökarlıq və genişqəlbli olmaq, fəqirlərimizə səbr və qənaət,

cihad edənlərə nüsrət və qələbə, əsirlərə azadlıq və rahatlıq, əmirlərimzə ədalət və şəfqət, rəiyyətimizə insaf və gözəl rəftar əta et!

Həccə gedənlərin, ziyarətçilərin azuqə və xərclərini bərəkətli et, onlara vacib etdiyin həcc və ömrə əməllərini rəva et. Səni and verirəm Öz fəzl və rəhmətinə, ey rəhm edənlərin ən rəhimlisi!

Mən əziz oxucalara tövsiyə edirəm ki, fürsətləri qənimət sayıb bu duaları oxumaqda səhlənkarlıq etməsinlər. Bu şərtlə ki, onları oxuyan zaman məna və məfhumlarına da hökmən diqqət yetirsinlər. Allaha tam diqqətli olub, cani-dildən, xüzu və xüşu ilə oxusunlar. O duaları elə oxusunlar ki, sanki özləri inşa etmişlər. Həmçinin bu duaları Əhli-beyt (əleyhimüssalam)-ın buyurduğu qayda-qanunlara müvafiq olaraq oxusunlar. Çünki əvvəlcədən qəlbən hazırlıq olmadan oxumaq dili ağızda hərəkət etdirməkdən başqa bir şey olmayacaq. Bu da nə insanın Allah barəsindəki mərifətini artırar nə də onu Allah dəragahına yaxınlaşdırar nə də onun ruhu müşküllərini həll edər, nəticədə isə müstəcab olunmaz.

İmam Sadiq (əleyhis-salam) buyurur:

Böyük Allah qafil qəlbdən gələn duanı qəbul etməz. Hər vaxt dua etmək istəsən, əvvəlcə qəlbən Alaha diqqət yetir, sonra bil ki, Allah sənin duanı hökmən qəbul edəcək.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment