İslamçılar yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər.
İslamçıların şikayətinə yenə də baxılmadı
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən Fevralın 29-da Ali Məhkəmədə Azərbaycan İslam Partiyasının lideri Doktor Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədrinin müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin kassasiya şıkayətlərinə baxılıb. Prosesə rejim hakimi Hafiz Nəsibov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri iştirak edib.
Vəkil Anar Qasımlı açıqlamasında şikayətin təmin olunmadığını deyib: “Bakı Apellyasiya Məhkəməsində hazırlıq iclası keçirilərkən işə məhkəmə istintaqı qaydasında baxılmasını istəmişdik. Bu istəyimizə “yox” deyildiyindən Ali Məhkəməyə şikayət vermişdik. Şikayət təmin olunmadı”.
2011-ci il oktyabrın 7-də əliyevlər Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov 12 il, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, Masallı ruhanisi Fəramiz Abbasov 11 il, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədovun hər birinin 10 il müddətinə həbs verilməsinə dair bədnam hökm çıxarıb. İlahiyyatçı alim Zülfüqar Mikayılzadə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunub.
İslamçılar yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər.
source : ابنا