Azəri
Thursday 18th of July 2024
0
نفر 0

ŞƏFAƏT

 

Vəhhabilərin əqidələrindən biri də budur ki, onlar şəfaət məsələsini düzgün təfsir etmirlər. Onların nəzərincə şəfaət yalnız Axirətdə ola bilər. Amma bu dünyada heç kəs Peyğəmbərin (səlləllahu əleyhi və alih) və övliyaların şəfaətinə göz dikməli deyillər. Hər kəs belə şəfaəti dünyada istəsə, Allaha şərik qoşur və kafir sayılır!

Cavab:

Bütün müsəlmanlar Quranın aşkar bəyanına əsasən mötəqiddirlər ki, Allah istədiyi ləyaqətli şəxsə şəfaət məqamını verəcək. Bu şəfaətin Qiyamətdə olmasında heç bir ixtilafi nəzər yoxdur. Görəsən, bu dünyada Peyğəmbərin (səlləllahu əleyhi və alih) elə bir məqamı var ki, Allaha dua etsin, Allah da hər hansı bir günahkarın günahından keçsin?

Ayələrin və rəvayətlərin təsdiqinə əsasən, bu iş heç də qəbih deyil. Allah bu məqamı həm bu dünyada, həm də Axirətdə Peyğəmbərə (səlləllahu əleyhi və alih) vermişdir. İndi də bəzi nümunələrə diqqət etməklə vəhhabilərin iddialarının yanlış olmasını görərik:

1. Allah taala “Nisa” surəsinin 64-cü ayəsində buyurur:

...Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər.

Ayədə hər şey aydın zikr olunub. Görəsən, vəhhabilər Quranı açıb oxumurlar və bu ayəyə rast gəlməyirlər? Hər bir aqil şəxsə ayədən məlum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyada olan halda da Allahın izni ilə günahkarlara şəfaət verə bilər və Allahdan onlar üçün bağışlanmaq diləyə bilər. Bu işdə heç bir şirk yoxdur. Onu da qeyd edək ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) dünyadan köçməsi səbəb olmaz ki, müsəlmanlar bu dünyada ondan şəfaət istəməsinlər. Çünki İslamda ölüm heç olmaq və aradan getmək deyildir!

2. Qurani-Məcid Həzrəti Yəqub Peyğəmbərin (əleyhissəlam) əhvalatını zikr edərkən övladlarının günahkar olduğunu bildikdən sonra onların atalarından şəfaət istəmələrini belə bəyan edir:

Ey ata! Allahdan bizim günahlarımıza görə bağışlanmamızı istə! Həqiqətən, biz səhv yolda olmuşuq .

Yəqub (əleyhissəlam) onların cavabında buyurur:

Tezliklə Allaha sizin bağışlanmağınızdan ötrü dua edəcəyəm! [43]

Ayə aşkarcasına nişan verir ki, Həzrəti Yəqubun (əleyhissəlam) övladları atalarının şəfaəti əsasında bağışlanılırlar və bu iş heç də Axirətdə olmur, əksinə, dünyada olarkən baş verir.

3. Qurani-Məcid “Mühəmməd” surəsinin 19-cu ayəsində Peyğəmbərinə (səlləllahu əleyhi və alih) göstəriş verərək buyurur:

Ey Peyğəmbər! özünün günahının və möminlərin bağışlanmasından ötrü Allah dərgahından bağışlanmaq tələb et!

4. “Tövbə” surəsinin 103-cü ayəsində buyurur:

Onlar barəsində (zəkat ödəyənlər) dua et və bağışlanmalarını dilə ki, sənin dua etməyin onların rahatlıqlarına səbəb olur.

5. “Nisa” surəsinin 85-ci ayəsində buyurur:

Hər kəs başqası üçün yaxşı şəfaət etsə, ondan bəhrələnəcək.

6. Rəvayətlərdə də dünyada Peyğəmbərdən (səlləllahu əleyhi və alih) şəfaət istəmək haləti qeyd olunmuşdur. İbni Əbbas nəql edir ki, Həzrəti Əli (əleyhissəlam) Peyğəmbəri (səlləllahu əleyhi və alih) qüsl və kəfən edərkən onun üzünü açıb belə buyurdu: Atam, anam sənə qurban, həyat və ölümü paklıqla keçirtdin... Bizi də Allah yanında yada sal!

Bütün bunlar və onlarla başqa dəlillər isbat edir ki, vəhhabilərin bu fikri də İslam dininə zərbə vura bilməz. İslamda hər şey açıq-aydın araşdırılmış Peyğəmbər (səlləllahu əleyhi və alih) və İmamlar (əleyhimussəlam) lazım olan şeyləri müsəlmanlara çatdırmışlar. Əslində belə fikirlər müsəlmanların birliyini dağıtmaqdan başqa bir şeyə qulluq etmir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI
QANUNUN ZӘIFLIYI
HİNDUİZM (2)
Quran baхımından Allahı tanımaq yоlu
İlahi bərəkəti cəlb etməyin 8 yolu
Günah əhli ilə yoldaşlıq etmə!
Şükür - ibadətin aydın nümunəsidir

 
user comment