Azəri
Thursday 18th of July 2024
0
نفر 0

QURANIN UYĞUNLUQ ECAZI

 

Quranın bir neçə möcüzəvi xüsusiyyətləri haqda söhbət açdıq və bir qədər əvvəl, əql və fəlsəfi ecazına da müxtəsər işarə etdik. Haqqında söhbət açmaq istədiyimiz mövzu, Quranın həmahəng və uyğunluq ecazıdır. Yəni, Quran ayələrində azacıq da olsun ixtilaf və tərtib baxımından nöqsan nəzərə çarpmayır.

Hər bir normal insan əldə etdiyi həyati təcrübələrdən belə bir qənaətə gəlməlidir ki, yalan və iftira əsasında qurulan qanun və nizamnamələr çox keçmədən öz etibarını itirib aradan getməlidir. O ki qaldı etiqadi və əxlaqi məsələlərə, burada bu məsələ daha qabarıq nəzərə çarpır. Yalançı şəxslər nə qədər səy etsələr də, öz ifadələrində ziddiyyət və nöqsanlara yol verməlidir. Necə deyərlər, «yalançının yaddaşı az olar».

Amma Qurani-kərim, insanların həyatına daxil olmaqla onların ictimai, siyasi, dini və s. məsələlərinə toxunmuş, azacıq da olsun nöqsan və çatışmamazlıqlara yol verməmişdir.

Allah-taala peyğəmbərlik, siyasət, ictimaiyyət, şəhər və ölkələrin idarəetmə üsulları, əxlaq və s. qanunlar haqda ətraflı mülahizələr aparmışdır. Burada astronomiya, tarix, müharibə və sülh qanun-qaydalarına ümumi şəkildə olsa da, toxunulur. Mələk və insanlar, heyvanlar, yağış, külək, bitkilər aləmi və bu kimi yer və səmavi varlıqlar haqda da maraqlı məlumatlar verilir. Bütün bunlarla yanaşı, Quranda, qiyamətin qorxunc səhnəsi, insanların məhşərdəki sorğu-sualı da öz əksini tapmış və qeyd etdiyimiz kimi, mövzu və qanunların heç birində ziddiyyət, nöqsan və çatışmamazlıqlara yol verilməmişdir.

Quran bəzən bir mövzu ətrafında iki dəfə və ya daha artıq söhbət açır, amma buna baxmayaraq onların heç birində çatışmamazlıq nəzərə çarpmayır. Məsələn, götürək Musa (ə)-ın əhvalatını. Biz Quranda bu əhvalatla dəfələrlə qarşılaşsaq da, onların heç birində nöqsan və ziddiyyətlərlə qarşılaşmırıq. Növbəti ayə özündən əvvəlki ayələri təsdiqləyir və onu daha da təkmilləşdirir.

Quranın 23 il ərzində müxtəlif hadisə və münasibətlər əsasında nazil olduğunu nəzərə aldıqda, onun həqiqətən ilahi vəhy olduğunun, insanın elm və qüdrətindən xaric olduğunun bir daha şahidi oluruq. Quranın 23 il ərzində nazil olmasını yaranmış ictimai, siyasi, dini şərait tələb edirdi. Bu müqəddəs kitab ayə-ayə nazil olmasına baxmayaraq, öz həmahəngliyini qoruyub saxlaya bilmişdir. Bu da Quranın möcüzəvi xüsusiyyətlərindən biridir.

«Onlar Quran barəsində [onun Allah kəlamı olması haqda] düşünməzlərmi?

Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə onda çoxlu ziddiyyət [ixtilaf, uğursuzluq] tapardılar.»

Bu mübarək ayə insanı daxili və fitri mətləblərə dəvət edir. O da bundan ibarətdir ki, insan irəli sürdüyü iddia və söylədiyi ifadələrdə yalan və iftiraya əsaslanarsa, gec-tez söylədiyi ifadələrdə ziddiyyət və nöqsan yaranacaqdır. Lakin biz, Quranda bu kimi çatışmamazlıqlarla qarşılaşmırıq.

Quranın nöqsan və çatışmamazlığını sübuta yetirmək üçün heç bir təsdiq və dəlilə ehtiyac duyulmayır. Bu həqiqəti hətta, o dövrün cahil ərəbləri də dərk edirdi. Fəsahət və bəlağət alimləri, görkəmli şer ustaları, ədəbiyyatşünaslar dəfələrlə bu mətləbə toxunmuş, Quranın əbədi və ilahi möcüzə olduğunu etiraf etmişlər.

Bir anlıq Vəlid ibni Müğeyrənin söylədiklərinə diqqət yetirin. Əbu Cəhl ondan Quran barəsində öz nəzərini bildirməsini istədikdə, bu sözləri demişdir:

«Mən Quran barəsində nə deyə bilərəm? And olsun Allaha! Sizlərdən, məndən çox ərəb şer və qəsidələrini bilən yoxdur. Şerin sirlərində, fəsahət və bəlağət elminin dərinliklərində, rəcəz şerlərində məndən bilikliniz yoxdur. Mən şerin bütün növlərinə, hətta cinlərin şerlərindən belə agaham. Amma and olsun Allaha! Məhəmmədin söylədikləri bunların heç birinə bənzəməyir. Bəli! Məhəmmədin söylədiklərində özünəməxsus şirinlik vardır. Onun söylədiklərindən daha şirin və daha mənalı bir şey söyləmək mümkün deyildir. Məhəmmədin hər bir sözü, hər sözdən daha üstün və təsəvvür olunmazdır.

Əbu Cəhl dedi: And olsun Allaha! Əgər onun əleyhinə bir söz deməsən, qəbilə üzvləri səndən razı qalmayacaqdır.

Vəlid dedi: Elə isə bir qədər səbr edin, bir şey fikirləşim. Bir qədər fikirləşdikdən sonra dedi: Quran, Məhəmmədin sehrkarlardan öyrəndiyi sehrdir.» (Təfsir Təbəri, 29/98).

Başqa bir yerdə Vəlidin verdiyi cavab bir qədər fərqli olaraq nəql olunur: «And olsun Allaha! Məhəmmədin söylədikləri nə insan sözüdür, nə də cin. Dediyi sözlərin özünəməxsus şirinliyi vardır. Kimsə bu vaxta qədər bu sözləri deməmiş və deməyə də qadir deyildir. İstifadə etdiyi hər bir ifadə də yenilik və cazibəlik hiss olunur.»

Əgər səmavi kitab adlanan tövrat və incili diqqətlə araşdırsanız, haqq və batili olduğu kimi dərk edib həqiqətə nail olacaqsınız.

İndi isə incildəki bir neçə ziddiyyətli ayələrə diqqət yetirin:

1. Lukanın incilində deyilir:

Məsih (ə) dedi:

«Mənimlə olmayanlar mənə müxalif olanlardır.» (Mətta. 12-ci fəsil. Luka 11-ci fəsil).

Amma başqa bir yerdə yenə də incildə oxuyuruq: «Bizimlə müxalif olmayanlar bizimlədirlər.» (Markos və Luka. 9-cu fəsil).

2. İncildə deyilir: «Məsih (ə)-ı saleh müəllim adlandırdıqda etiraz edərək dedi: Saleh?! Allahdan başqa kimsə saleh deyildir.» (Mətta. 19-cu fəsil. Markos 10-cu fəsil).

Amma başqa bir yerdə bunun tam əksilə rastlaşırıq. «Mənəm saleh gözətçi. Sonra dedi: Saleh gözətçi mən özüməm.» (Yuhənna 10-cu fəsil).

3. Məttanın İncilində deyilir:

«Həzrət Məsih ilə dar ağacına asılan oğruların hər ikisi onu danlayır, təhqiramiz sözlər deyirdilər.» (Mətta. 27-ci fəsil).

Başqa bir incildə isə bunun tam əksi deyilir: «Oğrulardan biri Məsihə dedi: Əgər həqiqətən Məsihsənsə (Allah peyğəmbərisənsə) həm özünü, həm də bizi bu bəladan qurtar. Başqa birisi dedi: Məsihi danlamaqla Allahın əzabından qorxmursanmı.» (Luka 5-ci fəsil).

4. Yuhənnanın İncilində deyilir:

«Əgər mən öz xeyrimə şəhadət verirəmsə, şəhadətim heç də düzgün olmayacaqdır.» (Yuhənna 5-ci fəsil).

Amma həmən incildə başqa bir fəsildə deyilir:

«İsa dedi: Əgər mən şəhadət verərəmsə, şəhadətim tamamilə düzgün olacaqdır.» (Yuhənna 8-ci fəsil).

Bunlar həcm baxımından bir o qədər də böyük olmayan incildən, bir-biri ilə fərqli və ziddiyyətli nümunələr idi. Amma nə qədər az olsa da, həqiqətsevər insanlara həqiqəti bilmək üçün kifayət qədər dəlil və sübut ola bilər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ

 
user comment