Azəri
Wednesday 15th of January 2025
0
نفر 0

İmam Musa Sədr, hamı üçün azadfikirli rəhbər

İmam Musa Sədr mütəfəkkir, İslamşünas və azadfikirli tədqiqatçılardandır ki, zaman və məkanın tələblərini nəzərə alaraq özündən qiymətli fikir və düşüncələr yadigar qoymuşdur. Onun fikirləri təkcə Livanın şiə ictimaiyyətində deyil, bəlkə başqa dinlərin ardıcıllarında da müsbət və dərin təsirlər qoymuşdur.

Dünya şiələrinin dini və siyasi lideri Seyid Musa Sədr (təvəllüd: 14 xordad 1307 – Qum / iyun 1928-ci milad ili) 1338-ci ilin axırlarında İranı Livana səfər etmək üçün tərk etdi. Onun bu səfərinin əsas hədəfi Livan şiələrin onlara məxsus özəlliyini dünyaya tanıtdırmaq və Livanda şiələrin ictimai, mədəni və iqtisadi işlərini nizama salamq idi.

Onun bu səfərinin strateji hədəfi şiələri hər bir sahədə başqa tayfalar qədər irəli çəkmək və Livanın tarixində onların da mühüm rolunun olduğunu göstərmək idi.

O, Livana səfər etdikdən sonra şiələrin Livan ali şurasını təşkil etdi. Həmçinin onların fikri və siyasi rəhbərliyini öhdəsinə götürdü.

İmam Musa Sədr 1978-ci ilin yayında Liviyanın keçimiş diktatoru Müəmmər Qəzzafinin dəvəti ilə Libiyaya getdi və orada yoxa çıxdı (oğruladılar).

Onun Liviyada yoxaçıxmasından illər ötməsinə baxmayaraq hələ də ailəsi, dostları, şagirdləri və bütün onu sevənlər onun yolunu gözləyirlər. Bu gün onun şagirdləru Livanın mühüm siyasi və ictimai ərsələrində həlledici rola malikdirlər.

İQNA xəbər agentliyi şiə aləminin bu nüfuzlu rəhbər və aliminin şiələr, xüsusilə də Livanlılar arasında yüksək yer alması və sevilməsini nəzərə alaraq, bu böyük şəxsiyyəti dünyaya tanıtdırmaq üçün müxtəlif elm adamları, siyasi və ictimai xadimlərlə görüşüb müsahibə almış və bu işin nəticəsini “Rayihə” adlı xüsusi bülletende 4 dildə - Fars, Ərəb, İngilis, Fransız dillərində - nəşr etmişdir.

Həmçinin İQNA-nın Livanın siyasi iş adamları və mütəfəkkirləri ilə müsahibəsi altı TV proqramda hazırlanaraq Hizbullah hərəkatının “Əl-Mənar” peyk şəbəkəsi ilə yaılıb istehsal olundu.

Bu müsahibə də Livanın elm adamları və mütəfəkkirlərindən doqquz nəfəri iştirak etmişdir. O cümlədən: İslami Tədqiqatçı Höccətul İslam vəl müslimin Sadiq Nablusi (Əllamə Əfif Nablusinin oğlu), Fələstin İslam Şurasının Livandakı rəisi Muhəmməd Nəmər Zəğmut, Cəbəl-Amul alimləri birliyinin rəisi Livan “DELTA” tədqiqatlar idarəsinin rəisi Məhmud Heydər, Hizbullahın siyasi idarəsinin üzvi və siyasi mütaliəçi Rima Fəxri, Hizbullahın qadınlar bazasının rəisi İfaf əl-Həkim, İslami Təbliğat insititunun rəisi Əbdünnasir Cəbri, “Əməl” hərəkatının siyasi dəftərinin üzvi Həsən Qəblan, Livan insititunun ustadı Təlal Ətrisi, Livanlı tədqiqatçı Muhəmməd Şuqəyr (Şəqir) iştirak etmişlər...

Livanın cənubu və Melita muzeyi

İQNA-nın ezam olunmuş heyəti “Müqavimət muzeyi” adlanan muzeyə də baxış keçiriblər.

Bu muzeydə Müqavimət ordusunun qələbəsi və İsrail ordusunun geri çəkilmələrindən nümayişlər hazırlanmış və 1985-ci ilin döyüş səhnələri qurulmuşdur.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Azərbaycanda hicablı şagirdlərin təhsil problemləri hələ də davam edir
Çexiyaya Şengen vizaları veriləcək
Türk naziri: "Biz erməniləri bağrımıza basarıq...”
Müqəddəs məkan: Məscid
Ayətullah Xamənei İslam dünyasının vəhdət simvoludur
Amerikanın Maryland əyalətində Peyğəmbərin (s) Mövludu qeyd edildi
Əli Kərimian: İslami KİV-lərin vəzifəsi informasiya müharibəsində ...
Saqino şəhərində İmam Hüseyn əzadarlığı
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Rusiyada "2013-cü il və İslam Dünyası" toplantısı keçiriləcək

 
user comment