Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İSLAMDA İBADƏTİN HƏDDİ

 

 

İslamda hansı şeylərin ibadət olunması sualının cavabında belə demək olar: İslam dinində ibadət, xüsusi bir əmələ deyilir. Bəlkə də ibadət, qədim bir ağaca bənzəyir ki, çoxlu qol-budaqları və kökləri vardır. Bir çox halətlər və məsəllər ibadət sayılır. Biz onlardan bəzilərinə işarə edirik:

1. Şükr etmək (təşəkkür) ibadətdir. Quranın bir çox ayələrində şükr etmək ibadət sayılmışdır. Biz əvvəlcə, şükr etməyi tərif edəcək daha sonra isə şükrü ibadət kimi qələmə verən ayələrə işarə edəcəyik. Alimlər şükrün tərifində yazırlar: Şükr elə bir əməl və ya işdir ki, nemət verənin nemətinə görə onun müqabilindəki ehtiram və əzəmətindən xəbər verir. Bu ehtiram, həm dildə, həm əqidədə, həm də qəlbdə məhəbbət bəsləməklə ola bilər.

Şükr, nemətin öz yerində istifadə edilməsidir. Əgər insan hər bir neməti yerli yerində istifadə etsə və ondan bəhrələnsə, deməli o nemətin şükrünü yerinə yetirmişdir. Məsələn, göz nemətinin şükrü, İlahi nişanələri və möcüzələri görmək və onlardan ibrət götürməkdir. Quran buyurur:

«Ya Peyğəmbər! De ki: Bir görün göylərdə və yerdə [Allahın birliyini və qüdrətini sübut edən] nələr var!» 

Həzrət Əli (əleyhissalam) "Nəhcül-bəlağə"də, “Müttəqin" xütbəsində buyurur:

«Müttəqi şəxslər, öz nəzərlərini Allahın haram buyurduğu şeylərdən çəkər və qulaqlarını faydalı bilik və elmlərə vəqf edrərlər.»

Başqa yerdə, Həzrət buyurur:

«Hər bir nemətin şükrü, Allahın haram buyurduğu şeylərdən çəkinməkdir.»

Beləliklə, insan ona verilmiş nemətlərdən günah yolunda istifadə etməməlidir.

TƏRBİYƏ VƏ RƏHBƏRLİKDƏ TƏŞƏKKÜRÜN TƏSİRİ

Bu gün alimlər, şükr və təşəkkür məsələsinə, tərbiyə və rəhbərlik cəhətdən nəzər salıb deyirlər: Müdir, yaxşı iş sahiblərində təşəkkür etməkdə ciddi və məsuliyyətli olmalıdır. Çünki, əgər məsul şəxsin zəhmət və çalışmalarından təşəkkür olunmasa, meyilsizliyə və şəxsin öz işində səhlənkarlığa yol verməsinə səbəb olacaqdır. Əli (əleyhissalam), bu barədə buyurur:

«Ey Malik! Yaxşı iş sahibi ilə pis iş sahibi, sənin yanında bərabər olmalı deyillər. Çünki, bu bərabərçilik səbəb olar ki, yaxşı şəxslər yaxşılığa can atmaqdan çəkinsin və həmçinin, günahkarların öz günah işlərində cəsarət tapmaqlarına səbəb olsun.» 

Qurani-məcid bu barədə buyurur:

«Məgər biz müsəlmanları günahkarlar və cinayətkarlarla bir sırada qərar veririkmi? Siz bu barədə nə hökm edirsiniz?» 

Sual, inkari sualdır. Yəni, biz heç vaxt belə iş görmərik.

TƏŞƏKKÜR, ƏXLAQ ALİMLƏRİNİNNƏZƏRİNDƏ

Əxlaq alimləri deyirlər: «Şükrü üç şey təşkil edir: Birinci: Nemət və onu verəni tanımaq. İkinci, nəfsin xeyirxah şəxs müqabilində sevinclə birgə olan təvazökar haləti. Üçüncü, nemət verənin məqsədinə uyğun neməti istifadə etmək. Nemət tanımaq barəsində İmam Sadiq (əleyhissalam) buyurur:

«Allah hər kəsə nemət əta etsə və o da bu neməti qəlbdən tanısa, beləliklə, onun şükrünü yerinə yetirmişdir.»

Başqa yerdə buyurur:

«Şükrün ən aşağı mərtəbəsi budur ki, insan, nemətin Allahdan olmasını bilsin!»

İmam Əmirəl-möminin Əli (əleyhissalam) mərifətlə təcavüzün fərqi barəsində buyurur:

"Şəxsi, həddən artıq tərifləmək, təcavüz və Şeytani işdir. Tanınmış mömin şəxsin tərifində səhlənkarlıq etməksə, şəxsin qüdrətsizliyi və paxıllığı üzündəndir! “

Qeyd etdiyimiz kimi Allah, Onun nemətlərinə şükr etməyi ibadət sayır. Aşağıdakı ayələr bunu bəyan edir:

«Əgər Allaha ibadət etmək istəyirsinizsə, Onun nemətlərinin şükrünü edin.»

«Yalnız Allaha ibadət et və şükr edənlərdən ol.» 

Bu iki ayədə Allah bildirir ki, şükr etmək ibadətdəndir. Böyük və şəxsiyyətli dindarlar, öz əməl və rəftarlarında belə olublar. Allah buyurur:

«Mərkəbə mindiyiniz zaman Rəbbinizin nemətini yada salaraq deyin: Bunları bizə ram edən Allah pak və müqəddəsdir. Bizim onlara gücümüz çatmazdı!» 

Həzrət Süleyman (əleyhissalam) Allahdan belə şükr etməyi ona qismət etməyi belə istəyir: «Pərvərdigara! Mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək üçün tofiq ver!» 

RUZİ QAZANMAQ İBADƏTDİR

İslam dinində ibadət sayılan mövzulardan biri də ruzi dalınca gedib halal nemət qazanmaqdır. Bu niyyətlə ki, öz ehtiyacına görə başqalarına əl açmasın. Qurani-Kərim bu barədə buyurur:

«[Cümə] namazını qılıb qurtardıqdan sonra yer üzünə dağılıb Allahın kərəmindən ruzi diləyin! Və Allahı çox zikr edin ki, bəlkə nicat tapıb səadətə qovuşasınız!» 

"Allahın kərəmindən ruzi diləyin" ifadəsi çox vaxt Quranda,ruzi diləyib ticarət istəmək mənasındadır. Lakin, demək olar ki, bu ifadənin məfhumu kimi, ruzi və ticarət onun nümunələrindən biridir.

Bəziləri bu ayədən istifadə edirlər ki, cümə namazından sonra ruzi ardınca olub ticarət etməyin bərəkəti vardır. Rəvayətlərdə nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) cümə namazından sonra bazara baş çəkirdi.  Aşağıdakı rəvayətlər ruzi ələ gətirməyin ibadət olduğunu bəyan edir:

İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, buyurur:

«İbadətin yetmiş cüzi var. Onların ən yüksəyi, halal ruzi tələb etməkdir!»

Əbu Həmzə, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:

«Hər kim əhalidən ehtiyacsız olmaq, onların yanında öz hörmətini hifz etməkdən ötrü dünya malının ardınca olsa və bu mal-dövlət istəmək və çalışmaq, insanın öz ailəsinə və qonşularına kömək üçün olsa, qiyamət günü, üzü on dörd gecəlik ay kimi parlayan halda, Allahın hüzuruna gələr!» 

İŞLƏYƏN VƏ ÇALIŞAN HALDA ÖLMƏK

Rəvayətlərdən birində, alicənab Məhəmməd ibni Əli, ibni Kuleyni, Əli ibni İbrahimdən, o da atasından və həmçinin, başqalarından Məhəmməd ibni İsmaildən, o da Fəzl ibni Şazandan, o da ibni Əbi Ümeyrdən, o da ibni Həccacdan o da İmam Sadiq (əleyhissalam)-dan nəql edir:

«Məhəmməd ibni Münkədir nəql edir: Zənn etməzdim ki, Əli ibni Hüseyn (İmam Səccad (əleyhissalam), Məhəmməd ibni Əli kimi oğlundan yaxşısını öz canişini təyin etsin. Bu fikirlə, günlərin birində qərara aldım ki, ona moizə edim və bu işi ona işarə edim. Lakin, o mənə nəsihət verdi. Məhəmməd ibni Münkədirin dostları ondan soruşdular ki, o, sənə nə nəsihət verdi?

Cavab verdi: İsti günlərin birində, gündüz günorta çağı Mədinənin ətrafındakı küçələri gəzirdim. İmam Baqir (əleyhissalam)-a rast gəldim. O, dolu və ağır bir şəxs idi. İki qara qulamla birlikdə işləməklə məşğul idilər. Öz-özümə fikirləşdim ki, Qüreyş tayfasının böyüklərindən biri, günün bu isti çağında dünya ardıncadır. Gedim ona moizə edim.

Yanına getdim və ona salam verdim. Alnından tər sel kimi axırdı. Ərz etdim: Qüreyşlərin böyüklərindən birinin günün bu istisində dünya dalınca olması necədir? Əgər bu halətdə əcəl tamam olsa, nə olar?

Həzrət cavabında buyurdu: "Əgər ruhu alan mələk, bu halətdə mənim sorağıma gəlsə, Allahın itaətində olmuş hesab olaram. Ailə uşaqımın dolanmasından ötrü işləyirəm. Əhaliyə əl açmaram. Mən qorxuram ki, ölüm mələyi mənim sorağıma gəldikdə, günah halında olmayım!" Dedim: Doğru deyirsən. Ey Peyğəmbərin övladı! Mən sizə nəsihət vermək istədim, amma siz mənə nəsihət verdiniz!»

Bu şərif hədisdə İmam Baqir (əleyhissalam), yaşayış üçün çalışıb qazanmağı, Allaha itaət və ibadət hesab edir. Başqa rəvayətdə Müsab ibni Bəkr buyurur: Həzrət Əbül-Həsən Musa ibni Cəfər (əleyhissalam) buyurdu:

«Hər kəs özü və övladlarından ötrü halal yolla ruzi ardınca olsa, Allah yolunda cihad edən bir əsgər kimidir.»

ÇALIŞMAQ VƏ FƏALİYYƏTLƏ ALLAHDAN RUZİ İSTƏYİN

Məhəmməd ibni Əli ibni Hüseyn, Fəzl ibni Yəsardan nəql edir ki, İmam Sadiq (əleyhissalam)-a ərz etdim:

«Ey Peyğəmbər övladı! Mən iş və fəaliyyətdən əl çəkmişəm. Həzrət buyurdu: Belə iş görmə! Bəlkə də, dükanının qapısını aç, olanını ortaya qoy və Allah-taaladan ruzini dilə!» 

ZƏHMƏTKEŞ ABİDLƏR, İŞSİZ ABİDLƏRDƏN ÜSTÜNDÜR

Ruh ibni Əbdürrəhim, İmam Sadiq (əleyhissalam)-dan nəql edir: «O həzrət, "O şəxslər ki, ticarət və alış-veriş, Allahı xatırlamağı onlara unutdurmur.»  - ayənin təfsirində buyurur:

«Onlar, hesab-kitab əhli idilər. Hər vaxt namazın vaxtını eşitsəydilər, ticarəti buraxıb namaza gedərdilər. Bunlar, mükafat cəhətdən də üstündürlər!»

Zəhmət və çalığşmağın, onun müqabilində mükafat üstünlüyünəvə dəlalat edən belə rəvayətlər çoxdur. Bu barədə, həmin bir iki rəvayətlə kifayətlənirik. Hədəfimiz budur ki, anlaşılsın ki, İslamda, möminin işi ilə ibadəti arasında ziddiyyət yoxdur. İşləmək insanın dolanışacağından ötrü olarsa, ibadətdən də üstündür. Çünki, işsiz və fəaliyyətsiz ibadətin qiyməti olmaz. Əvvəlcə, insanın iqtisadi vəziyyəti yaxşı olmalıdır ki, ibadətlə məşğul ola bilsin və onu ixlasla yerinə yetirsin. Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

«Torpağı və suyu olub, fərasətsizliyi üzündən iqtisadi əziyyəti fəqirliklə olanı, Allah Öz rəhmətindən uzaqlaşdırar.»

Bir gün Rəsuli-Əkrəmin (səlləllahu əleyhi və alehi və səlləm) hüzurunda, zöhd və təqvada üstün olan, oruc və namazla məşğul olan bir nəfərdən söz açılır, dedilər: Ya Rəsuləllah! Biz, ondan üstün abid tanımırıq! Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Nə ilə məşğuldur? Deyirlər: İşsizdir. Buyurdu: Bəs yaşayış xərcini hardan ələ gətirir? Deyirlər: Onun yaşayış xərcini biz veririk. Buyurdu: Sizin hamınız ondan abidsiniz!

3. İBADƏTLƏRDƏN BİRİ DƏ DUADIR

Dua,çağırmaq mənasında olub, ibadətdən hesab olunur. Çünki, dua, bəndə ilə Allah arasında rabitə vasitəsidir. İnsanın həyat yolunda çoxlu hadisələr və yeniliklər qarşıya çıxır. Başqa tərəfdən, insanın özü təkbaşına bütün müşkülatların həll etməyə qadir deyildir. Ona görə də, insana, arxa və pənah yeri lazımdır. O da Allahdır. Dua, Allaha yaxın olmaq üçün vasitədir. Allah özü bu barədə buyurur:

«Rəbbiniz buyurdu: Məni çağırın, Mən də sizin dualarınızı qəbul edim. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar tezliklə zillət və xarlıqla Cəhənnəmə girəcəklər.» 

Bu ayədən aydın olur ki, Allahı çağırmaq, Onun xoşuna gəlir və Onun özünün razılığına səbəb olur. Allah Onu çağırana duasını qəbul etməsini vəd edir. Onu da bilirik ki, bu vədə, mütləq yox, şərtlədir. O dua qəbul olunur ki, lazımı şəraiti olsun!

Dua etməyin özü bir növ ibadətdir. Çünki, ayədə ibadət dua mənasında aid olur. "Bəqərə" surəsində buyurur:

«Bəndələrim Məni səndən soruşduqda söylə ki: Mən yaxınam. Dua edib Məni çağıranın duasının qəbul edərəm. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.»

Bu ayədə, Allah-taala yeddi dəfə, Öz pak zatına və yeddi dəfə də, Öz bəndələrinə işarə edir. Bununla da, Allahın bəndələri ilə nə qədər sıx rabitədə və yaxın olduğu təcüssüm olunur.

Dua bir növ təvazökarlıq və ibadətdir. Hər bir ibadətin tərbiyəvi təsiri olduğu kimi duanın da belə təsiri vardır. Bu ayənin nazil olması barəsində nəql olunur: «Ərəblərdən bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gələrək belə sual edir: Allahımız bizə yaxındır ki, Onunla münacat və razi-niyaz, edək yoxsa uzaqdır, Onu nida edib çağıraq? Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) sükut edir. Cəbrail nazil olur və Allahdan həmin ayəni gətirir.»

DUA VƏ YAALLAHI ÇAĞIRMAQ RUHİ XƏSTƏLİKLƏRİN ƏLACI

Dərd-qəmə batmış insanın zehninə həmişə, müxtəlif fikirlər gəlir və çalışır ki, qəlbində bu fikirlərin vasitəsilə özünü sakitləşdirsin. Dua, insanın belə halətlərdə rahatlıq tapıb şəfa əldə etməsinə səbəb olur.

ƏZİYYƏTLƏR SƏBƏB OLUR Kİ, ALLAHI XATIRLAYASAN

Bəzi insanların təbiətinə əsasən, neməti bol olduqca, öz Allahından qafil olur. Ancaq, özünü giriftarçılıq bataqlığında gördükdə, qəflət pərdələri gözünün önündən kənara çəkilir və insan, öz məbuduna diqqət edir. Allah-taala, bu barədə buyurur:

«İnsana nemətlər bəxş etdiyimiz zaman üz döndərər [məbuduna] diqqət etməz, ancaq ona pisliklər yetişdikdə isə giriftarçılıqlarını aradan aparması üçün duaları çoxalar.»

RƏVAYƏTLƏRDƏ DUA NECƏ BƏYAN OLUNUR

İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunan rəvayətdən birində oxuyuruq: «Dua etmək ibadətdir.»

İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdə isə ravi nəql edir: «Dostlarımdan biri, o həzrətin yanına gəlib soruşur: İki nəfərin məscidə girib, biri çoxlu namaz qılıb, digəri isə çoxlu dua etməsi barəsində nəzəriniz nədir? (hansının daha çox savabı var?) Həzrətbuyurdu: Hər ikisi yaxşıdır! Sual edən soruşdu: Hansı daha çox savab işi görür?İmam buyurdu: O kəs ki, çox dua etməklə məşğuldur, o daha böyük ibadətdir!»

4. BƏZİ BAXMAQLAR İBADƏTDİR

Baxmaq və nəzər salmaq, insanın elminin və mərifətinin artmasına yaxud, onun ibrət almasına səbəb olur. İslam nöqteyi-nəzərindən, bəzi baxmaqlar və salmalar ibadət hesab olunur. Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

«Adil, ədalətli alim və rəhbərliyin üzünə baxmaq, ibadətdir, Ata-anasının üzünə lütf və rəhmət üzündən baxmaq, ibadətdir, həmçinin, Allah yolunda onu dost tutmaqdan ötrü qardaşın çöhrəsinə nəzər salmaq, ibadətdir.»

Aydındır ki, nəzər salmaq və ya baxmaq, Allaha görə olsa, ibadət sayılır və Allah da, belə ibadətə savab verir.

BÜTÜN HALLARDA İBADƏT

Din bizə deyir ki: İnsan, Allaha ibadəti bütün hallarda hifz etməli həmişə, özünü Allahın hüzurunda hiss etməlidir. Qəm-qüssə, şadlıq, fəqirlik, dövlət, sağlamlıq ümumiyyətlə, bütün halətlər, onun bu niyyətinə təsir etməməlidir. Bəzi Allah bəndələri, bir cəhətli ibadətlə məşğul olurlar. Allah-taala Quranda belə şəxslərin halətlərinə işarə edərək buyurur:

«İnsanlardan eləsi var ki, Allaha dilində ibadət edər [qəlbi cəhətdən imanı çox zəifdir]. Əgər dünya ona tərəf gəlib bir xeyir yaxud, fayda verərsə [iman cəhətdən] möhkəmləşərlər, yox əgər imtahan üzündən onlara bəla, müsibət üz versə dəyişərlər, küfrə üz tutarlar. Beləliklə, həm dünyanı əldən verər, həm də Axirəti. Bu açıq-aşkar ziyan və xəsarətdir.» 

"Dillərində" ifadəsi ola bilsin, bu məsələyə işarə olun ki, onların imanları ən çox dillərindədir, qəlblərində zəif iman nurundan başqa bir şey yoxdur. Həmçinin, buna işarə ola bilər ki, onlar İslam və imanın mətnində qərar tutmamışlar. Bəlkə də, onun kənarında və qırağındadırlar. Bildiyimiz kimi, hər kəs bir şeyin kənarında olsa, möhkəm olmaz və azacıq təkan vurmaqla öz yolundan xaric olar.

Bu ayənin şərhində Zürarə, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki: «Bir dəstə şəxslər şirkdən əl götürüb, Allaha ibadətlə məşğul olurlar və Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) qəbul etmirlər. Bu əsasa görə onların imanları şəkk üzündən idi. Onlar deyirlər: Əgər Allah bizim mal-dövlətimizi və övladlarımızı artırsa, qəbul edərikki, o Allahın rəsuludur. Əgər belə olmasa xeyr!" Allah bu ayədə buyurur: "Onların ibadəti, bir tərəfli və dəyərsiz idi."

SƏMİMİQƏLBLƏ İBADƏT

Məhəmməd ibni Yəhya, Əhməd ibni Məhəmməddən, o da iki vasitə ilə İmam Məhəmməd Baqir (əleyhissalam)-dan nəql edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: «Agah olun! Hər ibadətin bir ləzzət və rəğbəti var. Bir az keçdikdən sonra insanı tənbəlliyə çəkir. Beləliklə, hər kəs ibadətin ləzzətini mənim adətim üzrə yerinə yetirsə, hidayət olar, hər kim mənim yolum və adətimlə müxalif olsa, zəlalətə düşər, əməli isə ziyan və zərər olar. Agah olun! Mənim adətim budur: Namaz qılıram, yatıram, oruc tuturam, iftar edirəm, gülürəm, ağlayıram. Hər kəs mənim yolumdan dönsə, məndə deyil. O vaxt buyurdu: Moizədən ötrü ölüm kifayətdir. Yəqin və inanmaqdan ötrü təkcə ehtiyacsızlıq, məşğuliyyətdən ötrü təkcə ibadət kifayətdir.» 

İmam Sadiq (əleyhissalam) buyurur: «Hər kəsin bir meyl və rəğbəti var. Hər rəğbətdən ötrü bir meyilsizlik, bəs xoş o kəsin halına ki, meyilsizliyidə xeyirə tərəf olsun.»

Yenə də Həfs ibni Boxtəri, İmam Sadiq (əleyhissalam)-dan nəql edir: «İkrah və yorğun halında ibadəti özünüzə yük eləməyin!»

İBADƏTDƏ İFRATA YOL VERMƏMƏK

Qeyd edildiyi kimi rəvayətlər bizə tövsiyə edir ki, yaxşı ruhiyyə və səmimi qəlbdən ibadət edək. İbadətin özümüzə təsir bağışlamasından ötrü aşiqanə ibadət edək, yorğunluq və rəğbətsizlik halında olan ibadətdən çəkinin. Yorğunsansa, Allahla münacat meylini əldən vermisən. Belə şəxsin ibadəti, ruhsuz heykəlin ibadətinə bənzər. Həmçinin, ibadətdə ifrat-təfritə də yol verməyin. İbadətdə özünüzü orta səviyyəli qərar verin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) tövsiyə edir ki, yorğun halında ibadətdən çəkinin!

Əmr ibni Cəmi, İmam Sadiq (əleyhissalam)-dan nəql edir: «İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Əlican! Bu din, möhkəm və mətindir. Ona, şad ürəklə daxil ol. Yorğun, qəzəbli halında özünə ibadəti yük etmə. Çünki, ifrata varan şəxsin nə arxası, nə də yolu olar ki, onu keçsin. Beləliklə, əməl vaxtı qocalıb ölməyə hazırlaşan,Allahdan qorxanda, elə şəxs kimi qorx ki, sabah öləcək."

İmam Sadiq (əleyhissalam) başqa bir hədisdə buyurur: «Mən (Kəbə evinin) təvafı halında idim. Kiçik yaşlı idim. Atam yanımdan ötüb mənə baxdı. Möhkəm təvaf ibadəti ilə məşğul idim. Üz-gözümdən tər dənələri axırdı. Buyurdu: Ey Cəfər! Oğlum! Əgər Allah bəndəsini sevirsə, onu Behiştə daxil edər və onun az ibadətinə də razı olar.»

Nəticə budur ki, bütün işlərdə olduğu kimi ibadətdə də ifrat- təfritə yol verilməməlidir.

İslam dünyagörüşündə, Allahı tanımaq məktəbinin fəlsəfəsində ilk səbəb və birinci təsiredici qüvvə, Allahdır. Yerdə qalan başqa səbəblər, bu səbəbin yanında yox, bəlkə də, onların səbəb olmalarının hamısı, Allah tərəfindəndir. Allahpərəst bir şəxslə, materialist bir şəxsin də fərqi həmin yerdədir. Materialist, maddi səbəblərə əsalət verir və bütün təsirləri müstəqil sayır. Halbuki, Allahpərəst və müvəhhid bir şəxs, illət (səbəb) və məlul (nəticə) nəzminə etiqad bəsləməklə, yanaşı hər şeyi Ona istinad verir. Şair buyurur:

Təbii və maddi səbəblərin, müstəqil və qeyri-müstəqil olması məsələsi tövhidlə şirkin əsas sərhədidir. Bu hüdudu qorumaqla, müvəhhid şəxs (Allahpərəst), müşrikdən yaxşılıqla ayrılır. Quran ayələrinin mütaliəsindən sonra aydın olur ki, yaradılış dünyasında heç bir qüdrətin, Allah qüdrətinin kənarında durmağa qabiliyyəti yoxdur. Heç bir səbəbin təsiri, onu vücuda gətirənsiz ola bilməz, Quran buyurur:

«Qurunun və dənizin zülmətlərində sizə doğru yol göstərən kimdir? Küləkləri öz rəhməti önündə bir müjdəçi olaraq göndərən kimdir? Məgər Allahdan başqa tanrı varmı? Allah Ona şərik qoşanlardan ucadır!»

«İnsanlar ümidsizliyə qapılandan sonra, yağmur göndərən nemətini açıb paylayan Odur!» 

Quran, tövhid, yəqinlik və xalis niyyətlə pərəstiş etməyən şəxslərin vəziyyətini belə bəyan edir:

«İnsanlara fəqirlik toxunduğu zaman Rəbbinə tərəf dönüb ona tövbə edərlər. Sonra Allah Öz mərhəmətindən onlara daddıran kimi içərilərindən bir qismi Rəbbinə şərik qoşar.»

«Gəmiyə mindikləri zaman xalis niyyətlə Allahı çağırarlar, ancaq Allah onları sağ-salamat sahilə çıxaran kimi yenə də [Ona] şərik qoşarlar.»

«De ki: Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır! Sonra sizlər yenidən müşrik olursunuz.» 

İNSANIN İLAHİ MƏQAMIVƏ ÜÇLÜYÜNQURAN NƏZƏRİNDƏN ƏSASSIZLIĞI

İmam Səccad (əleyhissalam) buyurur: «Allahın böyük haqqı budur ki, Ona heç bir şeyi şərik qoşma!» Biz bura qədər ibadət və hansı əməllərə ibadət deyilməsi barəsində bəhs etmişik. İndi də hədisdəki, «Allaha heç bir şeyi şərik qoşma" cümləsi barəsində yəni, şirk və onun müxtəlif mərtəbələrini xülasə şəkildə bəhs edəcəyik. Tövhidin mərhələləri müxtəlif olduğu kimi şirkin də mərhələləri müxtəlifdir.

Nümunə üçün zatda tövhid, vəsfdə tövhid, işlərdə tövhid, ibadətdə tövhid və s. olduğu kimi şirkin də özünəməxsus mərtəbələri vardır.

ALLAHIN ZATINA ŞƏRİK QOŞMA

Quran nazil olan əsrdə xaçpərəstlər, İsa Məryəm oğlunu, Allah adlandırırdılar. Quran onları kafir adlandırır:

«Məryəm oğlu Məsih Allahdır, deyənlər şübhəsiz ki, kafir oldular. Onlara de: Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə [bu işdə] kim Ona bir şeylə mane ola bilər?»

«Allah üç nəfərdən biridir, deyənlər əlbəttə kafir oldular. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur.» 

Birinci ayədə, aydın dəlillə buyurur: Allah, insanı həlak edə bilər. Təkcə insanı yox, bəlkə də, bütün insanları məhv edə bilər.

Şübhdə yoxdur ki, bütün məsihilər İsanı, Məryəmin oğlu kimi tanıyırlar və bunu həmişə deyirlər ki, İsa Məryəmin oğludur. Əgər o, Məryəmin övladıdırsa, başqa insanlar kimi ölümü və həyatı öz əlində olmaz. Belə olan halda, o, özünün ölümü və həyatının sahibi deyilsə, necə Allah ola bilər? Bu ayədə İsanın bəşər olmasına tam şəkildə diqqət yetirilmişdir. Ona görə də, İsa, “Məryəmin övladı" kimi ünvanla vəsf olunmuşdur.

Başqa Quran ayəsində, İsanın yemək yeməsinə və onun təama ehtiyacını vurğulayır. Buyurur:

«Məsih [İsa] və anası təam meyl edirlər.»  Yəni, İsa və anasının başqa peyğəmbərlərlə fərqi yoxdur. İsa Məsihin, Allahın övladı olması məsələsi, Allahın zatına şirkin nisbət verilməsi, əslində, yeganə Allahı, üç allahlar şəklində cilvə verməkdən ibarətdir. Quranın sözü budur ki, xaçpərəstlərin, Allah ünvanı ilə ibadət etdikləri İsa Məsih budur. O, Allahın məxluqu olub, Onun rəhməti sayəsidə böyüyəndir.

«Allahdan başqa ibadət etdikləriniz də sizin kimi bəndələrdir!»

«Sizin Allahdan başqa tanıdıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!

Əgər siz onları doğru yola tərəf çağırsanız, eşitməzlər. Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər.» 

Quran kitab əhlini bu mövzuda müxatəb qərar verərək buyurur:

«[Ya Məhəmməd!] Söylə ki: Ey kitab əhli! Sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! [O kəlmə budur ki:] Allahdan başqasına ibadət etməyək. Ona bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman [onlara] deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq!» 

Yuxarıdakı ayə, şirkin bütün mərtəbələrini izah edir. Yəni, heç bir sahədə Allaha şirk qərar verməmək.

İBADƏTDƏ ŞƏRİK

Quran buyurur: «[Ya Peyğəmbər!] Onlara de ki: Mən də sizin kimi ancaq bir insanam. [Mənim üstünlüyüm bundadır ki:] Mənə vəhy olunur ki, sizin tanrınız tək olan Allahdır. Hər kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görməkdə ciddi olsun və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!» 

Bu ayə, ibadətdə Allaha şərik qoşmaqdan çəkindirir. Aydınlaşdırır ki, insan öz ibadət və pərəstişini yalnız, Allahdan ötrü etməlidir. Həmin ayənin izahında, ravi Əbül Careyd, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:

«İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) bu şərif ayə barəsində sual olundu. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Özünü əhaliyə göstərməkdən ötrü namaz qılan şəxs müşrikdir, özünü əhaliyə göstərməkdən ötrü zəkat verən müşrikdir, özünü əhaliyə göstərməkdən ötrü həccə gedən müşrikdir.

Allahın ona əmr etdiyi işi görüb, bu işə görəəhaliyə minnət qoyan, müşrikdir. Allah, riyakarların əməlini qəbul etməz.»

Cərah Mədaini, İmam Baqirin (əleyhissəlam) bu ayə barəsindəki sözünü nəql edərək, buyurur:

«Birisi savab iş görür, ancaq Allahın razılığını nəzərə almır. Çox istəyir ki, öz əməlini insanlara göstərsin. Çox istəyir ki, əhali onun əməlini tərifləsin. Belə bir şəxs, ibadətdə Rəbbinə şərik qərar vemişdir.»

Sonra buyurur: «Elə bir bəndə yoxdur ki, gizlində xeyir bir iş görsün, zaman keçdikdən sonra Allah onun xeyir işini zahir etməsin. Elə bir bəndə yoxdur ki, çirkin işi gizlətsin, zaman keçdikcə Allah onun bu işini şər ünvanı ilə aşkar etməsin!»

Ravilərdən, Zürarə və Həmran, İmam Baqir və İmam Sadiqdən (əleyhumassəlam) nəql edirlər ki, buyururlar:

«Əgər bəndə yaxşı bir iş görüb, Allahdan rəhmət və Axirəti tələb etsə, həmçinin, Allahdan başqasının da razılığını nəzərə alsa, belə şəxs müşrikdir.» 

QURANDA MÜŞRİKLƏRİN ƏMƏLLƏRİNƏ ƏN YAXŞI MİSAL

Qurani-Kərim müşriklərin şirklə qatışmış əməllərini belə mənalandırıb misal gətirərək, buyurur:

«[Həcc əməllərini yerinə yetirin] batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə, göydən düşən quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.» 

Əslində bu ayədə, göy, tövhidə kinayədir. Şərik qoşmaq, insanın bu aləmdən aşağı düşməsinə səbəb olur. İnsan, bu uca məqamdan aşağı endikdə iki aqibətdən birinə giriftar olur: Ya yerə çatmamışdan əvvəl, leş yeyən quşların qida maddəsi olur, başqa sözlə desək, insan, tövhid sahəsindən çıxmaqla, hər birisi insanın varlığını məhv edən həva-həvəslər caynağına giriftar olur. Yaxud, tövhidi əldən verdikdən sonra salamat qalarsa, sonradan elə bir tufan burulğanına giriftar olur ki, bu tufan, insanı bir anda yerə çırpır. Belə ki, bədəni parça-parça olub, hər bir zərrəsi bir tərəfə düşür. Bu tufan sanki, həmişə insana yaxınŞeytana kinayədir.

Doğrudan da şirk qoşmağa, bundan daha gözəl və aydın bənzətmə ola bilərmi? Bir mətləbə də daha çox diqqət olunmalıdır. Bu gün sübut olunmuşdur ki, insan, azad şəkildə aşağı tullanan anda heç bir çəkisi olmur. İnsanın bu zaman fövqəladə iztirab hissi keçirməsi də, həmin çəkisizliyinə görədir.

Bəli! Hər kəs imandan çıxıb şirk qoşmağa tərəf gəlsə, sabit güvənc yerini əldən verər və onun ruhunda belə bir çəkisizlik əmələ gələr. Onun ardınca da, həmin şəxsə fövqəladə qəribə bir iztirab hissi hakim olar.

BƏNİ-ÜMƏYYƏ, ŞİRKİNTANINMASINAMANE OLUB

İmam Sadiq (əleyhissəlam) buyurur:

«Bəni-üməyyə, iman və onun mahiyyətini öyrənməyi əhalidən ötrü azad buraxmışdılar. Lakin, şirk qoşmağı və onun tanınmasını azad qoymamışdılar. Ona görə ki, müsəlmanları şirkə tərəf çağıranda, onlar anlaya bilməsinlər ki, Bəni-üməyyə, onları şirkə tərəf dəvət edir.»

Mərhum Feyz Kaşani bu hədisin şərhində, "Şafi" kitabında belə yazır: «Bəni-üməyyə çox həris idilər ki, əhali, sözsüz-söhbətsiz onlardan itaət etsinlər. Ona görə də, iman və tövhid yolunu tanımağı azad, amma şirki tanıyıb ondan çəkinmək yolunu bağlamışdılar. Çünki, əgər əhali şirkin mahiyyətini anlamasalar, onu tez qəbul edərlər. Lakin, şirkin mənasını dərindən bilib anlasalar, qəti şəkildə Bəni-üməyyədən itaət etməyəcəkdilər!»

Ümumiyyətlə, təkcə Bəni-üməyyə yox, bəlkə də, dünyanın bütün qoluzorluları və qüdrət sahibləri çalışarlar ki, insanlar elm və mərifət sahəsinə qədəm qoymasınlar. Nə qədər çox anlamasalar, yaxşı itaətdə olarlar. O, səbəbdəndir ki, İslam mədəniyyətində elm öyrətmək və maariflənmək, cəhalət və savadsızlığa qarşı mübarizə,ən yaxşı ibadət və ən mühüm vəzifədir.

GİZLİŞİRK

Gizli və batini şirki bəyan etməkdən ötrü İmam Sadiq (əleyhissəlam)-ın, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql etdiyi rəvayətə işarə edirik:

«Müsədət ibni Sədəqə, İmam Sadiq (əleyhissəlam)-dan nəql edir ki, o həzrətdən,Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) gizli şirk barəsindəki sualın cavabında buyurduğu: «Gizli şirk, gecə zülmətində qara daşın üzərində hərəkət edən qarışqadan da görünməzdir.» - hədisi haqqında soruşurlar. Peyğəmbərin bu hədisi barəsində İmam Sadiq (əleyhissəlam) buyurur: «Möminlər, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında müşriklərin bütlərini təhqir etmişdilər. Nəticədə, müşriklər də möminlərin Allahına cavab qaytarmışdılar.”

Ayə nazil olur. Allah, möminləri bu işdən çəkindirir ki, müşriklərin ağzı yumulsun. Belə olmayan halda, möminlər özləri də bilmədən Allaha şərik qərar verərlər. Allah-taala, Ənam surəsinin 108-ci ayəsində buyurur:

«Müşriklərin Allahdan başqalarına tapındıqlarını söyməyin!»

Bu hədisdə, «gizli və batini» şərik qoşmanın İslamda nə qədər ciddi məsələ olması məlum olur. Belə şirkdən Allaha pənah aparırıq. İndi də İmam Səccadın (əleyhissəlam) buyurduğu bu cümləyə işarə edək:

Buyurur: «Allahın sənin boynundakı haqqı budur ki, Ona ibadət edəsən və Ona şərik qərar verməyəsən. Əgər belə bir işi (ibadəti) xalis niyyətlə yerinə yetirsən, Allah Özünə vacib etmişdir ki, dünya və Axirət işlərində sənə şəfaət etsin. Sənin çox bəyəndiyin şeyi sənin üçün saxlasın!»

Allahdan belə bir haqqı yerinə yetirə biləcəyimizə münasib fürsət istəyirik!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI
QANUNUN ZӘIFLIYI
HİNDUİZM (2)

 
user comment