Azəri
Friday 19th of July 2024
0
نفر 0

"İslami qaydada heyvan başı kəsməyin elmi bir məsələ olduğunu sübut etməyə hazırıq"

 “Dünyanın harasında istəyirlərsə, bu cür heyvan başı kəsməyin elmi cəhətlərini yoxlamaq üçün seminar təşkil etsinlər. Biz İslami qaydada heyvan başı kəsməyin elmi cəhətlərini sübut etməyə tam hazırıq”.

Sağlamlıq (səhiyyə xidməti) şöbəsi: İQRİQ – İslam kabinetinin məlumatlandırma və tədqiqat mərkəzinin icraçı müdiri Əbdül Hüseyn Fəxxari, Fransanın Baş Naziri Fransua Filunun İslami qaydada heyvan başı kəsməyin elmi dəyərini sual altına almasına işarə edərək dedi: “Dünyanın harasında istəyirlərsə, bu cür heyvan başı kəsməyin elmi cəhətlərini yoxlamaq üçün seminar təşkil etsinlər. Biz İslami qaydada heyvan başı kəsməyin elmi cəhətlərini sübut etməyə tam hazırıq. Fransuanın fikirləşdiyinin əksinə olaraq, İslami zibh (heyvan başı kəsmək) elm və modernizimin əleyhinə deyil, bəlkə, tam şəkildə elmi və müasir dövrün tələblərinə uyğundur. Çünki, halal zibh sistemində zibhin İlahi şəriətə uyğunluqundan əlavə elmi cəhətdən də insanların sağlamlığı və yemək rejiminin tənzimi nəzərə alınmışdır.

İlsami zibh qaydasında heyvan kəsilməmişdən öncə diri olmalı, kəsildikdən sonra qan tam şəkildə heyvanın bədənindən xaric olmalıdır. Bu isə ətin tam sağlamlığını zəmanət edir ki, qeyri-İslami yolla kəsilən heyvan ətlərində belə bir zəmanət yoxdur.

Bundan əlavə müsəlmanlar da heyvanları zibh etmək üçün müasir avadanlıqlardan (elektrik şoku) istifadə edirlər. Amma elektirik şokunu və ya beyinə elektron güllə atəşini elə kontrol edirlər ki, heyvanın ölümünə səbəb olmasın. Həmçinin bu cür heyvan ram etmə qaydasından yalnız böyük cüssəli heyvanlarda (dəvə, gamış) voltajı kontrol etməklə istifadə edilir.

Qərblilərin elektirik tapanca ilə heyvanın beynini deşməsini İslam qəbul etmir. Bu məsələyə hətta Avropanın elmi dairələri də etiraz bildirmişlər. Çünki bu şok beyin hissələrinin heyvanın qanında yayılmasına və inək quduzluğu xəstəliyinin yaranmasına bais olur.

Əslində biz Avropaya deyirik ki, siz gərək modernizim və elmi əsaslara riayət edəsiniz. Doğrudur ki, modernizim bizim üçün üsul deyildir, amma İslami zibh qaydası da elmi və təcrübi dəlillərin müxalifi deyildir.

Bundan əlavə İslami zibh üçün, İstambulun 2010-cu il İslam konfransında beynəlxalq “halal zibh - halal yemək” satandartı da təyin edilmiş və 57 ölkə tərəfindən qəbul olunmuşdur.

Bütün dünya müsəlmanlarının harada yaşamalarından asılı olmayaraq bu satandartdan istifadə etmək hüququ vardır.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment