Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Qurban bayramı günündə qurban kəsməyin fəlsəfəsi və bu simvolik işin mənası

Həccin əməllərindən biri sayılan qurbanlıqda Allah evinin ziyarətçiləri və İslam ümməti üçün bir sıra diqqətəlayiq məsələlər vardır. Qurbanlığın həm ritual və irfani, həm də siyasi və iqtisadi cəhətləri var. Qurani-kərimdə işarə olunduğu kimi qurbanlığın ilk aydın hikməti təqvanın ən yüksək dərəcəsidir. Həcc surəsinin 37-ci ayəsində deyilir:

“Allaha çatan onların əti və ya qanı yox, sizin təqvanızdır.” Yəni Minada yerinə yetirilən əməllərdən biri olan qurbanlığın əti və qanı Allaha çatmır, əksinə insanı Allaha yaxınlaşdıran əməllərin ruhudur və Allaha çatan bu işdəki təqvadır. Həqiqətdə qurbanlıq əməlində bir hökm və bir hikmət vardır: onun hökmü bir qoyun kəsmək və hikməti isə təqva ilə ucalmaqdır. İnsanı Allaha yaxınlaşdıran hər bir iş bir növ qurbanlıq sayılır. Ayədə təqvanın Allaha tərəf yalnız ucalmasından yox, hətta Ona yetişməsindən söhbət açılır. Təqva sifəti təqvalı insanın ruhundan ayrılmaz bir şey olduğu üçün təqvanın Allaha yetişməsi həqiqətdə təqvalı insanın Allaha yetişməsi və qovuşması deməkdir.

Təqvanın müxtəlif dərəcələri vardır və qurbanlıqda təqvanın ən yüksək dərəcəsinə işarə olunması mümkündür. Təqvanın bir dərəcəsi günahlardan çəkinməkdir. Bundan üstün dərəcəsi bəyənilməz işlərdən çəkinməkdir: istər günahlı olsun, istərsə də məkruh. Ən üstün dərəcəsi isə budur ki, insanın qəlbində Allaha və dini dəyərlərə məhəbbətdən başqa bir şey olmasın, çünki qəlb Allahın hərəmidir (qoruğudur).

Qurbanlığın həcdəki ilk hikməti budur ki, İbrahim peyğəmbər oğlu İsmayılı qurbanlıq üçün hazırlamışdır. Bu əhvalat Quranda təfərrüatı ilə gəlmişdir: “Əziz oğlum, yuxuda gördüm ki, Allah mənə səni qurban kəsmək əmrini verir.” Oğlu İsmayıl da təslim olub dedi: “Allah mənim barəmdə sənə nə göstəriş veribsə, yerinə yetir və mən səbr edəcəyəm.” Ömrünün sonunda Allahın İsmayıl kimi yetkin bir oğul verdiyi bu ahıl qoca oğlunu öz əli ilə Minada qurban kəsmək istəyir. O son mərhələyədək Allahın göstərişini yerinə yetirdi və öz vəzifəsinə əməl etdi. Bıçaqı İsmayılın boynuna dirəyib sıxdı, lakin bıçaq kəsmədi. Bu, təqvanın ən yüksək dərəcəsi deməkdir. Yəni Allah aşiqi heç nəyə könül bağışlamır. Əgər insan, qəlbi bağlılıqlardan əl çəkməsə, sonsuz kamilliyə və mütləq məhbuba çata bilməz. Başqa sözlə, insan bütün məhbublardan uzaqlaşdıqdan və Allahdan başqalarının məhəbbətini qəlbindən çıxardıqdan sonra mütləq məhbub olan Allaha çata bilər: “İnsanın qəlbi Allahın ərşidir” və yalnız bu zaman insan mütləq bayrama nail ola bilər. Bayram gününün qurbanlığı təqvanın həcc və onun nuraniyyəti sayəsində əldə olunan ən yüksək dərəcəsinə işarədir və bu da ev sahibi ilə görüşdən ibarət olan liqaullah (Allaha qovuşmaq) bayramıdır. İnsanlar buraya təkcə evi yox, həm də ev sahibini görmək üçün gəlmişlər. Yalnız saf qəlbli insanlar həqiqətən ev sahibini görməyə nail ola bilərlər. Saf qəlbin nə olduğunu isə İmam təfsir edir: O qəlb ki, onada Allahdan başqası olmasın.  Mina həqiqətdə, Allah aşiqlərinin qurbangahıdır. Allahdan başqa hər hansı şeyə könül bağlamaq mütləq tövhidlə ziddiyyət təşkil edir və bir növ şirkdir. Hətta insanın qəlbi Allahdan başqası ilə olsa, deməli qəlbində bir növ gizli şirk vardır. İbrahim peyğəmbərin (s) ardıcılları olan kamil tovhidçilər o kəslərdirlər ki, qəlblərində Allahdan başqasına yer verməsinlər. Nurani həcc mərasimində insana müvəffəqiyyət gətirmək xüsusiyyəti vardır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment