Azəri
Sunday 24th of September 2023
0
نفر 0

Siyasi cəhətdən bu ibadətin əhəmiyyəti



Qurbanlığın fəlsəfəsi və onun siyasi mənası həqiqətdə mənəviyyat yolunda fədakarlıqdan başqa bir şey deyildir. Başqa sözlə desək, insan nəfsani istəklərdən azad olarkən, asanlıqla Allah yolunda cihad edə bilər. İmam Xomeyni qurbanlığın siyasi hikməti haqda buyurur, bu əzəmətli məkanda fədakarlığı dünya xalqlarına çatdırın və deyin ki, haqq və ilahi ədalət yolunda, zamanımızın müşriklərinin əllərini kəsməkdə heç bir şeyi əsirgəmək olmaz, hər bir şeydən, hətta İsmayıldan keçmək lazımdır ki, haqq əbədiləşsin.

Başqa sözlə, qurban kəsən şəxs üçün qurbanlığın hikməti budur ki, həyatının ən əziz və ən şirin meyvəsini Allah yolunda verməli və bunu bayram olaraq qeyd etməlisən. Şəhid anaları və şəhid ailələri həqiqətdə İmamın bu sözünün ən gözəl nümunələridir. Onlar qurbanlığın bu hikmətindən bəhrələnmiş, ona əməl etmiş və həyatlarının ən əziz meyvəsini Allah yolunda qurban vermişlər. Həqiqi bayramı onlar keçirmişlər.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tövbənin şərtləri və nəticələri
ALLAHIN HAQQI
Xums
Allah bütün kamal sifətlərə malikdir
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Övliyaların çağırılması
İbadətdə tövhid və şirk
Cümə namazının qılınışı və xütbə
FETİŞİZM VƏ ANİMİZM
Kainatda əsla təsadüf yoxdur

 
user comment