Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Həccin əzəməti hansı əməldə özünü daha çox göstərir?



Bu təntənəli mərasimdə başdan-başa əzəmət vardır. Həcc əməllərini yerinə yetirmək üçün gələn insan bilməlidir ki, həcdə hansı sirlər var. Əgər həccin sirlərini bilməsə, ixlası da az olar. Buna gərə də, həccin sirləri ilə tanış olmaq lazımdır ki, hacılar zahiri əməllərin batinindən xəbərdar olsunlar.

 Həccdə,  Kəbə ətrafında təvaf etmək hər biri diqqətə layiq olan bir sıra xüsusi ibadətlərin nizamlı məcmusudur. Ehram və Ləbbeyk demklə başlayan həcdə ritual cəhəti çox olan və ilahi imtahanların güclü olduğu işlər haram olur və ehram müdəti sırf imtahan xarakterli və tam ritual bir formaya çevrilir. Təhlil mərasiminin çatması ilə ehram açılır və ehramlı şəxsdən qadağalar götürülür. Səmərəli ehram müddətinin kamil insan yaratmaqda elə əsaslı bir təsiri vardır ki, onun təsiri həcc və ziyarətin məzmununa bağlı olan cəmiyyətdə görünür.

“Ləbbeyk, Allahummə, Ləbbeyk” lə başlayan ehram, təvaf, Səfa ilə Mina arasında var-gəl etmək, Ərəfat, Məşər, Mina, cəmərələrə daş atmaq- bunlar hamısı başdan- başa əzəmətdir.

 Quranda Səfa ilə Mərva arasındakı hərəkət bəlkə də əzəmətin başlanğıcı olaraq qeyd olunub. Həccin sirlərini bilməyən şəxsin həcci kamil həcc sayılmır. Mümkündür, əməlləri düzgün sayılsın, lakin qəbul olmasın. Çünki həcc yerinə yetirən şəxsin ruhu həccin sirlərindən xəbərdar olmadığı üçün təkamülə yetişməmiş sayılır. Hər bir insanın şəxsiyyətini və həqiqətini təşkil edən onun əqidələri və niyyətləridir. Həcc insan formalaşdırır və əgər bir kəs həqiqi hacı olmazsa, deməli həqiqi insan deyildir. Həcc bir reallıqdır və həccin həqiqi forması onun həqiqətidir.

Həccin qəbul olması və bu mənəvi saflığı qorumaq üçün nə etməli?

Hacılar həccin bərəkətindən istifadə etmək üçün, ən başlıcası günahdan çəkinməlidirlər. Həcdən sonra həccin nuraniyyətini aradan aparan şeylərdən biri günahdır, digəri isə xoşa gəlməz əxlaq və münasib olmayan davranış.

Hədislərdə buyurulur ki, əgər hacı üç məsələyə riayət etməsə, həcdən bəhrələnməz: biri günah etməmək, ikincisi yol yoldaşları ilə xoş rəftar etmək, digəri isə əsəbləşməmək. Bu üç bəla qoymur ki, həccin nuraniyyəti insanlarda cilvələnsin.

Müsəlmanalrın birliyində həccin təsiri

Müsəlmanalrın birliyi Quranın göstərişidir və müsəlmnanların Qurana və İslama itaətindən qaynaqlanır. Həccin İslamın ən böyük ritual və siyasi mərasimi olduğu  və İslam cəmiyyəti quruculuğunda  mühüm rol oynadığı üçün əgər layiqli şəkildə yerinə yetirilsə, müsəlmanların vəhdətinin möhkəmlənməsində ən böyük rolu ola bilər. Odur ki, İslam düşmənləri, xüsusilə öz iqtisadi- siyasi manafelərini İslam ümmətinin parçalanmasında görən dünya imperializmi həccin lazımi şəkildə keçirilməsini istəmirlər. Bu haqda peşakar siyasətçilərdən biri deyir, əgər müsəlmanalr həccin mənasını başa düşməsələr, vay onların halına və əgər müsəlmanlar həccin mənasını başa düşsələr, vay İslam düşmənlərinin halına.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment