Azəri
Monday 22nd of July 2024
0
نفر 0

Həzrəti-İbrahim Xəlilullahın Allaha arxalanması

 

Təvəkkülün ən yaxşı nümunələrindən biri də bütpərəstlərin onu tonqala atmaq qərarına gəldiyi zaman Allaha arxalanıb təvəkkül edən İbrahim Xəlil(ə)-dır.

«Qurani-Kərim»də əhvalat belə göstərilir:

Dedilər: «Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!» («Ənbiya»-68).

Bəziləri belə yazırlar:

«....Bir ay odun yığdılar. Tonqal yanan zaman alovun dilləri elə şölələnirdi ki, heç quşlar da oradan ötüb keçə bilmirdi. Çünki qol-qanadları yanırdı.»

Onların bu cəhdləri haqda Təbərsi yazır:

«...Xəstə olanlar, sağ qalmaqlarına ümid bəsləyənlər belə vəsiyyət edirdilər ki, qoyub getdiyi mallarının bir hissəsini İbrahimin yandırılması üçün odun almağa sərf etsinlər, hətta yun əyirən və bununla da gündəlik tələbatlarını əldə edən bəzi qadınlar da öz gəlirləri ilə odun alıb yığırdılar.»

Fəxr Razi yazır:

«Bir qadın xəstələnən zaman nəzir etmişdi ki, əgər sağalarsa, İbrahimin yandırılması üçün odun alar.»

Bacardıqları qədər odun yığdılar. Tonqala od vurduqdan sonra istədilər, həzrəti İbrahimi odun içinə atsınlar, alovun istisindən yaxına gedə bilmədilər. Şeytan onlar üçün mancanaq düzəltdi. İbrahimi mancanağa qoyub tonqala atdılar.

İmam Sadiq(ə) buyurur:

İbrahimi mancanağa qoyub tonqala tərəf atarkən Cəbrail görüşünə gəlib salam verdikdən sonra dedi: «Mənim köməyə ehtiyacım var, amma sənə yox!» («Məcməül-bəyan» IV c/ s-55).

Cəbrail həzrəti-İbrahimə təklif etdi ki, belə isə öz ehtiyacını Allahdan dilə.

İbrahim dedi: «Allahın mənim halımdan xəbərdar olması kifayət edər.»

Nəhayət, öz işini Allaha həvalə edib, Ona arxalandığına görə tonqal Peyğəmbər (s) üçün gülüstana çevrildi:

Biz də: «Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! - deyə buyurduq»: («Ənbiya» -69).

Tonqal o qədər soyuqlaşdı ki, əgər Allah-təala atəşə: «İbrahimə qarşı zərərsiz ol!» - deməyib, təkcə «soyuq ol!» desəydi, İbrahim təhlükəyə düşərdi.

Bəli, Allaha bu dərəcədə təvəkkül edəni uca Yaradan çətinlik və bəlalardan üzüağ çıxarıb tonqalı gülüstana çevirər.

Allahdan başqasına təvəkkül etdiyinə görə

Yusif (s) bir neçə il zindanda qaldı.

Yusif peyğəmbər «Quran»da buyurulduğu kimi («O bizim xalis bəndələrimizdən idi»), böyük məqama və ali mənəvi dərəcəyə yetişmişdi. Amma buna baxmayaraq, zindan yoldaşlarından birinin azad olacağını bildikdə, Misir sultanına onun (Yusif) haqqında da danışmağı rica etdi. «Qurani-Kərim»də bu haqda belə buyurulur:

«(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərab paylayana) dedi: «Ağanın yanında məni də yada sal!» Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.» (Yusif - 42).

«...Bir neçə müddətdən sonra yadına düşdü ki, Yusif neçə illərdir zindandadır.» (Yusif - 45).

İmam Sadiq(ə) Yusifin Allahdan başqasına sığındığı haqda buyurur:

Cəbrail Yusifin yanına gəlib dedi:

-Kim səni insanların ən gözəli etdi?

Yusif dedi:

-Allah.

Cəbrail:

-Kim sənin məhəbbətini atanın qəlbinə saldı?

Yusif:

-Allah.

Cəbrail:

-Səni quyudan çıxarmaq üçün karvanı sənə sarı kim yolladı?

Yusif:

-Allah.

Cəbrail:

-Səni (quyunun ağzından atılan) daşdan kim qorudu?

Yusif:

-Allah.

Cəbrail:

-Səni quyudan kim çıxartdı?

Yusif:

-Allah.

Cəbrail:

-Misir qadınlarının məkr və hiyləsini səndən kim uzaqlaşdırdı?

Yusif:

-Allah.

Cəbrail dedi:

-Allahın soruşur ki, bəs niyə məndən başqasına rica etdin, amma məndən istəmədin? Bax, buna görə də gərək bir neçə il zindanda qalasan. 

Allaha arxalanmamağın nəticəsi

Keçən bəhslərdən uca Tanrıya təvəkkül edib arxalanmağın nə kimi əhəmiyyət kəsb etdiyi məlum oldu. İndi isə sonda Allaha təvəkkül etməməyin və Ona arxalanmamağın nəticəsi haqda İmam Sadiq(ə)-dən nəql olunmuş bir hədislə açıqlamalar veririk.

Hüseyn ibn Ülvan adlı bir nəfər deyir:

Elm öyrənmək üçün bir ziyalı məclisində oturmuşdum. Pulum qurtarmışdı. Məclisdə olanlardan biri dedi:

-Allaha and olsun, istədiyinə nail ola və arzuna çata bilməyəcəksən.

Dedim:

-Allah keçsin günahından, haradan bilirsən?

O cavab verdi:

-Mən İmam Sadiq(ə)-dən eşitmişəm: «Mən kitabların birində oxumuşam ki, Allah-təala öz izzəti, əzəməti, şərəfi, böyüklüyünə və s-yə and içərək buyurur ki, məndən başqasına ümid edənə zəlalət libası geydirib öz dərgahımdan qovaraq fəzilətimdən məhrum edərəm. Çətinliklər mənim əlimlə həll olduğu halda, məndən başqasınamı əl açıb yalvarır? Məndən başqasına ümid bəsləyir, mənim evimdən başqa bir evin qapısını döyür? Halbuki bütün bağlı qapıların açarları mənim yanımda və evimin qapısı da məni çağıranın üzünə açıqdır.

Varmı elə şəxs ki, çətinə düşəndə mənə ümid bəsləyib, mən onun ümidini kəsmişəm?

Mən bəndələrimin arzu və istəklərini öz dərgahımda qoruyub saxladım. Onlar isə buna razı olmadılar. Göyləri mənə zikr etməkdən yorulmayan mələklərlə doldurdum. Onlara əmr etdim ki, mənimlə bəndələrim arasındakı qapıları bağlamasınlar. Lakin onlar (bəndələr) mənim sözümə inanmadılar.

Məndən başqasına ümid bəsləyən bilmirmi ki, əgər ona bir çətinlik üz versə, başqası mənim icazəm olmadan onun çətinliyini aradan qaldıra bilməz? Bəs niyə məndən üz döndəribdir? Halbuki öz kərəm və fəzilətimdən istəmədiyi bir şeyi ona əta edir, sonra ondan alıram. Onun yenidən qaytarılmasını isə məndən yox, başqasından istəyir.

Bəndə mənim haqqımda nə fikirləşir? Məndən istəməyə-istəməyə ona əta etdiyim halda, yəni məndən istəyərkən ona öz nemətimdən əta etmərəm? Məgər məni paxıl sanırmı? Bütün səxavət və kəramətlər məndən deyilmi? Bağışlamaq və əfv etmək mənim əlimdə deyilmi? Məgər mən arzu və istəklərin ünvanı deyiləmmi? Belə isə məndən başqa kim arzu və istəkləri kəsə bilər? Məndən başqasına ümid bəsləyənlər qorxmurlarmı?

Əgər bütün yer və göy əhli mənə ümid bəsləyərsə və mən də onların hər birinə hamısının ümidvar olduğu qədər nemət əta edərəmsə, qarışqanın bir bədən üzvi qədər olsa belə, qüdrət və dövlətimdən azalmaz. Malik olduğum dövlət heç azalarmı?

Vay olsun o şəxslərin halına ki, mənim mərhəmətimə ümid bəsləmirlər. Vay olsun o şəxslərin halına ki, mənim qarşımda günah edir, məndən qorxmurlar.

Buna görə də yalnız Allaha bağlanmaq lazımdır. Əmirəl-möminin(ə) buyurur:

«...Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər...»

«....Allaha təvəkkül edirəm. Tövbə və ona tərəf qayıdışla yanaşı olan təvəkkül.»


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD

 
user comment