Azəri
Thursday 28th of September 2023
0
نفر 0

Şiələr və Əhli-sünnət arasında ayrılıq və ixtilaf salmaq düşmənlərin hiyləsidir



Beynəlxalq qrup: Əhməd Təyyib – Əl-Əzhərin Şeyxi, Əl-Əzhər İslam Mərkəzinin Qahirdəki ofisində İİR-ın XİN-i ilə keçirdiyi görüşündə Əhli-beytin (ə) sünnilər arasındakı sevgisinə işarə edərək deyib: Şiələr və Əhli-sünnət arasında ayrılıq və ixtilaf salmaq düşmənlərin hiyləsidir və biz bu cür cərəyanların öz hədəflərinə çatmasına icazə verməməliyik.
Əhməd Təyyib – Əl-Əzhərin Şeyxi, 2013-cü ilin yanvar ayının 10-da Əl-Əzhər İslam Mərkəzinin Qahirdəki ofisində İran İslam Respublikasının Xarici İşlər Naziri Əliəkbər Salehi ilə keçirdiyi görüşündə Əhli-beytin (ə) sünnilər arasındakı sevgisinə işarə edərək deyib: 

  Müsəlmanlar arasında müştərək meyarlara təkid olunmalı və bütün ixtilaf və tərfriqəçilikdən uzaq durulmalıdır.

Əl-Əzhərin ən mühüm hədəfi müsəlmanlar arasında vəhdət və birlik və məzhəblər arasında yaxınlıq yaratmaqdır.

Düşmənlər son illərdə müsəlmanlar arasında ayrılıq və ixtilaf və fitnə alovunu gücləndirmək üçün çox işlər görüblər.

İran İslam Respublikasının Xarici İşlər Naziri Əliəkbər Salehi də öz növbəsində İran alimlərin səmimi salamlarını Əhməd Təyyibə çatdırdı və Misir xalqının İnqilab qələbəsini təbrik etdi. Həmçinin İranın öz təcrübələrini Misir dövlətinin ixtiyarında qoymağa hazır olduğunu dedi.

Salehi də sünni-şiə davasının düşmənlər tərəfindən hazırlanmış bir hiylə olduğunu vurğuladı. O, Əhməd Təyyibi İrana dəvət etdi ki, şiə və sünnilərin bu ölkədə dost və mehriban yaşadığının şahidi olsun.


source : http://iqna.ir/az/
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Livanın Amal hərəkatı Musa Sədrin sağ olmasına ümid edir
İslamda zülm etmək və zülmə baş əymək yoxdur
Başqırdıstanda ilk İslam kitabxanası açılır
Peyğəmbərin dilindən 12 İmamın adlarının keçdiyi Əhli-Sünnə kitabları
Şərqşünasların İslama gəlişi Quran həqiqətindən danışır
Hüsnü Mübarəkin məhkəməsinin 3-cü iclası bu gün olacaq
İmam Hüseyn və Əbülfəzlin bayraqları Azərbaycana gətirilir
Bakıda missionerliyi yayan kitablar satılır, quran yığışdırılır
"Təbliğ" ayəsi və Qədir-xum hadisəsi - 1
Yaxşılıq haqqında hədislər

 
user comment