Azəri
Monday 17th of June 2024
0
نفر 0

İzdivacınız mübarək olsun! - xanımların tədbiri

İzdivacınız mübarək olsun! - xanımların tədbiri

Rəbiül-əvvəl ayının 10-u - əziz İslam Peyğəmbərinin (s) Həzrət Xədicə (s.ə) ilə mübarək izdivacı günüdür. İçərişəhər "Cümə" məscidinin dini icmasının xanımlar heyəti bu münasibətlə “İzdivacınız mübarək olsun, ey Allahın sevimli bəndələri“ adlı seminar keçirmişdir.

Qurani-Kərimin mübarək surələrindən olan “Muhəmməd” surəsini Şəbnəm Ağamirzəyeva tilavət etdi.

Seminarı giriş sözü ilə açan Aynur Ağamirzəzadə  izdivac nədir və dinimizin izdivac haqqında buyuruşlarına nəzər salaraq, vurğuladı ki, izdivac - Allah Təalanın bizə bəxş etdiyi ilahi bir nemətdir.Daha sonra Peyğəmbərimizin (s) izdivac haqqında buyuruşları dinləyicilərin nəzərinə çatdırıldı.

Sonra Gülnarə xanım İslam dinində həyat yoldaşı seçməyin yollarını bəyan edərək, kişi və qadının bir-birlərinə olan qarşılıqlı hörmətindən danışaraq vurğuladı ki, “Suyu çirkin gölməçədə bitən güldən uzaq olun”. Yəni həyat yoldaşı seçərkən onun gözəlliyinə deyil, imanına nəzər yetirin. Ardınca Rəsulallahla (s) Həzrət Xədicə (s.ə) hansı şəraitdə evləndilər mövzusuna  geniş toxunuldu.

Peyğəmbərimizin (s) əxlaqı barəsində danışan Ulduz Yusubova  qeyd etdi ki, "Həyatda hər bir insan gözəl əxlaqa sahib olmaqla hər şeyə nail ola bilər. Bu mənada bəşəriyyətin ən gözəl əxlaqlısı həzrət Peyğəmbərimizdir (s)". Çıxışçı, bu mövzunu müxtəlif rakurslardan işıqlandırdı.

Yetər xanım “İslam dini və qadın” mövzusunda danışdı. "Allah Təala qadını başqa məxluqlara vermədiyi istedad və keyfiyyətlərlə zənginləşdirmişdir. Ona bu qabiliyyət bəşəri tərbiyə etmək, onu inkişaf mərhələsinə çatdırmaq üçün bəxş olunmuşdur. İnsan şəxsiyyətinin formalaşmasında  ən güclü amil - təlim-tərbiyədir. Bu işin ən mühüm aparıcısı qadın olub və olmaqdadır" - deyə qeyd etdi.

İradə Məmmədova  “İslamda ailə” mövzusuna geniş toxunaraq  bildirdi ki, islamda ailə - kişi və qadının sadəcə öz səadətləri üçün etdikləri bir əqddən ibarət deyildir. Ailə - bəlli islami və ictimai vəzifələri də yerinə yetirmək üçün məsuliyyətlə yüklənmiş bir ictimai təsisatdır.

Nərmin Niyazlı "Xanım Xədicə (s.ə) kim olmuşdur" mövzusuna toxunaraq, xanımın bir insan olaraq, əzəmətindən danışdı və tarixi baxımdan xanımın həyatı haqqında bilgi verdi.

Sonda Zemfira xanım Nəsrullayeva Həzrət Rəsulun (s) dilindən həyat yoldaşı həzrət Xədicə (s.ə) haqqında olan hədisləri nəzərə çatdıraraq bildirdi ki, Həzrət Xədicə (s.ə) həyatının bütün istiqamətləri ilə - iffəti, həyası, təqva və təmizliyi, ibadət və itaəti, fədəkarlıq və dünyaya meylsizliyi, ərinə olan itaət və təslimiyyəti və Allah yolunda ona köməyi ilə və yetişdirdiyi övladları ilə bütün xanımlar üçün bir nümunədir..

Seminarda həmçinin video-çarxlar nümayiş etdirildi.

Sonda İmam Zaman ağanın (ə.f) cəmlə duası oxundu. Tədbir iştirakçılarına toy adət-ənənəsi olan şirniyyat hədiyyə olundu.


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
İmam Əlinin (ə) hərəmində Müsəlmanlara səhər yeməyi verilir
“əl-Əzhər” universitetinin şeyxi yenidən İİR-na dəvət olunub
İslam ölkələri Gənclər İttihadının Somaliyə beynəlxalq yardım planı
İslamçı məhbus Muraz Rəhimov azadlıqda!
Səudiyyə rejimi Ayətullah Nimr və daha 46 nəfəri edam etdi - Şəhidlərin adları ...
İSESCO-nun İcraiyyə Şurasının iclası keçiriləcək
İlk dəfə insan yandıran kimdir ?
İslam ölkələrinin qadın məsələləri üzrə bir-birilə əməkdaşlığına ...
Tümen vilayətində Rusiya İslam Universitetinin filialı işə başladı

 
user comment