İçərişəhər “Cümə” məscidi dini icmasının xanımlar heyəti 20 Yanvar hadisələri ilə əlaqədar seminar keçirmişdir. Tədbir Qurani-Kərimin tilavəti və Dövlət himninin sədaları ilə başlanıldı. Seminar əsasən üç mövzu üzrə təşkil olunmuşdu: Kərbəla şəhidləri, 20 Yanvar şəhidləri timsalında Azərbaycan şəhidləri, Reyçel Korri timsalında Qüds şəhidləri. “Kərbəla Şəhidləri” çıxışında əsasən ləyaqət və ideallar mövzusu qabardılaraq, Kərbəla şəhidləri ilə 20 yanvar şəhidlərinin oxşar cəhətlərindən danışıldı. 20 Yanvar şənbəsindən bəhs edərək, o günlərdə yaşananlar, xalqın əzmkarlığı, vəhdətliyi yada salındı.
Azərbaycanın çox ağır günlərində ona dayaq olan kəslər – Şəhidlər layiqli şəkildə anıldı. Şəhidliyin kamala çatmaq üçün bir vasitə olduğundan danışaraq, İslamda şəhidlik məqamına aid hədislər səsləndirildi. Azərbaycanın son dövrlərdə şəhid olmuş gənclərindən olan Şəhid Seyyid Mübariz haqqında geniş bəhs edilərək, onun haqqında yazılmış ilahi musiqinin sədaları altında video çarxa baxıldı. Tədbirdə həmçinin Fələstinli məzlumların əzmkar müdafiəçisi şəhid Reyçel Korri də yad edildi. O, haqsevər gəncin uşaqlıq illəri, Fələstində yaşadığı və şəhid edildiyi anlardan danışıldı, “Bir quş olsam “ video çarxı izlənildi. Tədbirdə Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisi və onun qəhrəmanlarından da bəhs olundu.
Seminar “Fərəc” duasının cəmlə tilavəti ilə yekunlaşdı.
source : http://deyerler.org