Azəri
Friday 19th of July 2024
0
نفر 0

Ölümdən əvvəl bu hədiyyəni hazırlamaq lazımdır.

Peyğəmbəri-Əkrəm (s) buyurur: “Ölüm - ölmək və başqa bir həyata köçməkdir. Elə bir həqiqətdir ki, onun çarəsi yoxdur. Ölüm hökmü bütün canlı varlıqlara yazılmışdır. Allah Təala hər bir canlı üçün müəyyən bir zaman müəyyən etmişdir. O zaman ki, bu vaxt başa çatır, bu canlı başqa dünyaya köçmüş olar. Bu yol uzun bir yoldur və bu səfər uzun bir səfərdir. Ölümlə Qiyamət arasında olan aləmdir. Yəni ölümdən sonra Qiyamət bərpa olana qədər Allah bərzəx aləmini qərar vermişdir ki, buranın zaman müddəti çox uzundur.

O kəs ki, bu səfərə əlaqəsi vardır, bu dünyadan getmək istəyirsə, gərək ölümü arzulamasın. Ölüm qəti bir məsələ olduğu üçün insan ölümdən sonra özü üçün hədiyyə hazırlamalıdır”.

Bir nəfər Həzrət Peyğəmbərdən (s) soruşur: “Bu hədiyyə nədir?” Həzrət buyurdu: “4 hədiyyə ölüm mələyinə aiddir. 4 hədiyyə qəbrə, yəni bərzəxə aiddir, 4 hədiyyə insana sual verən iki mələyə aiddir. 4 hədiyyə tərəziyə aiddir, 4 hədiyyə isə Sirata aiddir. O körpüyə ki, insan Qiyamət günü onun üzərindən keçməlidir. 4 hədiyyə cəhənnəm mələyinə və cəhənnəmin xidmətçilərinə aiddir. 4 hədiyyə Rizvana və behişt xidmətçilərinə aiddir. 4 hədiyyə Cəbrayilə (ə) aiddir, 4 hədiyyə mənə aiddir, 4 hədiyyə də Allaha aiddir. Ümumi olaraq 40 hədiyyə edir”.

Ölümdən əvvəl bu hədiyyəni hazırlamaq lazımdır.

Bəli, Həzrət Peyğəmbər (s) buyurur: “Gərək ölümdən qabaq hər biri üçün dörd hədiyyə hazır edəsiniz. Çünki Qiyamət bazarı - ancaq əməl dəftərinə baxan bir bazardır. Bu 40 hədiyyənin heç biri ölümdən sonra əldə edilə bilməz.”

İmam Əsgəri (ə) buyurur: “Dünya sizin üçün bazara bənzəyir. Bu bazarda insanlar iki qrup olur: o qrup ki, fayda götürürlər, o qrup ki, bütün sərmayələrini əldən verirlər”

Həzrət Peyğəmbər (s) buyurur: “Bu dünya tarladır, ona görə də siz bağbansınız. Bu dünyada nə əksəniz, Qiyamətdə biçərsiniz. Əgər əkməsəniz, Qiyamətdə heç bir nəsibiniz olmayacaqdır.”

Əlbəttə Qiymətdə cəhənnəm əhli Allaha deyərlər: “Allahım! Bizləri dünyaya qaytar. Bu tarlada əkək və sonra Qiyamətə daxil olaq”. Ancaq Allah icazə verməz. Çünki o kəs ki, ölür, bir daha bu dünyaya qayıda bilməz. O zaman ki, tarlası olmaz, əkini də olmaz ki, ondan məhsul toplasın.

Ona görə də hələ ki, sağıq və bu dünyadayıq, tarlamızı əkib becərək ki, Qiyamət günü üzümüz ağ olsun. Xəcalət çəkməyək.


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mәhrәm vә nаmәhrәmlik mәsәlәlәri
VACİB VƏ VACİBDƏN DAHA VACİB NƏDİR?
ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR

 
user comment