Azəri
Thursday 18th of July 2024
0
نفر 0

MÖMİNİN ÖLÜMDƏN SONRAKI HALI

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü insanları gətirərər və deyərlər ki, sən milyona yaxın adam öldürmüsən. Həmin şəxs Allaha deyər: “Heç kim bilməsə də Sən bilirsən ki, mən əlimə heç bıçaq belə almamışam”. Allah Təala buyurar: “O zaman ki, ... ağzından bir söz çıxmışdı, sənin həmin bir sözün Mənim səkkiz milyon insanımı ağacın yarpağı kimi yerə tökmüşdü”.

    Bir sözün də hesab-kitabı vardır. O zaman ki, qəbrə  daş düzürlər, qəbrin üzərinə torpaq tökürlər, həyat yoldaşın, övladın, gəlinin, əmin, dayın, bibin, xalan, dostların hamısı evlərinə gedərlər. Həzrət Peyğəmbər (s) buyurur: “Meyit ilə ona arxa çevirənlər arasında, bərzəx aləmindən pəncərə açılar və görər ki, hamı gedir. Bizi tək qoymayan tək varlıq Allahdır”.

    Bəli, həmin anlarda bizi tək qoymayan tək varlıq - Allahdır. Heç kim bizim dadımıza çatmaz, Ondan başqa. Həzrət Peyğəmbər (s) buyurar: “Sonra mələklər gələrlər və onun üçün zifaf gecəsində olduğu kimi gözəl yataq hazırlayarlar və deyərlər: ömürünü Allaha, Peyğəmbərə (s), İmamlara (ə), Qurana, ibadətə, oruca, xeyir işlərə, namaza sərf edib, yorulmusan. Ona görə yatıb, istirahət et, vaxtı gələndə səni oyadarıq”.

    Bəs nə vaxt oyadacaqlar? O zaman ki, Qiyamət bərpa olacaqdır. Bəs Qiyamət nə vaxt olacaqdır? Ola bilsin ki, milyon ildən sonra.

    Bu, Quranın sözləridir: “O zaman ki, oyadarlar, yanındakı şəxs ona deyər: “Bərzəx aləmində nə qədər olmusan?”. Fikirləşər ki, nə vaxt dünyadan getmişdir. Həmin şəxsə  deyər: “Bilmirəm, ancaq fikilrəşirəm ki, bir saat, ya da yarım saatdır ki, ölmüşəm”. Bu istirahətin keyfiyyətinə baxın.

    Allah Təala buyurar: “Mənim bəndəm! Qəbrinin qapısını bağlayıb gedəndə, sən mələklərdən üstün olduğun üçün gərək qəbirdə istirahət edəsən və mələklərə əmr edilər ki, qəbrin üstünə gəlsinlər və Qiyamət gününə qədər namaz qılsınlar və təsbih desinlər ki, bəndəmin tale qovluğu bağlı olmasın. Həmin namaz və təsbihlərin savabını da bəndəmə yazın”. (Erfan)

   Hazırladı:  Məşhədi Xanım


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment