Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

"Cümə" məscidinin dini icması "Vəhdət" həftəsi münasibətilə bayram tədbirlərinə start verdi

Dünya üzrə geniş qeyd olunan mübarək "Vəhdət" həftəsini yaşamaqdayıq. Əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaranış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə "İcərişəhər “Cümə” məsçidi dini icması bayram tədbirlərinə start vermişdir.

Xəbər verildiyi kimi, artıq ənənə halını almış bilik yarışması - VI "MÖVLUD OLİMPİADASI" keçirilmişdir.

Bu gün həm də icmanın fəalları tərəfindən geniş bayram tədbiri keçirilmişdir. Öncə müqəddəs kitabımız Qurani-Kərimin tilavət olunmuş, dövlət himnimiz cəmlə ifa edilmişdir.

Bayram tədbirində çıxış edən "İcərişəhər “Cümə” məsçidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu səadətli mövludlar münasibətilə hər kəsi təbrik etmişdir. Təbrik çıxışında Hacı İlqar mübarək Rəsulullah (s) mövludunun fəlsəfəsinə toxunmuş, belə bayram mərasimlərinin təşkilinin əhəmiyyətini vurğulamışdır.

Bayram mərasimi "Əhli-beyt (ə) aşiqləri" dini-yaradıcılıq qrupunun bir-birindən gözəl ilahiləri ifa etməsilə davam edib. Tədbir Zəmanə İmamının (ə.f.) "Fərəc" duasının oxunmasıyla tədbir başa çatmışdır.


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək
İngiltərəlilər Londonun Səudiyyə rejiminə dəstəyini məhkum etdilər

 
user comment