Xəbər verdiyimiz kimi, əziz İslam Peygəmbərinin (s) -aləmlərin yaranış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə "Mövlud Olimpiada"sı keçirilir. "Mövlud Olimpiadası" İcərişəhər “Cümə” məsçidi dini icmasının, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və Deyerler.org-un informasiya dəstəyilə təşkil edilir.
VI "MÖVLUD OLİMPİADASI"nın finalı başa çatdı. Finala çıxmış 45 iştrakıdan 17-si son turda önəmli nəticələr göstərmiş və xüsusi diplomlarla təltif olunmuşlar. İştiralçılardan daha 6 nəfərindən 2 nəfəri 22 bal, 4-ü isə 21 bal toplamışdır. Beləliklə, öncəki turların nəticələri nəzərə alınaraq sözügedən müsabiqə iştirakçıları aşağıdakı yerləri tutublar:
VI yer - İsmayılova Gülsüm
V yer - İsayeva Məryəm
IV yer -Şıxiyev Ramin
III yer - İsayeva Mədinə
II yer - ƏIiyev Coşqun
və, 71 bal toplamış Masiyeva Leyla xanım I yeri tutmaqla VI "MÖVLUD OLİMPİADASI"nın qalibi olmuşdur.
Qeyd edək ki, VI "Mövlud Olimpiadası"nın sualları Ustad Cəfər Sübhaninin "Əbədiyyət nuru - Həzrət Muhəmməd (s)"kitabından - əvvəlindən 341-ci səhifəsinə qədər ("Hicrətin 3-cü ilində baş vermiş hadisələr" bölməsinə qədər) olan hissədən tərtib edilmişdi.
Və sonda bir daha üzümüzə gələn mübarək mövlud münasibətilə Sizləri təbrik edərək, növbəti "Mövlud Olimpiadası"nda iştirak etməyi arzulayırıq.
source : http://deyerler.org