Keçən həftə İslam Peyğəmbərinin (səlləlahu əleyhi və alih) milad bayramı və Bin Əli diktator rejimin devrilməsinin il dönüm günü münasibəti ilə keçirilən bayram şənliyində vəhabi əqidəli sələfilər “Seyyidi Bu Səid” ziyarətgahına hücum çəkərək, ziyarətgahı və içərisindəki bütün kitabları, o cümlədən orada olan xeyli miqdarda Quran Kərimi yandırmış. Bununlada Tunis xalqının şənlik bayramını matəmə çevirmişlər.
Tunisin tarixi əsərlər üzrə mütəxəssisi olan Yusif əl-Sədiq bildirib: “Son baş verən faciəvi hadisədə çoxlu sayda tarixi kitablar, o cümlədən nadir kitab olan “əl-Nəqd” kül olaraq yanıb aradan gedib... Bu ziyarətgahda olan bəzi kitabların dünyada heç bir nüsxəsi yox idi...”
Hadisədən bilavasitə sonra, Tunis dövləti, keçən həftə təsdiq etdiyi fövqəladə layihəyə əsasən ölkə daxilindəki bütün ziyarət mərkəzlərinin qorunub saxlanması qərarın verib.
Qeyd edək ki, Tunisdə sayı 3 yaxud 10 min nəfər arasında təxmin edilən vəhabi əqidəli radikal sələfilər ötən 8 ay ərzində ölkədə 35-dən artıq ziyarətgaha yürüş etmiş və od vuraraq yandırmışlar.
source : http://abna.ir