Azəri
Tuesday 12th of December 2023
0
نفر 0

Əbədiyaşar hikmətlər

Bir gün qadın həyat yoldaşı ilə abidin evinə gələrək dedi:

- Çox üzr istəyirəm, amma mən hamiləyəm. Bizim artıq 4 övladımız var, maddi vəziyyətimiz də ağırdır. Ailəmizdə bir nəfər də artsa, heç bilmirik necə dolanacağıq. Bir sözlə, abort etdirmək qərarına gəlmişik. Siz bizim ağsaqqalımızsınız, xeyir-dua verin bizə.

Qoca bir qədər fikrə getdi, sonra dedi:

- Görürəm, həqiqətən də, çətin vəziyyətdəsiniz. Olsun, uşağınızın qətlinə xeyir-dua verirəm. Amma böyük qızınızı öldürün. Axı onun 15 yaşı var. Nə qədər olmasa da, həyatda yaşayıb. Bu zavallı isə heç Günəş işığı nə olduğunu bilmir. Ona qarşı belə ədalətsiz davranmaq olmaz.

Dəhşətə gələn qadın başını aşağı salıb hönkürtü ilə ağladı...

Heç vaxt bu Quran ayəsini unutmayın: “De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: ... kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk...” (“Ənam”, 151).


source : http://az.islam.az
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YUXUDA DA ALLAHI YAD ETMƏK
Yəmən ordusu Səudiyyə rejiminin Apaçi helikopterini vurdu
ALLAH ÖVLİYALARININ NAMAZI
RUZİNİN ARTMA SƏBƏBLƏRİ
AİLƏDƏ MƏNƏVİ PRİNSİPLƏR-2
AİLƏDƏ FƏZİLƏT CİLVƏLƏRİ-1
Kəramətlər
UMACAĞIMIZI MƏHDUDLAŞDIRAQ
10 HƏDIS (5)
Həzrəti Fatimənin (s.ə) şəhadəti

 
user comment