Azəri
Friday 19th of July 2024
0
نفر 0

Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkimin (r.ə) vəfatının ildönümündə Nəcəf-Əşrəfdə xatirə mərasimi

Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkimin (r.ə) vəfatının ildönümündə Nəcəf-Əşrəf şəhərinin "Hindi" Came məscidində xatirə mərasimi keçirildi.

Mərasim Nəcəf Elmi-Dini Hövzəsinin ustad və tələbələrinin və həmçinin İraqın nüfuzlu şəxsiyyətləri və tayfa başçılarının iştirakı ilə keçirilmişdir.

 İmam Seyid Möhsün Həkim həmişə İraq xalqının milli və məzhəbi hüquqlarını məzhəblər və dinlər arasında fərq qoymadandan müdafiə etmişdir. O, azadlıq hərəkatı təşkilatlarında üzv olmuşdur. O, Fələstinli qardaşlarının və Qüdsün azadlığı uğurunda fəaliyyətlər göstərmişdir.

 Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkim Ayətullah Üzma Seyid Mehdi Həkimin – Livanın "Bint Cübeyl" şəhərinin şiələrinin dini mərcəi, oğlu idi.

 Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkim 1306-cı hicri-qəməri ilində müqəddəs Nəcəf şəhərində anadan olmuşdur.

 Ayətullah Üzma Seyid Hüseyn Burucerdinin vəfatından sonra 1340-cı hicri-qəməri ilində Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkim bütün dünya şiələrinin mərcəi təqlidi olaraq seçildi.

 Həkim ailəsi İraqın Ali Məclisini təsis etmişlər. Məhəmmədbaqir Həkim və Əbdüləziz Həkim (Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkimin oğlanları) bu məclisin keçmiş rəisləri olublar. Əmmar Həkim (Əbdüləziz Həkimin oğlu) İraqın indiki Ali Məclisinin rəisidir.

 Ayətullah Üzma Seyid Möhsün Təbatəbai Həkim 1390-cı hicri – qəməri ilinin Rəbiul-əvvəl ayının 27-də 84 yaşında ikən dünyasını dəyişmişdir.

 


source : http://iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment