Azəri
Friday 19th of July 2024
0
نفر 0

Qurani-Kərimin kollektiv tərcümə heyəti və qruplar tərəfindən tərcüməsi bəyənilmir

Əbulfəlz Bəhrampur – Qurani-Kərimin müfəssir və mütərcimi, vurğuladı: Qurani-Kərimin qruplar tərəfindən işlənilmiş tərcümələri oxucuları çaşbaş salır. Çünki bu tərcümələr bir nəfərin fikr və düşüncəsinin məhsulu deyildir. Buna görə də Qurani-Kərimin tərcüməsi kollektiv tərcümə qrupları tərəfindən arzuolunmazdır. Əbulfəlz Bəhrampur – Qurani-Kərimin müfəssir və mütərcimi, İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində Qurani-Kərimin qruplar tərəfindən işlənilmiş tərcümələri oxucuları çaşbaş və buna görə də Qurani-Kərimin tərcüməsinin kollektiv tərcümə qrupları tərəfindən arzuolunmaz olduğuna işarə edərək dedi: Biz bir dəfə Qurani-Kərimin surələrindən birinin tərcüməsində bu metodu (kollektiv tərcümə) yoxladıq. Nəticədə tərcümənin çoxlu irad və nöqsanlara düçar olduğunu müşahidə etdik. Bəhrampur əlavə etdi: Quranın tərcüməsində yalnız Quranın təfsirinə kamil agah olan mütərcüim nailiyyət əldə edə bilər. Mən Quranın tərcüməsini (farscaya) yazdığım zaman ilk öncə Quranın təfsirini yazırdım. Mən Qurana 10 cild təfsir yazdıqdan sonra qayıdıb ona tərcümə yazdım. Bu addım bunun üçün idi ki, mən bütün təfsirçilərin nəzərləri ilə tanış olum və ən güclü nəzəriyyələri bilim və sonra daha doğru tərcüməni yazım.

Bəhrampur Həzrət Ayətullah Cavadi Amuli ilə görüşünə işarə edərək dedi: Həzrət Ayətullah Cavadi Amuli də mənim bu fikrim ilə razıdır və o da tərcümə barədə mən deyən metodu bəyənir.

 Bəhrampur dedi: Mən bu yönəmdə Quranın tək-tək sözləri (lüğətləri) üzərində xüsusi diqqətlə işləmişəm. Misal olaraq Allah-Taala Quranda üç kəlmə işlətmişdir ki, bunların hər üçü – (فاسعوا، فامشوا و فامضوا = fəmzu, fəmşu, fəs`əv) – "gedin" anlamında işlənir. Amma bu sözləri işləndiyi mövzuya əsasən müxtəlif mənalar verirlər. Məsələn "fəs`əv" kəlməsi Həcc mərasimində Səfa və Mərvə arasında "hərvələ" (yorğa qaçış) etmək mənasında işlənmişdir. Həmçinin Allah-Taala insanları namaz dəvətində də "fəs`əv" kəlməsindən isitfadə etmişdir. Yəni namaza tələsmək lazımdır, namaza gedərkən sallana-sallana getməyin və ona sarı qaçın.

Buna görə də oxuculara yaxşı tərcümə təqdim etmək üçün Qurani-Kərimin tərcüməsində sözlərin müxtəlif mövzularda müxtəlif mənalarda işləndiyinə xüsusi diqqət olunmalıdır. (Bunun üçün isə mütərcim Ərəb Ədəbiyyatına (xüsusilədə Quran nazil olduğun dövrün ərəb dili və ədəbiyyatı) və Quran təfsirlərinə tam agah olmalıdır).


source : http://iqna.ir/az
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment