Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin İraqdakı xüsusi nümayəndəsi Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin YUNESKO-nun dünyanın irsi siyahısında qeydə alınmasını himayə etdiyini bildirib. "Burasa" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Marten Kupler - Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin İraqdakı xüsusi nümayəndəsi, aprel ayının 16-da BMT-nin İraq üzrə nümayəndəsi, səfir Martin Kupler, Ayətullah Sistani cənabları iə görüşdükdən sonra, Həzrət Əmirəlmöminin Əli ibni Əbu Talibin (ə) hərəminə gedərək, Həzrət İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edərək dedi: BMT, Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin YUNESKO-nun dünyanın irsi siyahısında qeydə alınmasını himayə edir.
İmam Əlinin Hərəmin ziyarət etdikdən sonra, Martin Kupler verdiyi müsahibədə, təkid edərək bildirib: “BMT, ümümdünya bir təşkilatı olaraq, İmam Əlinin (ə) hərəminin YUNESKO-da beynəlxalq tarixi bir əsər kimi qeydə alınıb qorunub saxlanmasının tərəfdarıdır. BMT bu müqəddəs məkanı “Sülh və Əmin-Amanlıq” adası adlandırır”.
BMT-nin İraq üzrə nümayəndəsi, İmam Əlinin hərəminə verdiyi müsahibədə daha sonra bildirib: “Hər vaxt Nəcəfi Əşərf şəhərinə gəldiyim zaman İmam Əlinin (əleyhis səlam) pak hərəmin ziyarət etməyə şərəfyab oluram,” Sülh və Əmin-Amanlıq Adası”nın müqəddəsliyini tam vücudumla duyuram”.
Martin Kupler daha sonra, İmam Əlinin (ə) hərəminin müdiriyyət heyəti ilə, keçirtdiyi görüşdə, İmam Əlinin (ə) müqəddəs hərəmində gedən genişlənmə siyasətləri, Maariflənmə və təmir işləri ilə yaxında tanış olaraq, hərəmin gələcək layihəsinin maketinə baxış keçirib. Və bu layihənin, ümümdünya zəvvarlarına lazımı xidmətlərin görülməsində çox əhəmiyyətli rola malik olduğunu bildirib.
source : http://iqna.ir/az/news