Azəri
Wednesday 24th of July 2024
0
نفر 0

Qeyrət - Quran və rəvayətlərdə

Qeyrət - Quran və rəvayətlərdə

Qeyrət sözü ərəb kəlməsi olub lüğətdə bizim dilimizə əsl mənası "dəyişiklik" (təğyir, təğəyyür) deməkdir. Amma, xalq arasında qeyrət adətən, insanın öz namusu, şəxsiyyəti, vətəni, dini və mal-dövlətinin qorumasına deyilir. Qeyrətli insanın bütün bu qeyd olunmuş mövzuların müdafiəsində sifəti şiddətlə "dəyişdiyinə" görə ona qeyrətli ləqəbi və adı verilir. Bütün bu mənaların müqabilində hər kəs, öz namusu, şəxsiyyəti, vətəni, dini və mal-dövlətinə qarşı təcavüz olarsa, müdafiə etməsə və yerindən tərpənməsə, ona el arasında qeyrətsiz və ya (əgər xüsusilə, namusunu qorumasa) dəyyus və səhlənkar ləqəbləri verilir. Bütün bunlar el arasında istifadə olunmuş və həmişə olunacaq xalq terminləridir.

Qeyrət sifəti və xasiyyəti insanın elə mühüm və həyati sifətlərindəndir ki, hər bir insanın düşməni onu məğlub etməkdən ötrü ilk növbədə ona əl atır. Müasir dövrümüzdə qərbin müsəlman ölkələrinə qarşı apardığı informasiya, mədəni müharibə və həmləsinin ən aşkar taktikası "qeyrətsizik" şüarı və qeyrətin müsəlman cəmiyyətində aradan aparılmasıdır. Onlar çox yaxşı bilirlər ki, müsəlman xalqın qeyrəti ilk növbədə onun etiqadına və dininə bağlı olub, İslam dinindən mənşəylənir. Ona görə də, bu sahədə hər hansı ölkədə İslam dini ilə mübarizədə ən qeyrətsiz insanlardan istifadə olunur. Tarixdə də bu hücumların şahidi olmuşuq. Müasir İspaniya ölkəsi tarixdə (Andolos -ərəbcə) vaxtı ilə müsəlman ölkəsi olmuş və 300-ə qədər məscidi olub. Amma hazırda qərbin fahişəlik və fitnə-fəsad proqramları vasitəsilə bu ölkədə apardığı uzun illər qərb təbliğatından sonra İslam dini azlıqda olan dinlərdən biri sayılır.

Qeyrətin ən mühüm qismlərindən bir namus, din və vətən qeyrətidir. Hər kəsin bu üç qism qeyrətdə zəifliyi olsa, istər-istəməz çox ağır nəticələrlə üzləşməli olacaq. Bəzi cəmiyyətlərdə qərb psixolgiyası o qədər təbliğ və rəvac tapıb ki, müsəlmanlar qeyrətsizliyə adət kimi baxırlar. Bu isə qeyrətsizliyin ən mühüm acı nəticələrindən biridir. Əgər cəmiyyətdə qadınların namusunu, vətəni və ya dini qoruyanlara qarşı mübarizə gedirsə, deməli düşmən o cəmiyyətin nə güclü silahını əlindən almaq qəsdi var və istər-istəməz bu kampaniyada iştirak edənlər müsəlman xalqın düşmənlərinin sırasında qərar tuturlar. Adətən, müsəlman adətinə görə torpağı işğal altında olan ölkə başçısının qeyrəti yol verməməlidir ki, düşməninə əl verib onunula görüşsün, və ya onunla qucaqlaşıb öpüşsün və ya onunla gülə-gülə danışsın. Bu hal, ən azı o ölkənin torpağının qorunması uğrunda canlarından keçmiş şəhidlərə ehtiramsızlıqdır. Bu kimi hərəkətlər, bütöv bir müsəlman xalqın adına və qeyrətinə ləkə gətirməkdən başqa bir şeylə nəticələnməz.

Quran və rəvayətlərdə qeyrət məsələsi ən mühüm məsələlərdən biri sayılır. Onlardan bəzilərinə işarə etmək yerinə düşərdi.

1. Quranda həzrət Yusif peyğəmbər (əlyehissalam) çox qeyrətli tanıtdırılır və müsəlmanlara nümunə kimi göstərilir. Belə ki, ölkə başçısının birinci xanımı ona aşiq olur və onu zinaya dəvət edir. Allahın qeyrətli və pak peyğəmbəri bu təklifi qəbul etmr və əlavə olaraq, Allaha belə yalvarır: "(Yusif) dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən (zinadan) xoşdur." (Yusif surəsi 33) Allah-taala da onun duasını qəbul edir və Yusifi yalnız qeyrət üstündə illərlə zindanda saxlayılar. Əlbəttə, ölkə başçısının ledisi yəni, xanımı dəflərlə həzrət Yusifə (əleyhissalam) zindanda da zina etmək təklifi edir və bu çirikin əməlin baş tutacağı halında, onu azad edəcəyini təklif etsə də, həzrət Yusif (əleyhissalam) bu təklifi rəd edir.

İslam, din müsəlmanları bu etiqada dəvət edir. Möminlər bu mövqe və sifətə malik insanlar olub, cəmiyyətdə heç kimin namusuna çəp baxmağa belə razı deyillər. Hər bir müsəlman da bu etiqadda olmalıdır.

2. Allah-taala Quranda müsəlman qadınların qeyrət və namusunu o qədər mühüm bilir ki, hətta onların yerişində və danışığında da qəlbi xəstə və şəhvətpərəst insanların onlara pis gözlə baxmasına razı olmur. Quranda qadınlara belə xitab olunur: ".. (qadınlar) gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Nur surəsi 31) Yenə də Allah-taala İslam Peyğəmbərimizə (s) Mədinədə olan vaxt, bəzi şəhvətbaz münafiqlərin müsəlman qadınlarına pis gözlə baxması haqqında Quranda belə buyurur: "Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq xəstəliyi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər. (Onlar) məlunlar kimi (tezliklə şəhərdən qovular), harada ələ keçsələr, mütləq tutulub öldürülərlər." (Əhzab surəsi 60, 61) Quranın başqa bir ayəsində Allah-taala İslam Peyğəmbərinin (s) həyat yoldaşlarının kişilərlə danışıqlarında belə diqqətli olmalarına işarə edərək, onlara buyrur: "....Buna görə də (yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın!" (Əhzab surəsi 32) Göründüyü kimi İslamda qeyrət məsələsi o qədər mühümdür ki, Allah-taala müsəlmanın qeyrətinə toxunan və xüsusilə, qadın namusunu qorumaqdan ötrü İslam Peyğəmbərinə (s) qeyrətsizlərə qarşı cihad hökmünü verəcəyi ilə onları qorxudmasını tapşırır. Bu səbəbədən, İslamda hər kəsin namus və qeyrətinə toxunmaqda təqsirləndirilən hər bir şəxsin qanının hədər olması hökmü verilir.

Amma rəvayətlərdə qeyrət haqqında İslam Peyğəmbərindən (s) oxuyuruq: "Qiyamət günü behiştin ətri beş yüz illik uzaq məsafədən insanların burnuna gələr, amma bir neçə dəstə var ki, onlar behiştin hətta, ətrini də dadmazlar. Onlardan bir dəstə də qeyrətsizlərdir" (Şeyx Səduq, Mən la yəhzurul-fəqih, c.3;səh.281)

İmam Sadiqdən (əleyhissalam) nəql olunumuş hədisdə oxuyuruq: "Allah-taala qeyrətlidir və qeyrətli şəxsi də çox sevir və O, insanın qeyrətinə xatir onun günahlarını aşkar etməz!" (Kuleyni Razi, Fürui Kafi, c.5; səh.535)

Həmçinin, Əmirəl-möminin Əlidən (əleyhissalam) qeyrət haqqında nəql olunur: "Hər kəsin qeyrəti olmasa, onun qəlbi çevrilmişdir. Yəni, onun qəlbi artıq kor olmuş, ilahi nuru və nəsihəti qəbul etməz." (Şeyx Hürr Amuli, Vəsailuş-şiyə, c.14; səh.108)

Nəhayət, İslam Peyğəmbəri (s) müsəlman qadınların cəmiyyətdə siyasi və ictimai işlərdə iştirakına icazə verməklə yanaşı, onaların iffət və namusunun tam şəkildə qorunmasına da təkid etmişdir. Buna misal olaraq, Mədinədə İslam Peyğəmbəri (s) dövlət quranda səsvermə (yəni, beyət və itaət, söz vermə) zamanı kişilərlə əl görüşür, qadınlarla isə bir qabda su qoyub öz mübarək barmağını suya qoyur və hər beyət edən qadına barmağını suya batırması ilə kifayətlənməsini buyurur.

Ümidvaram, Vətənin qeyrətli və namuslu müsəlman xalqı, son günlərdə ölkəmizin müharibə şəraitində olmasına baxmayaraq, qərbin sifarişi ilə, dövlət məmurlarının vətən, din, qeyrət və namus keşiyində dayanmış din alimlərimizin və möminlərin müxtəlif quru böhtan, həbs və sair şərləmələrlə əziyyət verilməsi prosesini yaxşıca dərk edəcək və müsəlman cəmiyyətimizdə düşmənə qarşı ən yaxşı silah olan, namus-qeyrət məsələsinin qorunmasınada ayıq olub, haqqın tərəfində möhkəm dayanacaqlar!

Allah-taala hamımıza kömək olsun!

Əl-Mustafa (s) adına beynəlxalq

İslam universitetinin doktorantı

Faiq Vəlizadə

2011-01-27

 


source : www.aban.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

 
user comment