Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

"Bəhailik" homoseksuallığı, zina və məhrəmlər ilə evlənməki “halal” bilir – Araşdırma

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, özlərini Səmavi Dinlərin simasına salmış "şeytani firqələr" ardıcıllarının sayını artırmaq məqsədi ilə müxtəlif yollardan istifadə edirlər. Belə azğın firqə sahibləri Allah və dindarlıq ardıyca olan insanları ələ almaq üçün, özlərini zahirdə dindar və İlahi əhkamlara bağlı şəxs kimi qələmə verərək onları özlərinə tərəf cəlb edirlər. Dinlə əlaqəli olmayan insanları, xüsusi ilə də, "azad" və heç bir çərçivəyə sığmaq istəməyən şəxsləri isə əxlaqsızlığa təşviq edən vədlər ilə qarşılayırlar.

"bəhaiyyət" də öz növbəsində qeyd olunan qeyriİlahi cərəyanlardan biridir. Qarşısındakı şəxsi yoldan çıxararaq töruna salmaq üçün ilk öncə özünün 12 maddədən ibarət təlimləri ilə irəli gəlir. Əgər həmin şəxs dindar və ilahi qanunlar ardıyca olan şəxs olarsa, bir başa Tövhid, Nübuvvət və. s. məsələlər haqda danışıqlar aparır. Amma şəxsin dinlə heç bir əlaqəsi olmadığını gördükdə və din məfhumunun onu maraqlandırn obyekt mərkəzi olmadığını yəqin etdikdə, həmin şəxslə cinsi azlıq haqda danışıqlar aparırlar.

Biz bu qısa araşdırmamızda "bəhailikin" bu növ təbliğat makinasına əsas verən mənbələrə toxunacağıq. İlk öncə isə "bəhailik" haqda qısa anlayış veririk.

"bəhailik" və onun banisi

"bəhaullah" ləqəbi ilə məşhur olan "mirzə hüseyn əli" 1817-ci il noyabrın 12-də (hicri qəməri tarixi ilə 1233, məhərrəm ayının 2-si) Tehranda dünyaya göz açmışdı. Onun atası Mirzə Fəth Əli şahın sarayının vəziri idi. Elə bu səbəbdən də o, zadəgan balaları kimi eyş və işrət içərisində böyümüş elmə rəğbəti olmayan savadsızın biri idi. 1800-cü illərdə Çar Rusiyasının İranda fəaliyyət göstərən qondarma "Şeyx İsa Lənkərani" adı ilə Nəcəf və Kərbəla şəhərlərində Ali Dini Təhsil almağa başlayan "Kral Dalqorskiy" 1830-cu illərdə (20 Oktyabr 1819-cu ildə (hicri 1235, məhərrəm ayının 1-i) İranın Şiraz şəhərində anadan olmuş) "seyyid əli muhəmməd" üzərində işləyərək, onu özünü "bab" (ərəbcə "qapı" deməkdir) adlandıraraq, 1844-ci il mayın 23-də isə Şiraz şəhərində "Mehdi Sahib-əz-zaman" olduğunu elan edilməsini irəli sürür. Və beləliklə də uğursuz "babilik" hərakatına start verir. (Qeyd edək ki, bu mürtəce və qeyriİslami hərakatın qarşısı vaxtında ca dövrün agah Müctəhidləri tərəfindən alınır. Müctəhidlər azğın "babın" edam hökmünü verərək Təbriz şəhərindən küçə və xiyabanlarda "babı" gəzdirtirib rüsvay etdikdən sonra 9 iyul 1850-ci ildə edam edib öldürürlər. Qeyd olunan Müctəhidlər: 1- Molla Məhəmməd Mamağanı. 2- Molla Mirzə Bağır. 3- Molla Mürtəzaqulu.) Elə həmin illərdə ingiltərənin xəfiyyəsi ilə əlaqədə olan "bəhaullah", "babi" hərakatına qoşularaq, hərakatın gedişatında əlindən gələni əsirgəmir. 1850-ci ildə "babın" edam edilməsinbn sonra "bəhaullah" ayaqyalın, başıaçıq, günortanın qızmar günəşi altında Tehran həbsxanasına aparılır. Küçə boyu toplanmış adamlar onu onun şərəfsizliyinə görə "bəhaullahı" təhqir edir, üstünə daş atırlar. Beləliklə o Tehranın Siyah-Çal həbsxanasına salınır. O, 1853-cü il aprelin 8-də Bağdada sürgün edilir.

"bəhaullah" peyğəmbərlik iddiası

1863-cü il aprelin 21-dən mayın 2-dək, yəni azğın "babın" fitnəsindən 19 il keçdikdən sonra "bəhaullah" bir neçə tərəfdarlarına "babın" və "bütün Peyğəmbərlərin" əvvəlcədən xəbər verdikləri şəxsin məhz özü olduğunu, yəni güya Allahın "seçdiyi" "peyğəmbər" olduğunu bildirir. Elə həmin il Osmanlı İmperatorluğu tərəfindən İstanbula sürgün edilir. Burada o, 4 ay qaldıqdan sonra dekab ayının12-si, 1863 -cü ildə Türkiyənin Ədrinə əyalətinə sürgün edilir. Burada o, 5 il qaldıqdan sonra isə, 1868-ci ildə ingiltərə xəfiyyələrinin köməkliyi ilə dünya hökmdarlarının hamısına və hər birinə ayrılıqda "peyğəmbər" olması haqda məktublar göndərir. "bəhaullahın" məktubunu III Napaleon, İngiltərə kraliçası Viktoriya, Rus Çarı II Aleksandr, Prusiya hökmdarı I Vilhelm, Avstriya Hökmdarı Frans-İosif, Papa IX Piy, Türkiyə sultanı Əbdül Əziz və İran şahı Nəsirəddin alırlar. Məhz Ədirnə dövründə mürtəce "bəhai" sektasının ardıcılları arasında "Allahu-Əbha" (Allah nurlulardan Nurludur) qondarma salamlama bidəti yaranır və "bəhaullaha" "iman gətirənlər" özlərini "bəhai" adlandırmağa başlayırlar. İran Ədrinədəki konsulu mərkəzi hökümət dairələrinə "bəhaullahın" burada ingilis xəfiyyələrinin aşkar və gizli yardımları ilə əlaqədar xəbərlər ötürür və İran şahı Osmanlı imperiyası ilə məktublaşaraq "bəhaullahın" həqiqətdə İslam Dünyasının məhvinə çalışdığını bildirir. Beləliklə Osmanlı imperatorluğunun mərkəzi hökuməti son nəticə olaraq "bəhaullahın" sürgün edilməsi haqqında göstəriş verir. Əsgərlərin müşayəti ilə sürgün edilənlər Ədirnədən Qallipola gətirilirlər. Oradan da onlar Osmanlı imperiyasının ucqarındakı məhbəs kimi istifadə olunan Əkka şəhərinə yollanırlar. Əkkaya 31 avqust 1868-ci ildə çatan məhbuslar, "bəhailərin" dinsiz və qədar cinayətkar olması xəbərini eşidib qəzəblənmiş yerli əhali ilə üzləşirlər. Küçələrə çıxmış insanlar onları daşa basaraq, nalayiq sözlərlə təhqir edir və üstlərinə tüpürürdülər. Şəhər Məscidinin qarşısında Bəhaullah və onun yoldaşlarının ömürlük sürgünə məhkum edilməsi haqqında sultanın əmri oxunur. Əmrdə yerli əhaliyə onlarla hər hansı bir formada əlaqə saxlamaq qadağan edilirdi. Bəhaullah çirkli, yağış və küləyin içəri dolduğu pəncərəsiz kamerada yerləşdirilir, qalanlarını isə qonşu kameralara salırlar. 40 il məhbəs və sürgün həyatını yaşayan "bəhaullah" 29 mart 1892-ci ildə ölür.

İngilis xəfiyyələrinin köməkliyi ilə yazılan "ketabi əqdəsi ummuil kitab" adlı "bəhailikin" hökümləri

"bəhaullah" adı ilə məhşur olan "huseyn əli nuri" cinsi azlıqlar, zina və məhrəmlər ilə evlənməklik haqda belı yazır:

1 - لواط: «انا نستحیی ان نذکر حکم الغلمان اتقوا الرحمن یا ملا الامکان و لا ترتکبوا ما نهیتم عنه فی اللوح و لاتکونوا فی هیماء الشهوات من الهائمین[1]؛

(Diqqət: Ərəbcədən tərcüməni olduğu kimi qeyd edəcəyik ki, "bəhainin" savadsızlığını hörmətli ziyarətçilərimizə çatdıraq)

Ləvat (kişi xəylaqının kişi ilə cinsi yaxınlıq etməsi): "Mən oğlanların (admin: üzdəniraqları nəzərdə tutur) hökmü haqda yada salmağımıza həya edirik. Ey yaranmışlar Allahdan qorxun. Və "lövhdə" (admin: öz qanun kitabını nəzərdə tutur) qadağan edildiyiniz işlərədən çəkinin. Və şəhvət çöllüyündə mat və heyran qalmayın".

Göründüyü kimi, "bəhailərin" Allahı "geylər" haqda danışmaqdan xəcalət çəkir. Amma burada aydın olmayan məqam məhz "geylərin" hökmünün xəcalətli hökm olduğumu yoxsa gelərə qarşı hökm çıxartmağın xəcalətli bir iş olduğu dəqiq bilinmir (!). Heçdə təəccüblü deyildir ki, "bəhaullah" ingilis sekularlarının köməkliyi ilə bu işi görməklə gələcəkdəki "homoseksualların" "bəhailikə" üz tutması üçün zəminə yaradıbmış.

2 - ازدواج با لمحارم: «قد حرمت علیکم ازواج آبائکم[2].»)

Məhrəmlər ilə evlənmək: "Atalarınızın arvadları ilə evlənmək sizə haram edilib"

"bəhaullah" evlənmək məsələsində yalnız atanın arvadları ilə evlənməki haram sayır. Bununla da digər məhrəmlər (ata, qız, bacı, qardaş, bacı uşaqları, qardaş uşaqları, xala, bibi, dayı, əmi) ilə evlənməki mümkün olduğunu öz ardıcıllarına çatdırır.

3 - زنا: «قَد حَکَم الله لِکُل زان و زانیه دیه المسلمه الی بیت العدل و حی تسعه مثاقیل من ذهب و ان عادا مره اخری ادوا بِضعف الجزاء هذا ما حَکَم بِهی مالک الاسما فی الولی و فی الخری قدر لهما عذاب مهیمن[3].»

Allah zinakar kişi və zinakar qadına "beytul ədlə" (admin: beytül malı nəzərdə tutur) 9 misqal qızıl cəriməsi ödənilməsini hökm edib. Zina təkrarlanarsa onun cəriməsi iki qat olacaqdır. Bu adların (admin: əlbətdə səmaları nəzərdə tutub) maliki tərəfindən yer üzündə verdiyi hökümdür.

Göründüyü kimi "seyyid hüseyn əli nuri" təkcə "beytul ədlin" (yəni beytül mal) (xəzinənin) qızıl küpələr ilə doldurularaq varlanması fikrində olub. Buna görə də o deyir: "Hər kim zina edərsə 9 misqal dəyərində qızıl cəriməsi ödəməlidir və əgər bu iş təkrara olunarsa cərimə iki qat ödəniləcəkdir." Onun belə açıqlama verməsi kapitalistlərin daha da cəmiyyət arasında "azadlıq" payından hammıdan çox bəhrə apardığını çatdırır.


[1] "ketabi əqdəsi ummuil kitab". Səh. 64


[2] "ketabi əqdəsi ummuil kitab". Səh. 64


[3] "ketabi əqdəsi ummuil kitab". Səh. 21

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.aban.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şeyx Yusif Əl Qərdavi: “Türkiyənin yanındayıq”
Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub
Mövlud bayramı kino-teatrda - "Pozitiv" Gənclər Platformasında
Taylandda Qədr gecələri mərasimi təşkil olundu
Türk xəyanətkarlarının Azərbaycan Səfəvilər dövlətini dağıtması
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Kaliforniyada cühüd irqçiləri Qurani Kərimə qarşı görünməmiş təhqir ediblər
Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
Tacikistanda "Vəhdət" konfransı
BƏƏ-də “Müsəlmanlar gələcəkdə” mövzusunda seminar keçiriləcək

 
user comment