Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Bu gün İmam Zamanın (ə) həzrətlərinin təvəllüd günüdür

Bu gün İmam Zamanın (ə) həzrətlərinin təvəllüd günüdür

Həzrət Məhdi əleyhis salamın zühururnun intizarında olmaq, hazırkı mövcud şərait və vəziyyətə qane olmamaq və o həzrətlə birlikdə din yolunda fədakarlıq üçün özümüzü hazırlayıb, zülmə qarşı mübarizə aparmaqdan ibarətdir.

Bu gün İmam Zamanın (ə) həzrətlərinin təvəllüd günüdür

Əhli Beyt -ABNA- xəbər agentliyi- Bu gün mübarək Şəban ayının on beşinci günüdür. Böyük İslam Peyğənbəri Muhəmməd İbn Əbdullahın (səlləllahu əleyhi və alih) nəslindən olan məsum övladı, Bəşəriyyətin Xilaskarı on ikinci İmam, Məhəmməd ibn Həsən Əskərinin (Allahın Səlam və Rəhməti onun və pak ailəsinin üzərinə olsun) anadan olan gecəsidir.

Xilaskarın anadan olan günü, bəşəriyyətin ən sevincli günlərindən biri sayılır... Biz ABNA olaraq dünya xalqlarının bu sevincinə qoşulur və misilsiz bayram münasibəti ilə başda İmam Zaman (Allah Təala onun şərəfli gəlişini tezləşdirsin) həzrətlərinin özünü və onun haqq naibi İmam Xameneyi cənabları olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edirik.

İmam Zaman (əleyhis səlam) barədə qısa məlumat.

Məhdi ibn Həsən Əskəri (əleyhiməs səlam) hicrətin 255-ci ili şaban ayının 15-də Samirra şəhərində anadan olmuşdur.

Onun adı İslam Peyğəmbərinin adından, yəni, M.U.H.Ə.M.M.Ə.D, künyəsi də Peyğəmbərin künyəsindəndir, yə᾽ni, Əbülqasimdir. Ən məşhur ləqəbi Məhdidir. Atası on birinci İmam Həsən Əskəri , anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox olmuşdur ki,ailəsinin fəzilətli qadınlarından biri olan Əliyyən-Nəqinin bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.

İslam peyğəmbəri həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin on ikinci canişini müəyyən səbəblər üzündən qeybə çəkilmiş və Allahın icazəsi ilə zühur edib dünyada olan zülmkarlığı aradan aparacaq, həmçinin dünyada ədaləti bərqərar edəcəkdir.

Hal-hazırda (yəni 2013-ci ildə) həzrət Məhdi əleyhissalamın 1179 yaşı vardır və Allah Təalanın istədiyi vaxt zühur edəcəkdir.

Lakin bəzi şəxslər o həzrətin (ə) indiyə qədər sağ qala bilməsi barəsində şübhə edirlər. Allah Təala Qurani kərimdə buyurur:

(Onlar) dünyanın zahirindən başqa bir şey bilmir və onlar axirət (əbədi) həyatdan qafildirlər.[Rum surəsi, ayə 7]

Həzrət Məhdi (əleyhis-salamın) indiyədək sağ qalmasını inkar edənlər də yalnız dünyanın zahirindən xəbərdar olanlardır. Onlar Allahın qüdrətini unudaraq insanların yalnız 60-70 il yaşadığını güman edir və o həzrətin bu qədər uzun müddətli həyatını dərk edə bilmirlər.

Qurani-kərimə nəzər saldıqda, İmam Zaman əleyhis salamın bu qədər ömür sürməsini Allahın qüdrətində adi bir iş olduğunu görürük. Belə ki, Allah Təala Nuh peyğəmbəri 950 il öz qövmu arasında yaşatmış, Əshabi-kəhfi 300 ildən artıq mağarada yuxu halında saxlamış, İsa əleyhissalamı neçə əsr bundan qabaq göylərə aparmış və hələ də yerə qaytarmamışdır.

Allah-taala kainatı, günəş sistemini, planetləri, müxtəlif qalaqtikaları və sair varlıq aləmlərini Öz tükənməz qüdrəti ilə yaratmışdır.

İmam Zaman əleyhis salamın da bu qədər ömür sürməsi heç də Allah üçün çətin bir məsələ deyildir.

 

İmam Zaman Ağanın qeybə çəkilməsi:

On ikinci imam həzrət Məhdi əleyhis salam beş yaşında ikən qeyb olmuşdur. O, həzrətin iki növ qeybi olub.

1-Qısa müddətli qeyb, (Qeybəti-süğra);

2-Uzun müddətli qeyb, (Qeybəti-kubra);

O həzrətin qısa müddətli qeybi, qəməri tarixi ilə 260-329-cu illərdə baş vermiş və bu qeyb 69 il davam etmişdir. Bu müddət ərzində o həzrətlə (ə) xalq arasında olan rabitə aşağıdakı dörd nəfər vasitəsi ilə olmuşdur:

1-Osman ibni Səid Əmri, (5il);

2-Mühəmməd ibni Osman ibni Səid Əmri, (40 il);

3-Əbul-Qasim Hüseyn ibni Ruh Nubəxti (21 il);

4-Əbul-Həsən Əliyyibni Mühəmməd Səməri, (3 il);

Həzrət Məhdi əleyhissalamın uzun müddətli qeybi isə Əliyyibni Mühəmməd Səmərinin vəfatından sonra başlamış və bu günədək davam etməkdədir. [Tarixi əsre qeybət, səh.164-166]

Şiə və sünnü alimlərinin əqidəsinə görə dünyanın axırlarında Həzrət Məhdi əleyhis salam zühur edib, ədalət və İslamı bütün dünyada hakim edəcəkdir.

Nəql olunmuş rəvayətlərə əsasən, o Həzrət zühur etdikdən sonra göylərə aparılmış İsa peyğəmbər də yerə enəcək və imam Məhdi əleyhis salamın ən yaxın köməkçilərindən biri olacaqdır.

 

Xilaskarın gəlişinə təkcə İslam deyil sayir dinlər də təkid edir:

Dünyada ədaləti bərpa edən imam Zaman əleyhis salama təkcə müsəlmanlar deyil, həm də qeyri-müsəlmanlar inanırlar.

Məsələn; miladi tarixi ilə 1000-ci illər ərəfəsində dünyada böyük bir dəyişikliyin intizarını çəkib, ruhi həyəcanlara düşmüş yəhudi və məsihilər 2000-ci ilin ərəfəsində bir daha həyəcanlanmış və bu ildən sonra nə isə böyük bir hadisənin baş verəcəyini gözləyirlər.

Həzrət Məhdi əleyhissalamın zühuru Qurani-kərimdə və Əhli-beytin rəvayətlərində də gəlmişdir.

Qurani-kərimdə oxuyuruq:

Allah təala sizlərdən iman gətirib saleh əməllər verənləri onlardan qabaqkılar (peyğəmbərlər) kimi yer üzərində hakimiyyətə çatdırmağı vədə vermişdir. [Nur surəsi, ayə 55 Bu haqda Əl-mizan, Məcməul-bəyan, Nurus-səqəleyn, Əl- burhan və s... təfsirlərə baxa bilərsiniz]

Bir çox təfsirlərdə bu ayənin Məhdi haqqında nazil olması qeyd olunur və bu haqda çoxlu rəvayətlər nəql olunmuşdur.

Əyyaşi öz təfsirində bu ayənin izahında həzrət Peyğəmbərin bu hədisini nəql' etmişdir:

"Dünyanın axırına bircə gün qalsa belə Allah təala o günü o qədər uzadacaq ki, adı mənim adım və özü Əhli-beytimdən olan bir nəfər gələrək yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, ədalət və insafla dolduracaqdır."

Qeyd etmək lazımdır ki, bu hədis, əhli sünnətin Səhihi-Termezi, Musnəd, ibni Əhməd, Yənabiul- məvəddət kitabları və bir çox hədis və təfsirlərində də nəql olunmuşdur.

"Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!" (Həcc, 47)

Onlar qəbul edirlər ki, bu "əzab vədi" Hz Mehdinin zühurudur. Çünki hədislərə görə O zühur edəndə əksəriyyət Onu inkar edəcək. Belə bir inkar isə bəndə üçün əb böyük əzabdır, həm bu dünyada, həm də axirətdə. Çünki hər dövrdə Allahın təmsilçisi yer üzündə gəlir, onu qəbul etməyənlər əzaba düçar olurlar.

"Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik." (İsra, 15)

Digər tərəfdən onlar deyirlər ki, bu vəd yalnız Quranda deyil İncildə də vardır:

"Öz iki şahidimi göndərəcəyəm ki, çula bürünərək həmin 1260 gün ərzində peyğəmbərlik etsinlər." (İncil, Vəhy, 11:3)

Bibliya mətninə görə, hər gün 1 il kimi hesablanır (Yezekiel,4:6, Saylar, 14:34). Burdan çıxış edərək, bu 1260 gün 1260 ilə bərabər sayılır.

 

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) İmam Zamanın (Allah zühurunu gerçəkləşdirsin) intizarın çəkmək haqqda buyurur:

Ümmətimin ən fəzilətli və ən üstün cihadı, (Həzrət Məhdi əleyhissalamın zühurunun) intizarını çəkməkdir. [Tuhəful-uqul, səh-37, hədis: 25]

Həzrət Məhdi əleyhissalamın zühururnun intizarında olmaq, hazırkı mövcud şərait və vəziyyətə qane olmamaq və o həzrətlə birlikdə din yolunda fədakarlıq üçün özümüzü hazırlamaqdan və zülmə qarşı mübarizə aparmaqdan ibarətdir.

 

ŞƏBAN AYININ ON BEŞİNCİ GÜNÜ

1. İmamı (Allah onun müqqəddəs zühurunu tezləşdirsin) istənilən məkan və zamanda ziyarət etmək.

2. Zühuru üçün dua etmək müstəhəbdir.

3. İmamı (Allah onun müqqəddəs zühurunu tezləşdirsin) İraqın Samirra şəhərində sərdabda ziyarət etmək, təkid olunmuş müstəhəb əməllərdəndir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.aban.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ya İmamzaman!
Sahibzamanın (əc) buyurduqları
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam ...
Mayın 21-dən 22-nə keçən gecə İmam Zamanın (ə) mövludu və bu gecənin ...
Bu gün İmam Zamanın (ə) həzrətlərinin təvəllüd günüdür
Müqəddəs Cəmkəran Məscidində Nüdbə Duası
KÜTLƏNİN RƏYİNİ AZDIRMAQ
Hər yerdə olsanız, Allah sizin hamınızı bir yerə toplayacaqdır.”
İMAM MEHDİNİN (Ə) HӘYATINA QISA BİR BAXIŞ
NUR TƏVƏLLÜDÜ

 
user comment