Azəri
Saturday 4th of May 2024
0
نفر 0

QONDARMA "SƏRDABƏ DASTANI"

QONDARMA "SƏRDABƏ DASTANI"

 QONDARMA "SƏRDABƏ DASTANI"

Samirədə İmam Hadi və İmam Həsən Əsgərinin (ə) müqəddəs məqbərəsi yanında bir sərdabə vardır. Bu sərdabə üç imamın - İmam Hadi, İmam Həsən Əsgəri, və İmam Zamanın (ə) namaz qıldıqları yer olduğuna görə, şiələr tərəfindən müqəddəs yer kimi ehtiram olunur. Lakin təəssüf ki, əhli-sünnə məzhəbinin bəzi tarixçi və yazarları öz əsərlərində İmam Məhdinin (əc.) orada gizlənməsinə dair uydurma hekayə yazır və şiələri, öz imamlarının oradan çıxmasını gözləməkdə ittiham və məsxərə edirlər[1].

Bu hörmətsizliklərə cavab olaraq, şiə alimləri dəlil-sübutlarla onların bu yanlış düşüncələrini rədd etmişlər. Biz burada yalnız mərhum Əllamə Əmininin "əl-Qədir" kitabında yazdığı cavabla kifayətlənirik:

“...Sərdabə iftirası isə daha çirkin iftiradır. Ümumiyyətlə, şiələr imamın sərdabədə qeyb olması fikrində deyillər. Nə onlar imamı qeybə çəkiblər və nə onlar onu sərdabədən zühur etdirəcəklər! Əslində şiələr hədislərə əsaslanaraq, onun Məkkədə Kəbənin qarşısında zühur edəcəyinə inanırlar və heç kim zühurun sərdabədə baş verəcəyini söyləməmişdir...

Heç olmasa, bu uydurmanı qoşanlar öz yalanlarında sözübir olsaydılar, onun qondarma olması əlamətlərinə görə bu qədər rüsvay olmazdılar. Belə ki, onların bəzisi оnun Bağdadda, bəzisi isə Samirədə olduğunu göstərmiş, bir qrup isə yerindən xəbərsiz olduğunu bildirmişdir.”[2]


[1] Süveydi, İbn Həcər, İbn Teymiyyə və Abdullah Füseymi belələrindəndir. Ətraflı məlumat üçün bax: "Həyatul-İmam əl-Məhdi (əc.)".

[2] əl-Qədir, c.3, səh:309.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhdinin (əc) imaməti
Digər səmavi kitablarda "rəcət"
Həzrət Məhdi (ə) zühur edən zaman insanların bəzisi imanını əldən verər və ...
Onun intizarını çəkməliyik!
İmam Zaman həzrətlərinin imamlıq məqamına çatdığı gün münasibətində ...
Qaib İmamdan (ə.f) faydalanmaq mümkündürmü?
QEYRİ ZƏRURİ BƏHSLƏRİN İRƏLİ ÇƏKİLMƏSİ
Kərbəlada həzrəti İmam Zamanın (ə.f) Məqamı
Aya İslam peyğəmbəri (s) və imamlar dövründə Azərbaycan adı və məntəqəsi ...
İmam Zamanın (əc) şiələrə tövsiyələri

 
user comment