Ümumi ədaləti bərqərar etmək – Məhdəviyyətin ən mühüm vəzifələrindəndir.
Əmirəl-möminin (ə) gələcəkdə rəhbərlik edəcək bu İmam (ə) haqqında belə buyurur: “Sizin xəbəriniz olmayan həmin gün gələcəkdir. Bu günün hökumətindən fərlqi olan bir rəhbər. (Məhdi (ə)) hökumətin iş görənlərini pis əməllərinə görə cəzalandıracaqdır. Haqq hökumətindəki aydın ədaləti sizə göstərəcəkdir”. (Erfan)
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Bilin ki, bizlərdən o kəs ki, (Məhdi (ə)) gələcəkdəki fitnələri dərk edər, aydın çıraqla ona (tərəf) addım atar və salehlərin həmin yolu ilə rəftar edər. Düyünləri açar, qulları və əsir millətləri azad edər, yolunu azmış və zalım cəmiyyəti dağıdar, haqq axtaranları cəm edər”.
Həzrət (ə) buyurur: “Məhdinin (ə) dövlətinin bərqərar olduğu zamanda sular artacaqdır və çaylar daşacaqdır. Yerin bərəkəti çoxalacaqdır və xəzinələr çıxardılacaqdır”.
Həzrət Məhdinin (ə) getdiyi yol – salehlərin yoludur. İmam Əli (ə) bu haqda buyurur: “Allahım, sən bilirsn ki, o şey ki, bizim tərəfimizdən (Əhli-Beytin (ə)) həyata keçir, dünya sərvətini, hökumətini və qüdrətini əldə etmək üçün deyildir. Əslində istəyirik ki, Sənin haqq və dininin nişanələrini öz yerinə qaytaraq. Sənin diyarında islahatlar edək ki, zülm görmüş bəndələrin məhrumluqdan nicat tapsın, sülh içində yaşasın. Unudulmuş qanunların yenidən icra olunsun”.
İmam Əli (ə) zühur əsrindəki nemətlər barəsində buyurur: “Həzrət Məhdinin (ə.f) zühuru zamanı torpaq qəlbinin meyvələrini onun üçün bayıra tökəcəkdir və açarlarını da ona tapşıracaqdır”.
Bəli, Əmirəl-mömininin (ə) buyurduğu kimi, İmam Məhdinin (ə) yolu öz ata və babalarının, salehlərin yoludur. O, ədaləti yer üzündə bərqərar edəcək və zalımların cəzasını verəcəkdir. Allah Təala, Ağanın (ə.f) zühurunu tezləşdirsin və zühurun bərəkətlərini öz gözümüzlə görməyi bizə də nəsib etsin. Amin.