Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sərkisyan demokratiyada Əliyevi qabaqladı

Sərkisyan demokratiyada Əliyevi qabaqladı

Ermənistan prezidenti üç illik qadağadan sonra «Azadlıq»ı müxalifətə qaytardı İlham Əliyev isə xalqla hələ də zor dilində danışır

Sərkisyan demokratiyada Əliyevi qabaqladı

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ermənistan hakimiyyəti 2008-ci ildən bu günə kimi şəhərin mərkəzində sərbəst toplaşmağa qoyulan qadağanı aradan qaldırdı. Ermənistan müxalifti bir neçə gün öncə Azadlıq meydanında etiraz aksiyası keçirib. Ölkədə demokratiyanın inkişafı ilə bağlı beynəlxalq aləmdən təxminən eyni təzyiqlərlə üzləşən Ermənistanın Azərbaycandan fərqli olaraq, sərbəst toplaşmaq hüququna təminat verməsi heç şübhəsiz müəyyən müsbət nəticələr verəcək. Mövzuyla bağlı suallarımızı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, siyasi ekspert Zəfər Quliyev və AVP sədrinin müavini Zahid Oruca ünvanladıq:

- Ermənistan hakimiyyəti şəhərin mərkəzində müxalifətin mitinq keçirməsinə şərait yaratdı. Bəs Azərbaycanda şəhərin mərkəzində sərbəst toplaşmağa qoyulan məhdudiyyət niyə aradan qaldırılmır? Niyə şəhərin mərkəzində aksiyalara icazə verilmir?

"Hakimiyyət daxildə və xaricdə gedən proseslərlə hesablaşmalı olacaq"

Z.Quliyev:

- Bu sual ilk növbədə iqtidara ünvanlanmalıdır. Hər halda, Ermənistanda iqtidar həm daxildə, həm də xaricdə səslənən tələblərlə bağlı gec də olsa, adekvat reaksiya verdi. Yəni burada ilk növbədə iqtidarın iradəsini vurğulamaq lazımdır. Azərbaycan iqtidarında isə bu cür hazırlıq, istək hiss olunmur. Hesab edirəm ki, demokratiya ilə bağlı tələblər daimi səslənsə, Azərbaycan ictimaiyyəti bu məsələlərdə prinsipial olsa, sonda bu hüququ əldə edəcək. Xarici qüvvələr də bu məsələ ilə bağlı son vaxtlar hakimiyyətlə danışıqlar aparırlar. Bəzi məlumatlara görə, hakimiyyətdə də bu barədə müzakirələr gedir. Güman etmək olar ki, həm daxildə, həm də xaricdə prinsipial mövqe saxlanılsa, ola bilsin, Azərbaycanda da yaxın zamanlarda dönüş olsun.

"Bakıda aksiyalar üçün meydan qalmayıb..."

Z.Oruc:

- Sərbəst toplaşmaq azadlığı haqqında Konstitusiyadakı müddəanın müxtəlif siyasi dairələrdə fərqli interpretasiyasından sonra Konstitusiya Məhkəməsi bu məsələyə baxaraq, böyük şərh hazırlayıb. Amma bu məsələ ətrafında polemikalar hələ də davam etməkdədir. Yəni vətəndaşın konstitusion hüququnun gerçəkləşdirilməsi üçün xəbərdaredici məktubu göndərməklə kifayətlənərək, istənilən yerdə və zamanda aksiyanı keçirə biləcəyi ilə bağlı məsələ hələ də müzakirə olunur. Bu məsələ ilə bağlı o zaman da hüquqi müstəvidə yekdil bir fikir olmadı. Bundan sonra Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu, eləcə də hakimiyyətin birgə işçi qrupu şəklində fəaliyyəti oldu. Bu müzakirələrdən sonra "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna xeyli dəyişikliklər edildi. Amma yenə də şəhərin mərkəzinin mitinq meydanı olub-olmaması ətrafında konsensus tapılmır. Ona görə də mən istənilən qüvvənin bu istiqamətdə cəhdlərini görəndə, özüm-özümə düşünürəm ki, axı bu məsələ siyasi-hüquqi müstəvidə həllini tapmayıb. Ona görə də bu məsələ ilə bağlı hakimiyyət və siyasi qüvvələr ətrafında bir konsensus tapılmalıdır ki, söhbət konstitusion hüququn harada və necə gerçəkləşməsindən gedir.

Digər tərəfdən, Ermənistanın hər hansı məsələdə Azərbaycana nümunə göstərilməsinin tərəfdarı deyiləm. Çünki bu dövlət işğalçıdır və onun daxili həyatında "demokratik" kimi görünən cəhdlər Azərbaycana tətbiq oluna bilməz. Ermənistan bu kontekstdə Azərbaycandan üstün mövqeyə qoyula bilməz. Həm də ona görə ki, biz uzun müddət Ermənistanda azadlıqların boğulmasını görmüşük. Sərkisyan rejimi süngi ilə hakimiyyətə gəlib və elə süngünün də üstündə oturub. Bu baxımdan, Ermənistanın Azadlıq meydanında aksiya keçirməyə imkan verdiyinə görə demokratikləşdiyini düşünənlər yanılırlar. Azərbaycanda Azadlıq meydanında dövlət əhəmiyyətli tədbirlərdən başqa aksiyaların keçirilməsi yasaq olunub. Mən YAP-ın timsalında da bu meydanda siyasi məqsədli mitinqin keçirildiyini görməmişəm.

Əlbəttə, marağındayam ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığını ən yüksək səviyyədə tələb edən qüvvələr bu hüququ gerçəkləşdirsinlər, bunun üçün optimal məkanlər tapılsın. Amma hazırda Bakının iri aksiyalar keçirmək üçün meydanları qalmayıb. Infrastruktur quruculuğu elə səviyyəyə çatıb ki, maksimum min nəfərin bir yerə toplaşmasını təmin etmək olar.

Niyə Azərbaycanda "yox", Ermənistanda "hə"?

- Adətən hakimiyyət belə təbliğat aparır ki, Ermənistanda iqtidardan narazıların sayı çoxdur, Azərbaycanda isə əksinə, hakimiyyətdən narazı elektoratın az olduğu bildirilir. Necə olur, narazıların daha çox olduğu Ermənistanda hakimiyyət sərbəst toplaşmaq azadlığını təmin edir, amma narazıların az olduğu Azərbaycanda bundan yayınılır?

Z.Quliyev:

- Ermənistandakı son icazəli aksiyada təxminən altı-yeddi min insan iştirak edirdi. Bu rəqəm isə onu göstərir ki, Ermənistanda narazılığın səviyyəsi o qədər də yüksək deyil. Hər halda, Azərbaycanda icazəli mitinq olarsa, bu rəqəmdən qat-qat çox insan toplaşacaq. Azərbaycanda narazıların sayının çox olmasına baxmayaraq, ölkəmiz Ermənistandan daha varlı olduğundan, bizdə daha güclü polis rejimi yaranıb. Azərbaycan iqtidarı həm polis, həm pul resurslarına görə daha sərt davrana bilər. Ona görə də Azərbaycan hakimiyyəti bir çox məsələlərdə güzəştə getmir. Amma sonda hakimiyyət daxildə və xaricdə gedən proseslərlə hesablaşmalı olacaq.

Z.Oruc:

- Fundamental hüquqlar üçün məkanlar daimi müəyyənləşdirilir. Bunlar gerçək siyasi qüvvələrin nisbətinə, onların sosial bazasının vəziyyətinə uyğun edilmir. Bu mənada Ermənistan və Azərbaycanın sosial həyatının təhlili zəminində ya artıq, ya da az səviyyədə narazılar görəcəksiniz. Amma Azərbaycanda sosial, mülkiyyət, hər hansı iqtisadi proseslərin gedişindən narazı insanların olduğunu hakimiyyət inkar etmir. Amma bu gün müxalifətin verdiyi bəyanatlar ölkənin ictimai həyatına təsir göstərmir. Ona görə mitinqlər üçün məkanların tapılması belə, müxalifəti böyük imkanlara sahib etməyəcək. Ictimai Palata sanki mitinqlər üzrə ixtisaslaşmış mərkəz kimi fəaliyyət göstərmək istəyir.

İkili standartlar ittihamı yenə səslənəcəkmi?

- Dəfələrlə Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatları ikili standartlarda ittiham edib. Ermənistan hakimiyyətinin belə ciddi güzəştinin fonunda, gələcəkdə Azərbaycan tərəfinin addımları nədən ibarət olacaq? Yenə demokratiya ilə bağlı tələblər ikili standart kimi dəyərləndiriləcək?

Z.Quliyev:

- Ittiham etmək üçün əsaslar tapmaq asandır. Güman edirəm ki, Azərbaycan hakimiyyətinin siyasi düşüncələrində, davranışında dəyişiklik baş verməsə, o yenə də Qərbi ittiham etmək üçün əsaslar tapa bilər. Qarabağ məsələsini ortaya atmaq olar. Son illər bu, daimi mövzuya çevrilib. Hakimiyyətin başqa mövzularla bağlı arqumenti olmayanda Qarabağ məsələsi gündəmə gəlir. Ona görə də əgər hakimiyyət dünyada gedən proseslərə uyğunlaşmaq istəməyəcəksə, o zaman həm beynəlxalq təşkilatlarla münasibət pisləşəcək, həm də ölkə daxilində siyasi böhran yaşanacaq. Qorxu altında narazı kütləni uzun müddət saxlamaq olmaz. Hakimiyyət üçün ən ağıllı davranış modeli köhnə siyasətə korrektələr edərək, real islahat kursuna başlamaqdır. Bununla gərginliyi nisbətən aradan götürmək olar.

Z.Oruc:

- Işğalçı dövlət heç bir parametr üzrə demokratik sayıla bilməz. Əgər kimsə düşünürsə ki, Sərkisyan rejimi və ondan sonrakı şəxslər hər hansı azadlıqlar fonunda Azərbaycandan üstün bir yerə layiq görülərək, dünya birliyi tərəfindən az qınanmağa ümid bəsləyəcəklər, bu yanlış mövqe olardı. Ermənistan işğalçıdırsa, deməli, artıq demokratik ölkə deyil. Adətən deyirlər ki, demokratlar vuruşmurlar. Azadlıq meydanını müxalifətə tanımaqla Ermənistan dünya tərəfindən xoş münasibətlərə layiq görüləcəksə, Azərbaycan isə əksinə, qınanacaqsa, əlbəttə, biz bunu ikili standart sayacağıq. Əlbəttə, bu haqqımız olacaq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment