Azəri
Sunday 21st of July 2024
0
نفر 0

Quranı əzbərləməyi öyrənmək üçün faydalı tövsiyələr

Quranı əzbərləməyi öyrənmək üçün faydalı tövsiyələr

Hafizəni gücləndirməyə dair çox sayda hədisimiz vardır ki, onları dörd dəstəyə bölmək olar.

Quranı əzbərləməyi öyrənmək üçün faydalı tövsiyələr

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Quranı Kərimi əzbərləməyin bərəkətlərindən biri də budur ki, insan zehni cavan qalır. Ağıl əgər cavan qalarsa, daha çox elmləri öyrənib, qoca yaşlarında belə onu yaddan çıxartmaz.

Hafizəni gücləndirməyə dair çox sayda hədisimiz vardır ki, onları dörd dəstəyə bölmək olar.

Birinci dəstə hədislər bizə hafizəni gücləndirmək üçün bir neçə gigiyena qaydalarına riayət etməyimizi tövsiyə edir.

İkinci dəstə hədislər bəzi yeyəcəklərdən çəkinməklə və bəzilərini yeməklə hafizəni gücləndirə biləcəyimizi söyləyir.

Üçüncü dəstə hədislər hafizəni zəif və ya güclü olmasını psixoloji məsələlərlə bağlayır və bəzi addımlar atmağı tövsiyə edir.

Dördüncü dəstə hədislər isə söyləyir ki, hafizə zəifilyinin qarşısını almaq olar və onu təmrin etdirməklə gücləndirmək mümkündür.

1. Gigiyenaya riayət etmək.

Hafizənin və ağlın salamatlığının bədən sağlamlığı ilə birbaşa əlaqəsi vardır. "Sağlam ağıl sağlam bədəndə olar". Ona görə də sağlam gəzinti, idman etmək bədini sağlam saxladığı üçün, çox tövsiyə edilmişdir. Hədislər eyni zamanda bizə: dişlərı fırçalamağı, dırnaqları tutmağı, dəriyə yağın çəkilməsini, gün ərzində yatmağı, qan almanı tövsiyə edir.

2. Sağlam qidalanma.

Sağlam qidalanma və yediklərimizdə ifrat etməmək hafizəni gücləndirər və onu qocalmağa qoymaz. Hədislər bizə: balı, mərcini, əti, xüsusilə də boyun ətini, kərəvizi, küdunu, semizotunu, lobyanı, sirkəni, narı, qarağatı, halvanı, kündürü yeməyi tövsiyə edir. Həmçinin pendirdən, turş almadan, keşnişdən çəkinməyi tövsiyə edir. Həmçinin yeyən zaman ifrat etməmək hafizəni güclü saxlayar.

3. Psixologiyanın gücləndirilməsi.

İnsan psixologiyasının sağlam olması hafizəni də sağlam və cavan saxlayar. Bunun üçün Allahı çoxlu yada salmaq, Ondan yardım diləmək, Quran oxumaq, xüsusilə də "Ayətül-kürsü"nü oxumaq, nadan insanlarla əxlaqa riayət etmək hafizəni cavan saxlayar. Həmçinin bəzi əməllər vardır ki, onlardan çəkinərək hafizəni gücləndirmək olar: qəbirlərin üzərindəki yazıları oxumaq kimi.

4. Hafizəni təmrin etmək.

İdman insanın bədənini sağlam saxladığı kimi, təkrarlar və təmrinlər də insanın ağlının sağlam qalmasına xidmət edər. İmam Əli (ə) bu haqda buyurur: "O kəs ki, çoxlu bəhs edər və dərs verər, öyrəndiklərini unutmaz və bilmədiklərini də öyrənər".

Quranı əzbərləmək üçün dualar.

Bunlardan başqa Peyğəmbər (s) İmam Əliyə (ə) xüsusi bir dua öyrətmişdi ki, onun yardımı ilə Quranı əzəbərləmək asan olar.

اَللّـهُمَّ ارحَمنی بِتَــْرکِ مَعاصِیکَ اَبَـداً مَا اَبقَـیتَـنی وَارحَمنی مِن تَکَـلُّفِ مَا لا یَـعنینی، وَارزُقنی حُسْنَ المَنظَـرِفیما یُـرضِیکَ عَنّی، وَ اَلـزِم قَـلبی حِفــظَ کِتابِکَ کَما عَلَّـمتَنی وَارزُقنی أن أتلُوهُ عَلَی النَّحـوِ الَّـذی یُـرضِیکَ عَـنّی، اَللّـهُمَّ نَـوِّر بِکِتابِکَ بَصَری، وَاشرَح بِهِ صَدری، وَ فَــرِّح بِهِ قَلبی، وَاطلِق بِهِ لِسَانی، وَاستَـعـمِل بِهِ بَدَنی وَ قَـوِّنی عَلی ذلِکَ وَ أعِنّی عَلَیهِ أنَّهُ لا مُعینَ عَلَیهِ الا اَنتَ لا الهَ الا اَنتَ "

Duanın latin qrafikası ilə oxunuşu:
"Əllahummər- həmni bi tərki məasikə əbədən ma əbqəytəni, vər- həmni min təkəllüfi ma la yənini, vər- zuqni husnəl mənzəri fima yurzikə ənni, və əlzim qəlbi hifzə kitabikə kəma əlləmtəni vər- zuqni ən ətluhu ələn- nəhvilləzi yurzikə ənni, Əllahummə nəvvir bi Kitabikə bəsəri, vəş- rəh bihi sədri, və fərrih bihi qəlbi, və ətliq bihi lisani, vəs- təmil bihi bədəni və qəvvini əla zalikə və əinni əleyhi ənnəhu lə muinə əleyhi illə ənt lə iləhə illə ənt."

Şeyx Tusi "Misbah mütəhəcəd" kitabında yazır: "Hər kim Quranı hifz etmək istəsə, cümə gecəsi dörd rükət namaz qılsın ki, birinci rükətdə "Həmd" və "Yasin" surəsini, ikinci rükətdə "Həmd" və "Duxan" surəsini, üçüncü rükətdə "Həmd" və "Səcdə" surəsini, dördüncü rükətdə isə "Həmd" və "Mülk" surəsini oxusun. Təşəhhüddən ayrılandan sonra Allaha həmd etsin, Peyğəmbərə (s) salavat göndərsin və möminlər üçün istiğfar etsin. Sonra isə desin:

" اَللّـهُـمَّ ارْحَـمْنِی بِـتَرکِ الْمَـعَاصِی اَبَداً مَا اَبْـقَـیْـتَنِی وَارْحَـمْنِی مِنْ اَنْ اَتَکَـلَّفَ مَا لا یَعنِـینِی وَارزُقْـنِی حُسنَ النَّـظَـرِ فیما یُـرضِیکَ عَنّی. اَللّـهُمَّ بَـدِیعَ السَّمَاوَاتِ وَالاَرْضِ ذا الجَــلالِ وَ الاِکرامِ وَالْـعِـزَّةِ الَّتِی لاتُرامُ. اَسْـاَلُکَ یَا اَللهُ یَا رَحْمَانُ بِـجَـلالِکَ وَ بِنورِ وَجْـهِکَ أنْ تُـلْـزِمَ قَـلْبِی حَـفِـظَ کِتَابِکَ کَمَا عَلَّـمْـتَـنِی وَارزُقْـنِی اَنْ اَتلُـوَهُ عَلَی النَّحْـوِ الَّـذِی یُـرْضِیکَ عَنِّی وَ اَسْـاَلُکَ اَنْ تُـنَوِّرَ بِکِتَابِکَ بَـصَـرِی وَ تُـطْلِقَ بِهِ لِسَانی وَ تُـفَـرِّجَ بِهِ قَلْـبِی وَ تَشْـرَحَ بِهِ صَـدْرِی وَ تَسْـتَـعْمِلَ بِهِ بَدَنی وَ تُـقَـوِّینَی عَلَی ذلِکَ وَ تُـعینَنِی عَلَیهِ فَـاِنَّهُ لا یُعـینُ عَلَی الْـخَـیْرِ غَـیرُکَ وَ لا یُـوَفِّــقُ لَهُ اِلا اَنْتَ "

Duanın latin qrafikası ilə oxunuşu:
"Əllahummər- həmni bi tərki məasikə əbədən ma əbqəytəni, vər- həmni min təkəllüfi ma la yənini, vər- zuqni husnəl nəzəri fima yurzikə ənni. Əllahummə bədiəs səməvati vəl ərz, zəl cələli vəl ikrami vəl izzətil ləti lə turam. Əsəlukə yə Əllahu yə Rəhmənu bi Cələlikə və binuri Vəchikə ən tulzimə qəlbi həfizə Kitabikə kəma əlləmtəni vər- zuqni ən ətluhu ələn- nəhvilləzi yurzikə ənni, və əsəlukə ən tunəvvirə bi Kitabikə bəsəri və tutliqə bihi lisani və tufərricə bihi qəlbi və təşrəhə bihi sədri və təstəmilə bihi bədəni və tuqəvvinə ələ zəlikə və tuinəni əleyh, fə innəhu lə yuinu ələl xəyri ğəyruk və lə yuvəffiqu ləhu illə ənt."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

 
user comment