Azəri
Wednesday 6th of November 2024
0
نفر 0

“Əyyami Fatimiyyə”nin başlanması ilə əlaqədar İmam Hüseyni hərəmi qaraparçalarla bəzənildi

“Əyyami Fatimiyyə”nin başlanması ilə əlaqədar İmam Hüseyni hərəmi qaraparçalarla bəzənildi

Tarix yazır ki, Ömər və Əbu Bəkr bu işi gördükdən sonra Xanım Zəhranın (səlamullahi əleyha) görüşünə gələrək ondan etdikləri haqsızlıqlara görə halallıq almaq istəsələr də lakin həzrəti Fatimə (səlamullahi əleyha) qəzblə üzünü divara çevirərək onlarla danışmır və dünyadan köçdükdə də onlardan incili köçür.

"Əyyami Fatimiyyə"nin başlanması ilə əlaqədar İmam Hüseyni hərəmi qaraparçalarla bəzənildi + Foto

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri Tarixi ilə Cəmadiul Ula ayının 10-dan etibarən (Miladi Tarixinin 11.03.2014-nə təsadüf edir) İraq, İran İslam Respublikası, Azərbaycan, Səudi Ərəbistan, Livan, Suriya, Pakistan, Hindistan, Əfqanıstan və. s ölkələrdə Fatimiyyə Günləri başlanılır. Bununla əlaqədar olaraq, Kərbalada İmam Hüseynin (əleyhis səlam) hərəmi artıq ötən gündən bəri başlayaraq qara bayraqlarla bəzənilib.

Belə ki, bayraqlardan 8-nin üzərində "Əssəlamu Əleyki Ya Fatimətuz Zəhra (s)" və 10-nun üzərində isə "Ya Fatimətuz Zəhrail Bətul (s)" cümlələri yazılıb. Habelə qalan bayraqlar üzərində isə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alih) Fatiməi Zəhra (səlamullahi əleyha) haqda buyurduğu qızıl kəlamları və hərəmin müdiriyyəti tərəfindən Əhli Beyt aşiqlərinə baş sağlığı verilən cümlələr qeyd olunub.

Qeyd edək ki, Fatimiyyə Günləri o, günlərə deyilir ki, Xanım Fatiməi Zəhra (səlamullahi əleyha) həmin günlər ərzində ikinci xəlifə Ömər ibn Xəttab, Muğeyrə və Ömərin qulu Qonfoz tərəfindən öz evində döyülərək, qapı ilə divar arasında saxlanılaraq ciddi ölümcül xəsarətlər alır. Nəticədə elə oradaca bətnindəki 6 aylıq oğlan uşağı (onun adı Möhsün idi Allahın salamı ona olsun) zərbələr ucbatından yerə salınaraq Şəhid olur və xanım Fatimə Zəhra (səlamullahi əleyha) da üç gün yatağa düşdükdən sonra dünyasını dəyişərək Şəhid olur.

Tarix yazır ki, Ömər və Əbu Bəkr bu işi gördükdən sonra Xanım Zəhranın (səlamullahi əleyha) görüşünə gələrək ondan etdikləri haqsızlıqlara görə halallıq almaq istəsələr də lakin həzrəti Fatimə (səlamullahi əleyha) qəzblə üzünü divara çevirərək onlarla danışmır və dünyadan köçdükdə də onlardan incili köçür.

İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alih) rəvayət vardır: "Fatimə mənim canımın parəsidir. Hər kim onu sevindirərsə məni sevindirib və hər kim məni sevindirərsə Allah Təalanı sevindirib. Hər kim onu qəzəbləndirərsə məni qəzəbləndirib və hər kim məni qəzəbləndirərsə Allahı qəzəbləndirib".

 


source : www.islamquest.net
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrəti Fatimə Zəhranın (s) təvəllüdünün ildönüm münasibəti ilə ...
HƏZRƏT FATİMEYİ MƏSUMƏ (ƏLƏYHA SALAM)- IN HƏYATINA BİR BAXIŞ
"Sarəllah" sözünün mənası nədir?!
Ümmü Sələmə İmam Hüseynin (ə) hüzurunda
MÜƏLLİF: USTAD ŞƏHİD MÜRTƏZA MÜTƏHHƏRİ BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM ...
Səfər ayının 28-ci günü
Həyatı
Fransanın səfiri İmam Əlinin (ə) məzarını ziyarət etdi
Səmavi ad
Günahın mənəvi təsirləri

 
user comment