Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

Ayətullah Sübhani: “Müsəlmanlar gərək dərdlərinin dərmanını Quranda tapsınlar”

Ayətullah Sübhani: "Quran Quranla təfsir olmalıdır. Eyni zamanda hədisə də müraciət etmək lazımdır."

Ayətullah Sübhani: "Müsəlmanlar gərək dərdlərinin dərmanını Quranda tapsınlar"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Məsumeyi-Qum elmi hövzəsi müəllimlər simpoziumun keçirdib. Təşkil olunmuş simpoziumda Ayətullah Cəfər Sübhani həzrətləri çıxış etmişlər. Ayətullah Sübhani cənabları çıxışında belə buyurmuşlar: "Quranın təfsirçisi Quranın bir çox ayələrini hifz etməklə yanaşı, gərək həm də hədisi tanısın".

"14-cü əsrdə təfsir elə bir cəhətdə irəliləyir ki, ondan öncəl belə olmamışdı. İslam tarixini mütaliə edən hər bir kəs, yəqin ki, monqollardan sonra təfsir elminin zəifləmini muşahidə edəcəkdir. Təfsirə sahəsinə az diqqət olunmuşdur. Ancaq 14-cü əsrdə bu yöndə dirçəliş oldu. Qurana olan diqqət həm Əl-Əhzər, həm də Əhli-Beyt (əleyhimus səlam) məktəbləri arasında artdı. Bu diqqət tədricən inkişaf etdi və zamana uyğun təfsirlər yazılmağa başladı. Hal-hazırda da bu məsələyə xüsusi diqqət yetirilir. Bu ona görədir ki, Qurani Kərim qiyamət gününəcən davam edəcək bütün əsrlərə aiddir. Müsəlmanlar gərək dərdlərinin dərmanını bu kitabda tapsınlar. "Ali-Rəhman" təfsir elmində dalğa yaratdı, ondan sonra Əllamə Təbatəbai "Əl-Mizan" təfsirini yazaraq, onu daha da genişləndirdi.

İndi fiqh elmində də təfsirə xüsusi diqqət edilir. Halbuki, qədimdə daha çox hədisə diqqət edilərdi. Əgər biz Quran təfsirçisi tərbiyə etməliyiksə, gərək təfsirin müqəddəs cəhətlərini onlara təlim verək. Əks təqdirdə təfsiredən olarlar, ancaq Quranın təfsirçisi olmazlar. Qurani Kərim zəngin ərəb dilində nazil olmuşdur. Ona görə də təfsirçi bu dilin qaydaları ilə tam şəkildə tanış olmalıdır. Onun sadə qrammatikası ilə bu dili dərindən mənimsəmək olmaz. Ərəb dili və onun qrammatikası təfsirin əsasını təşkil edir. Bu mədrəsənin tələbələri üçün Quranın lüğətləri tərtib edilməlidir, çünki bəzən ərəbdillilər belə onda səhv edirlər. Quran Quranla təfsir olmalıdır. Eyni zamanda hədisə də müraciət etmək lazımdır. Çünki bir ayənin təfsirində yaranan çətinlik o birisi ilə aradan qalxır. Quranı hifz etmək də bu cəhətdən zəruridir.

Quranla ünsiyyət bağladıqda səbəb olur ki, insan onun mənasını da bilsin və təfsir bəhslərində ondan bəhrələnsin. Ayələrin üslubunu da görməməzliyə vurmaq lazım deyildir. Quran dağılmış bir gülüstan deyildir ki, güllərinin bir-biri ilə rabitəsi olmasın. Quran ayələri bir-biri ilə bağlıdırlar. Hər bir surənin öz ruh və hədəfi vardır ki, bütün ayələrə hakimdir.

Təfsirçi həm də gərək hədisi tanıyan olsun. Ayəni hər bir hədislə təfsir etməsin. Baxsın ki, həmin hədisin dəyəri vardırmı ki, onunla bu ayəni təfsir etmək olar, yoxsa yox. Həmçinin bəzi ayələr vardır ki, səbəbinə və nazil olmağına baxaraq, dərk ediləsi olur.

Tədqiqatçıları rütbələrə və siniflərə bölün. Onları təfsirin müqəddəs cəhətləri ilə tanış edin. Baxmayaraq ki, təfsir elmi əvvəllər də elmi hövzədə mövcud idi, ancaq siz dalğa yaratdınız. Onu genişləndirmək çox yaxşıdır. Nə qədər Qurana xidmət edəriksə, nuraniliyimiz artar və elmi çatışmamazlıqlarımız azalar".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şeyx Yusif Əl Qərdavi: “Türkiyənin yanındayıq”
Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub
Mövlud bayramı kino-teatrda - "Pozitiv" Gənclər Platformasında
Taylandda Qədr gecələri mərasimi təşkil olundu
Türk xəyanətkarlarının Azərbaycan Səfəvilər dövlətini dağıtması
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Kaliforniyada cühüd irqçiləri Qurani Kərimə qarşı görünməmiş təhqir ediblər
Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
Tacikistanda "Vəhdət" konfransı
BƏƏ-də “Müsəlmanlar gələcəkdə” mövzusunda seminar keçiriləcək

 
user comment