Şeyx əl-Kubeysi: Əlinin(ə) davamçısı olun ki, Qiyamət günü də onunla məşhur olasınız.
Müsəlmanların bütün problemlərinin səbəbi Müaviyə və Əbu Süfyandır!
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən BƏƏ-də yaşayan İraqın əhli-sünnət alimi Şeyx Əhməd əl-Kubeysi müsəlmanların problemlər içərisində yaşamalarına səbəb kimi Əməvilərin ilk xəlifəsi Müaviyəni və onun atası Əbu Süfyanı göstərib.
"Dubay 1" televiziya kanalında çıxışı zamanı Şeyx Əhməd əl-Kubeysi deyib ki, bütün vücudumla Allaha and içirəm ki, müsəlmanların yaşadıqları bütün problemlərin səbəbi Müaviyə və onun atasıdır.
əl-Kubeysi vahhabilərin Müaviyəni müdafiə etmələrinə işarə edərək bildirib ki, vahhabilər Müaviyəyə bağlılıqlarını bildirərək onu müdafiə edirlər, halbuki o minbərdən Əlini(ə) lənətləyirdi.
əl-Kubeysi veriliş zamanı həmçinin əhli-sünnənin və şiənin yekparça olduğunu bildirərək Əlinin(ə) yaxud Müaviyənin davamçısı olmaq lazımdır sualına cavab olaraq deyib ki, Əlinin(ə) davamçısı olun ki, Qiyamət günü də onunla məşhur olasınız.
Şeyx Əhməd əl-Kubeysinin bir neçə gün bundan öncə yayımlanan çıxışı BƏƏ-də yaşayan vahhabilərin etirazına səbəb olub. Və onlar əl-Kubeysinin ölkədən qovulmasını tələb ediblər.
source : www.sibtayn.com