Azəri
Sunday 30th of June 2024
0
نفر 0

İlahi zikrin Quran və hədislərdəki yeri

İlahi zikrin Quran və hədislərdəki yeri

Qurani-Kərimdə və hədislərdə Allahı zikr etməyin əhəmiyyəti bəyan edilmişdir

İlahi zikrin Quran və hədislərdəki yeri

Allahın İlahi zikr etməyi bu qədər vurğulamasının və tövsiyə etməsinin səbəbi odur ki, zikr insanı rəzilliklərdən uzaq tutar, çatışmamazlıqlarını aradan qaldırmaqda ona kömək edər, onu səadətə çatdırar. Əgər insan davamlı olaraq, Allahı yada salarsa və özünü Allah dərgahında hiss edərsə, Allahın bəyənmədiyi işlərdən uzaq olacaqdır. Nəfsini üsyan etməyə qoymayacaqdır.
Qurani-Kərimdə və hədislərdə Allahı zikr etməyin əhəmiyyəti bəyan edilmişdir. Belə ki, Quran ayələrində İlahi zikrə həvəsələndirilmiş, onun faydalarını bəyan edilmiş, zikrin kəmiyyət və keyfiyyətindən söz açılmışdır. Həmçinin zikrin qəlbdə və dildə edilməsi bəyan edilir.
İmam Sadiq (ə) buyurur: "Bizi yada salmaq - Allahı yada salmaqdır". İmam (ə) başqa yerdə buyurur: "O zaman ki, məclisdən qalxırsınız, bu ayələri oxuyun: "Sənin Rəbbin - izzət, qüdrət və qələbə Rəbbi onların sadaladıqları sifətlərdən pakdır! Salam olsun peyğəmbərlərə (yaradandan yaradılmışlara)! Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!". ("Saffat" 180-182).
İnsan həm qəlbində və həm dilində Allahı zikr etməlidir. Zikrin xüsusi məkan və zəmanı yoxdur. Həzrət Musa (ə) buyurur: "Allahım! Bəzi yerlərdə və hallarda Sənin zikrini dilimə gətirməkdən xəcalət çəkirəm". Allah Təala buyurur: "Mənim zikrim hər bir halda yaxşıdır".
İnsan günahları əmmarə nəfsinin və şeytanın təhriki ilə edər. Eyni zamanda o vaxt günah edər ki, Allahı və Onun əzabını yaddan çıxardar.
Haqdan qafil olmaq qəlbi qaraldar, nəticədə isə şeytan qəlbə hakim olar. Ancaq Allahı yada salmaq və Onu zikr etmək qəlbə səfa bağışlayar, ruhu paklayar və onu rəzilliklərdən təmizləyər. Bu zaman qəlb Allahın təcəlli yerinə çevrilər.
Hədislərin birində Həzrət Peyğəmbər (s) buyurur: "Bilin ki, Allah yanında sizin ən yaxşı, pakizə əməliniz - Sübhan Allahın zikridir. Çünki Allah özündən xəbər verib və buyurub: "Mən o kəslə bir yerdəyəm ki, Məni yada salar"".
İmam Sadiq (ə) buyurur: "Allah Təala buyurur: "O kəs ki, Məni zikr etdiyi üçün Mənə sual verməkdən qalıbdırsa, ona Mənə sual verəndən də yaxşı bir şey əta edərəm".
Allah Təala Həzrət İsaya (ə) buyurur: "Ey İsa! Məni öz yanında xatırla ki, Mən də səni xatırlayım. Məni insanların arasında yada sal ki, Mən də səni insan toplumundan da yaxşı olanların arasında yada salım. Ey İsa! Qəlbini Mənim üçün yumşalt və tək olan zaman Məni çox yada sal. Bil ki, Mən ona görə şad oluram ki, Mənə görə təvazökarlıq edəsən. Qəlbini bu iş üçün canlı saxla və ölü (qəmli) olma".
Quranda Allahı zikr etmək o qədər əhəmiyyətlidir ki, namazın hədəfi də Allahın zikri kimi tanıdılmışdır. İslam dinində namazın yeri ucadır. Dinin sütunu hesab edilir. "Şübhəsiz, bu Mənəm - tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!" ("Taha" 14). Bu ayədən görmək olur ki, Allahı zikr etmək namazdan daha mühümdür. Həqiqətdə namaz Allahı zikr etməyin bir vasitəsidir.

Zikrin kəmiyyət və keyfiyyəti
Quranda zikr haqqında bəyan edilən mövzulardan biri də zikrin kəmiyyət və keyfiyyətidir. "Ey iman gətirənlər, Allahı çox zikr edin!" ("Əhzab" 41). İnsan Allahı yada salaraq, qəlbində Ona diqqət edər.
İnsan hər bir işi görəndə Allahı yada salarsa, Allahı dərk edərək, bu işini görəcəkdir.
Hədislərdə oxuyuruq ki, hər bir iş üçün hədd müəyyən olunmuşdur. Hətta namaz üçün də hədd müəyyən edilmişdir. Yəni, hər bir büluğa çatmış müsəlman beş dəfə namaz qılmalıdır. Müstəhəbdir ki, o qədər də nafilə namaz qılasan. Ancaq Allahı zikri üçün hədd müəyyən edilməmişdir. İnsan hər nə qədər Allahı yada salarsa, yenə də az olar. Allah buyurur: "Beləliklə, Həcc əməllərinizi yerinə yetirdikdən sonra, öz atalarınızı xatırladığınız kimi və ya ondan da yaxşı və dolğun şəkildə Allahı yada salın". ("Bəqərə", 200). Bu ayədən görmək olur ki, zikrin miqdarı nə qədər çox olarsa, keyfiyyəti də o qədər artar. Zikr həqiqətdə söz deyildir. Bəlkə ürəklə bağlı bir məsələdir. Ancaq söz bunu bəyan edir.
Bunu da nəzərə almaq lazımdır ki, Allahı zikr etmək dedikdə, sadəcə "Əlhəmdulilləh", ya da Təsbihati-ərbəə demək nəzərdə tutulmur. Bunları deyən zaman biz Allahı yada salmalı və Ona qəlbimizdə diqqət etməliyik.
Allahı yada salmaq insanın hər bir işini bərəkətli edər və həqiqətdə nə üçün yaşadığını və Kimə aid olduğunu ona xatırladar.

Hazırladı: Məşhədi Xanım

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xanım Zeynəb (ə) - Aşura qiyamının fəryadı...
İmam Hüseyn Aşura məktəbi bizim şərəfimizdir
İslamçı Yazar Vüsal Nadiroğlunun məhkəməsi keçirilib
QURAN SÜRƏLƏRİNİ OXUMAQLIĞIN FƏZİLƏTLƏRİ
Etika və dini əxlaq
Namaz haqqında bir neçə söz
ORUCLUQ AYƏSİNİN NƏSXİ
Cütlüyün təhlükəsi
İmam Əlinin (ə) kəlamlarında behiştə daxil olmağın 6 amili
Danışıq ədəbi

 
user comment