Azəri
Wednesday 13th of November 2024
0
نفر 0

Vilayət Fəqih, İmam Zamana (əc.) ən yaxşı kömək

 Vilayət Fəqih, İmam Zamana (əc.) ən yaxşı kömək

"Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə özlərindən əvvəlkilər kimi yer üzünün hakimləri edəcəyini, onlar (möminlər) üçün Allahın Özü bəyəndiyi dini (İslamı) möhkəmləndirəcəyini və onlara qarşı olan təhlükəni sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur" (Nur surəsi, 55)

İlk insan yaranışından bu günə qədər peyğəmbərlər, imamlar (əleyhimussalam), övliyalar və fitrəti pak və sağlam insanlar harada yaşamalarından asılı olmayaraq, ölkələrində pak və saleh insanların hakim olmalarını arzulamışlar. Bu arzu və istək, yuxurıdakı ayədə qeyd olunduğu kimi fitri və təbii bir məsələdir. Çox az zaman və məhdud məkanı istisna etməklə, tarixdə belə bir arzu hələ də tam şəkildə həyata keçməmişdir.

Müasir dünyamızda olduğu kimi tarix boyu həmişə zalımlar və fitnə-fəsad əhli müxtəlif hiylə, oyunbazlıq və qan tökməklə ilahi övliyalara və pak insanlara məxsus olan hakimiyyət məqamını qəsb etmiş və zorla xalqa hakim kəsilmişlər. Amma, mütləq qüdrət sahibi olan Allah-taalanın göndərdiyi peyğəmbərləri və təyin etdiyi imamları (əleyhimussalam) ya şəhid etmiş, ya da müxtəlif hiylələrlə zəhərləmiş və zindanlarda saxlamışlar.

Bu cəhətdən, Əhli-beyt (əleyhimussalam) məktəbində hakimiyyət tam şəkildə ilahi peyğəmbərlərə və onların canişinləri pak və məsum imamlara (əleyhimussalam) məxsusdur. Baxmayaraq ki, haramxorlar və zalımlar dünyadakı (Allah-taalanın onlara verdiyi) ixtiyar və iradədən istifadə etməklə, müvəqqəti də olsa, bu məqamları qəsb etmişlər. Necə ki, tarixdə müşahidə olunduğu kimi bəzən zalım hakimlər özləri həqiqətləri dilə gətirir, məsum İmama (əleyhissalam) aid olan xilafətdə qərar tutuduğu halda, özü - "bu hakimiyyət siz pak və salehlərə məxsusdur" - cümləsini dilinə gətirir və səhvlərini özləri də bilmədən iqrar edirlər. Amma, şeytanın boyunduruğundan və nəfsi istəklərindən azad ola bilmədiyinə görə, əməldə bu sözlərə əməl edə bilmir. Şeytan min bir bəhanə ilə onu, hakimiyyət kürsüsündə əyləşib kef çəkməyi və öz nəfsinin qulu olmağını gözündə cilvələndirir. İnsan da, çox vaxt nəfsinin əsiri və nəfsi mübarizədə şeytana məğlub olduğuna görə bu istəklərə tabe olur.

Məsum İmamın (əleyhissalam) böyük qeybi dövründə o həzrətin özünün müqəddəs kəlamına əsasən, Allah-taalanın İmam Zamanın (əc) zühur hökmünü verməsinə qədər, hakimiyyət və vilayət, adil, alim və şücaətli fəqihə məxsusdur. Amma, təəssüflər olsun ki, tarix boyu müsəlmanların zəifliyi və ya zalımların bu məqamı zorla qəsb etməsi üzündən bu məqama saleh bəndələrin çatmasının qarşısı alınmışdır. Müasir dünyamızda, Allah-taala Ayətullah Xomeyni (rəhmətullah) kimi bir şəxisiyyəti, alim, adil və şücaətli bir fəqihi zəmanəsinə böyük bir nemət kimi təqdim edir. O, dahi şəxs, İslam bayrağını qaldırıb bütün dünyaya car çəkir ki, müsəlman xalqın başında zalım və qaniçənlər hakimiyyətdə otura bilməzlər və onların buna haqları yoxdur. Mütləq hakimiyyət, Allah-taalanın və yer üzündə Onun istəyi əsasında, Onun "pak və saleh bəndələrinə məxsusdur." (Nur surəsi, 55) Xalq İmam Xomeyninin (rəhmətullah) sözünə "Ləbbeyk"- deyib zalım və illərlə xalqın milli sərvətini mənimsəyən və qərbə nökərçiliklə məşğul olan bir hakimiyyət dəstəsini devirir və şah da başda olmaqla onun nökərlərini ölkədən qovub çıxarır.

Əslində, tarixdə Allah-taalanın bəyəndiyi "Böyük İslam inqilabı" baş verir və bununla da xalq, Allahın saleh bəndələrini, fəqih və alimləri xalqa xidmət etmək və xalqın din, mənəvi və maddi sərvətlərini qorumaqdan ötrü hakimiyyətə gətirib seçki yolu ilə hamılıqla ölkədə İslam hakimiyyətinin qurulmasına səs verirlər. Bu səsvermə tam aşkar və bütün düyna medialarının gözləri önünüdə tam demokratik şəkildə baş verir. Xalq, Quranı, Allahın göstərişlərini və Əhli-beytin (əleyhimussalam) məktəbini özünə əsas qanunu kimi qəbul edir.

Fəqihin vilayəti (hakimiyyəti) zalım və qaniçən hakimlərin hakimyyəti ilə bir neçə sahədə fərqlənir. Onları qısaca olaraq belə qeyd etmək olar.

Birinci: Müasir zamanın əksər hakimlərinin əksinə olaraq, alim, adil və şücaətli fəqhin hakimiyyəti (vilayəti) tam şəkildə, Allah-taalanın razı olduğu bir hakimiyyətdir.

İkinci: Fəqihin hakimiyyəti, Allahın dininə və bəndələrinə tam şəkildə ədalət və insaf əsasında xidmət etməkdir. Quranda oxuyuruq: "And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər." (Hədid surəsi, 25)

Üçüncü: Fəqihin həyat və yaşayış səviyyəsi, hakimiyyətdə olmasına baxmayaraq, bərbəzəkli saraylarda və otellərdə yox, ən kasıb və imkansız xalq təbəqəsi içində və ona oxşar tərzdədir. Amma, müasir zamanda hakimlərin həyat və yaşayış səviyyəsi göz qabağındadır.

Dördüncü: Fəqih öz hakimyyətini İmam Zamanın (əc) zühurunun müqəddəməsi kimi bilərək, xalqa xidmətdə görür və bu yolda çalışır. Amma, zəmanəmizin hakimlərinin əksəriyyəti, ya şəxsi mənafeyini, ya da öz dost və tayfasının mənafelərini həmişə xalqın mənafeyindən üstün tuturlar.

Beşinci: Fəqihin hakimiyyəti, cəmiyyətdə elm və idrak-dərk əsasında kamil insan tərbiyə etməkdir. Necə ki, peyğəmbərlərin və müqəddəs kitabların göndərilməsinin hədəfi haqqında Allah-taala Quranda buyrur: "(Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (İslam dininə) çıxartmaq üçün nazil etmişik." (İbrahim surəsi, 1 )

Altıncı: Fəqihin vilayəti (hakimiyyəti) Allah-taalanın göstərişləri əsasında, insanları cəhalət zülmətindən çıxarıb ədalət əsasında ən yüksək səviyyəli mədəniyyət və insaniyyətə malik olan bir cəmiyyətin təşkil olunmasıdır. Amma, bu günkü hakimlərin əksəriyyətinin özlərinin hansı səviyyədə olmaları və xalqın mədəniyyət və mənəviyyatına necə yanaşmaları bizə həqiqəti anladır. Quran buyurur:

"Allah (Ona) iman gətirənlərin (hamisi və) dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər." (Bəqərə surəsi, 257)

Yeddinci: Fəqihin hakimiyyəti cəmiyyətdə, elm, iqtisaddiyyat, mədəniyyət və hikmət əsasında insanlara xidmətdir. Quranda oxuyuruq: "(Peyğəmbər) Onlara, əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər." ( Cümə surəsi, 2)

Səkkizinci: Nəhayət, fəqihin vilayətində millət öz müstəqilliyini, azadlığını və milli hakimiyyətini tam şəkildə qoruyur və Allah-taaladan başqa heç bir qüdrət müqalibində baş əyməyərək, xalqını kamilliyə və səadətə tərəf aparır.

İmam Xomeyni (rəhmətullah) Allahın köməyi və müsəlman xalqının ona verdiyi müsbət cavabla, fəqihin vilayəti nəzarəti altında İslam hökuməti təşkil edir və bu hökumət hazırda bütün dünyada azadlıq və müsətəqillik simvoluna çevrilmiş əzəmətli bir mənəvi ölkə olaraq, özünü dünyada böyük sanan "hegemonlar" qarşısında baş əyib bac vermir.

Bu isə İmam Zamanın (əc) zühuruna ən yaxşı hazırlıq və insanların xoşbəxt və ədalətli gələcəyinin zəmanətçisidir.

Bu gün qərb dövlətləri belə bir hakimiyyətin (Vilayəti fəqihin) çöhrəsini dünyada azad fikirli insanlara başqa cür göstərməkdən ötrü dəridən-qabıqdan çıxaraq, minlərlə şayə və oyunlara əl atırlar. O oyunlardan və şayələrdən biri də cəmiyyətdə xalq arasında "Vilayət fəqih" mövzusunda müxtəlif ünvanlar və böhtanlar yaymaqla sadə müsəlmanlar arasında fikir ixtilafı salır və müsəlman cəmiyyətin birliyinə zərbə vurmağa çılışırlar. Təbii ki belə bir vəziyyət, həm o ölkənin hakimyyətinə, həm qərbin massonlarına və həm də İslam düşmələrinə daha sərfəlidir.

Amma İmam Zamanın (əc) yolunu gözləyən xalis möminlər, həmişə din alimlərinin, müctehidlərin və onlara aid olan Vilayəti fəqihin yanınıda qərar tutur və bununla da şəri vəzifələrini yerinə yetirmiş olurlar...

Faiq Vəlizadə

 

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək
İMAMLA GÖRÜŞ
Vilayəti-fəqihin zəruriliyi
İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİ
Vilayət Fəqih, İmam Zamana (əc.) ən yaxşı kömək
İMAMIN XÜSUSİYYƏTLƏRİ
Məhdəviyyət ideyası
Necə edək ki, İmam Zaman ağa (ə.f.) bizdən razı qalsın?
ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
Quranda kainat barədə nə deyilir?

 
user comment