Azəri
Saturday 20th of July 2024
0
نفر 0

On ikinici İmamın (əc) peyğəmbərlərə bənzərliyi

On ikinici İmamın (əc) peyğəmbərlərə bənzərliyi

Kamaldan nəsibi olan bir kişinin rahatsızlıqlara düçar oduğunu eşitsən, əql adamı vadar edir ki, ona kömək etmək üçün ayağa qalxa, onu xilas etməyə çalışasan. Bunu da edə bilməsən o xilas olunadək, onun üçün dua etməyə başlayacaqsan. Beləliklə ona qarşı sənin vücudunda şəfqət və paklıq yaranır.
İndi isə yuxarıdakı məsələyə diqqət edərək deyirik: " Bizim Mövlamız həzrət Sahibul-zaman (əc) bütün kamal səhrədərini əhatə edib, ən üstün camal və calal məqamlarına yiyələnib. Bütün bunlarla yanaşı o zəlalət və azğınlıq əhlinin giriftarıdır. O, öz vətənindən, ailəsindən, evindən uzaq düşüb. Bu məsələnin nə demək olduğu, bəsirət əhli üçün tam aydındır. Lakin müsibətinin böyüklüyü o həzrətin məqamının böyülüyü qədərdir. Elə bir şəxs ki, onun məqamını bəyan etməkdə dil aciz, düşüncə onun məqam qülləsinə yüksəlməkdə gücsüzdür. Bəlkə də bu sözlərin bir guşəsindən elə bir məsələ sənin üçün aydı olsun ki, O həzrətin zülal çeşməsini dadasan. Elə bu yerdə ona bu sözləri də əlavə edirilk: Bil ki, onda bütün Peyğəmbər və imamların kamalları var və o həzrət, onların məzhəridir.
Şeyx Əcəl Məhəmməd ibn Əl-Həsən Əl-Hürr Amili, "İsbatül-huda bil-nüsus vəl-möcizat" kitabında, "fəzl ibn Şazanın "İsbatür-rəc`ət" səhih birsənədə əsasən yazır:
İmam Sadiq (ə) buyurub:
(Hədsin mənası:)
"Düşmənlərə höccət olsun deyə bütün peyğəmbər və övsiyalırın möcüzələrini Allah-taala Qaimdə (əc)-zahir edəcək."
Əllamə Məcisli də "Biharül-ənvar" kitabında; Müfəzzəl ibn Ömər, İmam Əbu Əbdullahi-Sadiqdən nəql edir:
"O zaman, bizim Ağa- Qaim (əc), Allahın Evinə söykənib deyəcək:" Ey camaat, hər kəs Adəm və Şeys görmək istəyirsə mən, Adəm və Şeysəm. Hər kəs Nuh və övladı Samı görmək istəyirsə, bilin ki, mən həmin Nuh və Samam. Hər kəs Musa və Yuşəni görmək istəyirsə görün, mən həmin Musa və Yuşəyəm. Hər kəs İsa və Şəm`unu görmək istəyirsə mən həmin İsa və Şəm`unam. Hər kəs Məhəmmədi (s) və Əmirəl-möminini görmək istəyirsə bilin ki, mən həmin Məhəmməd və Əmirəl-mömininəm. Hər kəs Həsən və Hüsyeni görmək istəyirsə bilin ki mən həmin Həsən və Hüseynəm. Hər kəs Hüseynin zürriyyəsi olan İmamları görmək istəyirsə bilin ki mən həmin pak Əimməyəm. Dəvətimi qəbul edin və mənim yaxınlığıma toplanın. Nə deyiblərsə və nə deməyiblərsə sizə xəbər verimmi?"...


source : www.sibtayn.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

 
user comment