Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

“Muhəmmədin (s) Maarifi İşığında” İcmasının Bəqi Qəbiristanlığının dağıdılmasının ildönümü ilə bağlı Bəyanatı

“Muhəmmədin (s) Maarifi İşığında” İcmasının Bəqi Qəbiristanlığının dağıdılmasının ildönümü ilə bağlı Bəyanatı

بسم الله الرحمن الرحیم

ياأيها الذين آمنوا لا تتخذوا اليهود والنصارى أولياء بعضهم أولياء بعض ومن يتولهم منكم فإنه منهم إن الله لا (المائدة - 51) يهدي القوم الظالمين

«Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz !» (Maidə - 51)

 

Yəhudi və xristian biliciləri öz hiyləli planlarının davamında azğın vəhabi firqəsini yaradaraq İslam Peyğəmbəri (s) və onun Əhli-Beytinə (ə) qarşı olan düşmənçiliklərinin yeni mərhələsinə başladılar.

Onlar İslam Peyğəmbərinin (s) və məsum İmamların (ə) şəhadətə yetirilməsində bir başa rol oynamış, və İlahi hidayət çıraqlarının söndürülməsi üçün müxtəlif çirkin planlara əl atmışlar.

İlahi vəhyin sonuncusuna inanmayanlar, Peyğəmbər (s) və onun Əhli-Beyinə (ə) qarşı kinlərini nəinki onların həyatı dövründə, hətta o məsumların şəhadətindən sonar belə müxtəlif çirkin əməllərlə tarix qarşısında sübuta yetirmişlər.

Hicri tarixilə 1334-cü il şəvval ayının 8-i İbn Səudun yenidən Hicaz məntəqəsində hakimiyyətə gəlişi ilə, Şeyx Abdullah tərəfindən Mədinə şəhərində və şəhərdən kənarda olan günbəz və zərihlərin, o cümlədən, Peyğəmbərin (s) valideynləri həzrəti Abdullah (ə) və xanım Aminənin (s) günbəzləri, Peyğəmbərin (s) qızları və yoldaşlarının qəbirləri, Peyğəmbərin (s) övladı həzrəti İbrahimin (ə) hərəmi, Malik ibn Ənəs və Osmanın günbəzləri, Məsum imamların (ə) günbəz və məqbərələrinin uçurdulması buna bariz nümunədir.

Biz "Muhəmmədin (səlləllahu əleyhi və alih) Maarifi İşığında" İcması, İslam libasında müsəlmanlar arasında rəxnə salan işğalçı sionistlərin müzdlu təkfirçi nökərlərinin əli ilə Cənnətul Bəqinin dağıdılmasını kəskin məhkum edərək, bu münasibətlə bütün İslam Aləminə dərin hüznlə başsağlığı veririk.

 

Vəssəlamu əla mənittəbəil huda

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-Beyt (ə.s) Aşiqlərinin Xüsusiyyətləri
Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ

 
user comment