Azəri
Thursday 26th of December 2024
0
نفر 0

ABNA İmam Baqirin şəhadət ilə bağlı təsliyyət verir

ABNA İmam Baqirin şəhadət ilə bağlı təsliyyət verir

İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidinin (ə) vəfatı vaxtı (hicrətin doxsan altıncı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər,ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on səkkiz il olmuşdur.

ABNA İmam Baqirin şəhadət ilə bağlı təsliyyət verir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün hüzünlə dolu günlərdən biri idi. Bu gün Bəşər və Cin tafalarının beşinci İmamı, İmam Məhəmməd Baqirin (əleyhis səlam) şəhadət gecəsidir. Biz ABNA olaraq bu hüznü ilk öncə Zamanın Sahibi İmam Məhdi (Allah onun zühurunu tezləşdirsin), o həzrətin haqq naibi İmam Xamneyi və ümum dünya müsəlmanları ilə bölüşməki özümüzə borc bilirik.

Mövzu ilə bağlı ziyarətçilərimizin hüzuruna İmam barəsində sil-siləvari qısa anlayış veririk.

İmam Məhəmməd Baqir (ə) həyatı barədə qısa məlumat

İmam Məhəmməd Baqir

محمد بن علي الباقر

Şiələrin 5-ci imamı

713/714 - 743

Sələfi: İmam Səccad

Xələfi: İmam Sadiq

Dini: İslam

Təvəllüdü: 676-cı il ?

Mədinə

Vəfatı: 743-cü il

Mədinə, (Bəqi qəbiristanlığında dəfn olunub)

Atası: Əli ibn Hüseyn

Anası: Fatimə binti Həsən

Uşaqları: Oğlu Cəfər

İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidinin (ə) vəfatı vaxtı (hicrətin doxsan altıncı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər,ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur.

İmam Baqir (ə) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on səkkiz il olmuşdur.

İmam Baqirin (ə) həməsri olmuş xəlifələr

Aşağıda adları çəkilmiş xəlifələr İmam Baqirin (ə) İmaməti dövründə onun həməsri olmuşlar:

Vəlid ibn Əbdülməlik (86-96 h.q);

Süleyman ibn Əbdülməlik (96-99 h.q);

Ömər ibn Əbdüləziz (99-101 h.q);

Yezid ibn Əbdülməlik (101-105 h.q);

Hişam ibn Əbdülməlik (105-125 h.q);

Bu xəlifələrin hamısı zalım olmuş, zülm və haqsızlıqda heç də ata-babalarından geri qalmamış, xüsusən də, İmam Baqirə (ə) çox zülm etmişlər.

Elmi inqilabın banisi

İmam Məhəmməd Baqir (ə) öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiqin (ə) İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (ə) elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni-Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (ə), İmam Hüseynin (ə) övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir. O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər. Cabir ibn Yezid Cüfi, Kisan Sicistani,həmçinin, İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş.

Sünni məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mötəbər qaynaqlarından olan Müvəttəi-Malik, Sünəni-Əbu Davud,Müsnədi-Əbu Hənifə,Müsnədi-Mərvəzi, Təfsiri-Nəqqaş,Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqirin (ə) mənalı sözləri ilə doludur və onların hər yerində "Məhəmməd ibn Əli (İmam Baqir (ə)) buyurmuşdur" yaxud "Məhəmməd Baqir (ə) buyurmuşdur" ifadəsi gözə dəyir.

Şiə kitabları da, müxtəlif sahələrdə İmam Baqirin (ə) rəvayət və hədisləri ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edər.

İmam Baqir (ə) alimlər baxımından

İmam Baqirin (ə) elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət "Baqirül-ülum" (elm qapılarını açan, elmi müşkülatı həll edən) ləqəbi almışdı.

İbn Həcər Heytəmi yazır: "Məhəmməd Baqir (ə) maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş, həmçinin, əhkam və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdi ki, bu məsələ bəsirət sahibi olmayan, ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də, onu elmləri yarıb özündə cəmləşdirən, elm bayrağını ucaldan adlandırmışlar."

İmam Baqirin (ə) dövründə yaşamış görkəmli alim və böyük şəxsiyyət Abdullah ibn Əta deyir: "Mən İslam alimlərini heç bir məclisdə Məhəmməd ibn Əlinin (ə) məclisindəki qədər elmi cəhətdən kiçik və aşağı səviyyədə görmədim. Elm və şəriət hökmlərində bütün aləmdə tanınan Həkəm ibn Üteybəni Məhəmməd Baqirin (ə) hüzurunda yüksəkrütbəli müəllim qarşısında diz çöküb əyləşən, onun şəxsiyyət və sözlərinə heyran qalan bir uşaq (şagird) kimi gördüm."

İmam Baqir (ə) öz sözlərində adətən Quran ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: "Dediyim hər hansı məsələni məndən soruşsanız ki, bu, Quranın harasındadır, mən o məsələyə aid olan ayəni sizə göstərərəm."

İmam Baqir (ə) məktəbinin şagirdləri

İmam Baqir (ə) fiqh, hədis, təfsir və sair İslami elmlər sahəsində seçilmiş şagirdlər yetirmişdir. Onların hər biri böyük elmi şəxsiyyət hesab olunurdu. Məhəmməd ibn Müslim, Zürarə ibn Əyün, Əbu Bəsir, Büreyd ibn Müaviyə Əcli, Cabir ibn Yezid, Həmran ibn Əyun, Hişam ibn Salim kimi dahi şəxsiyyətlər İmam Baqirin (ə) yetirmələri olmuşlar. İmam Sadiq (ə) buyurardı: "Bizim məktəbi və atamın hədislərini dörd nəfər dirçəltdi. O dörd nəfər Zürarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim və Büreyd ibn Müaviyə Əcli olmuşdur. Əgər bunlar olmasaydı, bir nəfər din təlimatı və Peyğəmbər məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. Onlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş, Qiyamətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar."

İmam Baqirin (ə) şagirdləri öz dövrlərinin fəqih və hədisçilərinin başbilənləri olmuş, elmi mübarizə meydanında qeyri-şiə fəqih və qazılarından üstün idilər.

Elmləri fəth edən, bilik qapılarını açan İmam Baqirin (ə) parlaq elmi əsərləri və İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri İslam Peyğəmbərinin uzaqgörənliyini çin çıxartdı. Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) uzaqgörənliyini ehtiva edən bu hədisin ravisi (rəvayətçisi) İslamın ilkin çağlarının görkəmli şəxsiyyətlərindən biri olan Cabir ibn Abdullah Ənsaridir. İslam Peyğəmbərinin dostlarından olan və o Həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir: "Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mənə buyurdu: "Məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adıma, özü də mənə oxşayacaq. O, elm qapılarını camaatın üzünə açacaq."İslam Peyğəmbəri bunu deyəndə hələ İmam Baqir (ə) dünyaya gəlməmişdi. Bu hadisədən neçə illər ötdü. Dördüncü İmamın dövrü yetişdi. Bir gün Cabir Mədinənin küçələrinin birindən keçəndə, gözü Həzrət Baqirə (ə) sataşdı. Gördü ki,Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) buyurduğu bütün nişanələr onda var. Soruşdu: "Adın nədir?" Həzrət Baqir (ə) buyurdu: "Adım Məhəmməd ibn Əli ibn Hüseyndir." Cabir onun alnından öpüb buyurdu: "Cəddin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mənim vasitəmlə sənə salam göndərdi." Cabir o gündən etibarən İslam Peyğəmbərinin hörmətini qorumaq və İmam Baqirin (ə) əzəmətini göstərmək məqsədilə gündə iki dəfə o Həzrətin görüşünə gedərdi. Cabir Peyğəmbər məscidində camaatın arasında oturub (İmam Baqirin (ə) işlərinə irad tutan bəzi şəxslərin cavabında) Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) uzaqgörənliyini rəvayət edirdi.

Bir incəlik

Burada qeyd etməliyik ki, Cabirin İmam Baqir (ə) ilə görüşü və Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) salamını İmama çatdırması Ricali-Kəşşi, Kəşfül-ğümmə, Əmaliyi-Səduq, Əmaliyi-Şeyx Tusi, İxtisasi-Müfid və bu kimi kitablarda müxtəlif rəvayətlər və bir-birinə oxşar məzmunlarla qeyd olunmuşdur. Bu rəvayətlər iki cəhətdən bir-birinə zidd nəzərə yetişir:

1) Bu rəvayətlərin bir qisminin mənasından belə başa düşülür ki, Cabir İmam Baqiriı (ə) Mədinə küçələrinin birində görmüş, ikinci qismi rəvayətlərin mənasından belə başa düşülür ki, Cabir İmam Baqiriı (ə) İmam Zeynül-abidinin (ə) (yə᾽ni atasının) evində görmüş, üçüncü qisim rəvayətlərdən isə belə başa düşülür ki, İmam Baqir (ə) özü Cabirin yanına getmiş, Cabir də onu orada tanımışdır.

2) Bu rəvayətlərin bəzisində deyilir ki, Cabir həmin vaxt kor olmuş, bəzilərində isə deyilir ki, Cabir diqqətlə İmam Baqiriı (ə) nəzərdən keçirtdi. Təbii ki, bu məsələ Cabirin kor olması ilə heç də uyğun gəlmir.

Birinci ziddiyyətin cavabında deməliyik ki, bir az diqqət etsək, bu rəvayətlər arasında heç bir ziddiyyət olmadığını görərik. Çünki bəzi faktlar göstərir ki, Cabirin Peyğəmbər ailəsi ilə xüsusi əlaqə və məhəbbəti olduğundan Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) uzaqgörənlik və İmam Baqir (ə) üçün göndərdiyi salamı dəfələrlə təkrar edir, bu yolla da İmam Baqirin (ə) məqamının və əzəmətinin yaxşı aydın olmasını istəyirdi. Belə olduqda bu məsələnin bir neçə dəfə müxtəlif yerlərdə təkrar olunmasının nə eybi var?

İkinci ziddiyyətin cavabı isə budur ki, Cabirin İmam Baqiriı (ə) görüb onu diqqətlə nəzərdən keçirməsindən söhbət edən rəvayətlər ola bilsin onun kor olmazdan qabaqkı vaxtına aiddir. Belə ki, Şeyx Müfid İmam Baqirdən (ə) rəvayət edir: Cabir ibn Abdullah Ənsarinin yanına gedib ona salam verdim. Salamımın cavabını alıb soruşdu: "Kimsən?" Bu hadisə onun gözləri tutulandan sonra olmuşdur. Bu rəvayətə bənzər digər birisini də Səbt ibn əl-Cuzi nəql etmişdir.

Ardın izləyin

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Səccad (ə)
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ
Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günü
İSRAİL REJİMİ VƏ ONUN ÇİRKİN NİYYƏTLƏRİ (1)
Ramazan ayında şərab içməyin cəzası
Dünya möminin zindanı, kafirinsə behiştidir
ALTINCI FƏSİL: MƏHDİLİK ƏQİDƏSI BARƏSİNDƏ YARANAN MANEƏLƏR VƏ XOŞAGƏLMƏZ ...
Niyə Şiələr namazları cəm edərək ( Zöhr,Əsr və Məğrib ,İşa) qılırlar?
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ

 
user comment