Azəri
Sunday 19th of May 2024
0
نفر 0

İran İslam Respublikası insan quduzluğu vaksinasının istehsalına başlayacaq

İran İslam Respublikası insan quduzluğu vaksinasının istehsalına başlayacaq

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının mütəxəssisləri insan quduzluğu vaksinasının yaxın gələcəkdə istehsalına başlayacaqlar.

Bu haqqda İran İslam Respublikasının Pastor adına İnstitut direktoru əvəzedicisinin inkişaf məsələri üzrə müavini Doktor Nəvid Dinpərəst xəbər verib.

O, deyib: Ölkədə insan quduzluğu vaksinasının istehsalı üzrə ilkin və texniki işlər görülüb və keyfiyyətə zəmanət və yekun təsdiq mərhələsindədir.

Doktor Nəvid Dinpərəst söyləyib: İllər boyudur ki, heyvan quduzluğu vaksinası ölkə daxilində istehsal olunur,amma insan quduzluğu vaksinası tezliklə ölkə daxilində istehsal ediləcək.

Mütəxəssislərin fikrincə əgər bir heyvan insanı dişləyərsə, mövzu sadə hesab olunmamalı və dişlənmiş yer su və sabunla yuyulmalıdır, zira quduzluq ağızın selkili qişası vasitəsi ilə yaralıya ötürülür və səhiyyə mərkəzlərinə təcili müraciətlə quduzluq vaksinası və seromu aşılanmalıdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Suriyanın Səncar şəhərinin daxilindən çəkilən yeni görüntülər
Azərbaycanı yalnız Tehran İŞİD təhlükəsindən qoruya bilər
Çingiz Mustafayevin Xocalıya aid daha bir videosu
Müctehid qadın Ümmül-mö`minin Ayişə
Palmira- Tədmur şəhər sakinləri evlərinə qayıdır
İsfəhanlılar Hicab və İffət günü mərkəzi meydana toplaşdılar
Sanksiyaların ləğv avropalıların İran bazarına daxil olmaq iştahasını artırıb
Suriyanın Arsal yüksəkliyi azad olunmaq ərəfəsindədir
Ərəbistanın Yəmənə hava hücumları davam edir
İraq Hizbullahı Rimadinin yarısını azad etdi, İŞİD-çilər Hizbullahın ...

 
user comment