Allah yolunda vuruşaraq ölən və ya (düşmənə) qalib gələn kəslərə böyük mükafat verəcəyik.»
İmam Hüseyn (ə) hər üç döyüşdə (Cəməl, Siffeyn və Nəhrəvan) Həzrət Əlinin (ə) kənarında olmuş, qəhrəmanlıq göstərib, böyük şücaət nümayiş etdirmişdir.
Hicri qəməri tarixi ilə 36-cı ildə baş vermiş Cəməl savaşında qoşunun böyük bir hissəsinin rəhbərliyini öhdəsinə alan Həzrət Hüseyn (ə) sərkərdə vəzifəsini xüsusi rəşadətlə yerinə yetirmişdir.
O Siffeyn döyüşündə öz igidliyi ilə dillər əzbəri olmuşdu. Bu döyüşdə onun düşməninin zəbt etdiyi su yo-lunu yenidən fəth etməsi və İmam Əlinin (ə) "Bu zəfəri Hüseynin (ə) qəhrəmanlığı sayəsində əldə etdik" deyə, buyurması daim İslam tarixində ön plana çəkilir.
O, Nəhrəvan döyüşündə qoşunun mühüm hissəsinə rəhbərlik edərək, son qələbə üçün böyük rol oynadı.
b) Osmanın özbaşınalıqlarının əleyhinə xalq kütləsinin üsyan etdiyi zaman, onun evinə hücum edərək sorğu sualsız öldürmək istəyənlərin qarşısına məhz qardaşı İmam Həsənlə (ə) birgə həzrət Hüseyn (ə) çıxdı. Və gözləri qəzəblə parlayan silahlı insanlardan qorxmayaraq, böyük cəsarətlə onların Osmanı evində öldürməsinə mane olmağa çalışdı.
v) Müaviyə ilə bağlanan sülh müqaviləsinə sadiq qalan İmam Hüseyn (ə) eyni halda ona qarşı vüqar və cəsarətlə davranırdı. Keçən bəhslərimizdə ətraflı şəkildə işarə etdi-yimiz kimi, o, Müaviyəyə yazdığı məktublarda «Mən sənin bu ümmətə hakim olmağından daha da böyük və qorxunc bir fitnə tanımıram.»- deyə yazır, ona aşkarcasına tənə vurub, qulaqburması verirdi.
q) «Müaviyə məclislərin birində İmam Hüseynlə (ə) üz-üzə gəldikdə dedi: «Ey Əbu Əbdullah, heç bilirsənmi ki, mən əshabımla birlikdə atanın sadiq dostlarını necə amansızlıqla öldürdüm? Və sonra isə onları necə hiyləgərliklə kəfənə büküb, namaz qılıb bastırdım?» (Müaviyə bu sözü İmamı (ə) qorxutmaq üçün söylədi).
Amma Həzrət Hüseyn (ə) qəzəblə dolu baxışlarla Müaviyəyə baxaraq, onun qatil, imansız əshabına əl taparsa rəhm etməyəcəyini söylədi. Müaviyə özünü itirərək məclisi tərk etdi.»
ğ) «Müslim ibn Əqilin Mədinədə torpaq sahəsi var idi. Müaviyə Mədinə valisinə o sahəni zorla Müslimin əlindən almağa, ona cüzi miqdarda pul verib, razılaşmağa məcbur etmək üçün əmr verdi. Vali əmri yerinə yetirdi.
İmam Hüseyn (ə) bunu bildikdə Müaviyəyə kəskin ifadələrlə dolu məktub yazıb buyurdu: «Allaha həmd olsun! Müaviyə, sən hansı cəsarətlə Bəni-Haşim tayfasından olan bu cavana zor tətbiq edib, aldadırsan. Pulunu ondan geri al və torpağı Müslimə qaytar.» Müaviyə belədə etdi.»
e) «Müaviyə ömrünün axır illərində avara və əyyaş oğlu Yezidi özündən sonra xəlifə etmək üçün var-gücü ilə çalışırdı. O, bilirdi ki, əgər oğlu üçün indi İmam Hüseynin (ə) beyətini alarsa, İslam dünyasının digər öncül şəxsiyyətləri də, ona itaət edib Yezidə beyət edəcəklər. Elə buna görə də, o, öz müşavirləri ilə birlikdə Mədinə şəhərinə gəldi. Mədinədə olduqca təmtəraqlı ziyafət hazırlayan Müaviyə Bəni-Haşim tayfasını İmam Hüseyn (ə) də başda olmaqla oraya dəvət etdi. İmama (ə) böyük ehtiram və sayğı göstərən Müaviyə xeyli yaltaqlandıqdan sonra Yezidi tərifləyərək, əsl niyyətini açıqladı.
Həzrət Hüseyn (ə) onun sözünü kəsib, öncə Peyğəmbər (s) və Əhli-beytin (ə) fəziləti haqqında söhbət etdi. Sonra isə buyurdu: «Yezidə beyət etməyimi istəyirsən? Heç vaxt mümkün deyil! Heç bir zaman ola bilməz! Ey Müaviyə, sübh olduqda qara kömür rəngi ilə rüsvay olar. Günəş parladıqda zəif işıqlar xasiyyətini itirər. Sən özünü və Yezidi tərifləməklə həddən ziyadə ifrata vardın. Sən zalım, paxıl və təcavüzkar adamsan. Sən heç vaxt haqq sahiblərinin haqqını vermədin, amma şeytan səndən öz payını tam olaraq aldı.
Mən oğlunu tərifləməyindən belə nəticə aldım ki, onu hakimiyyətə gətirmək niyyətindəsən. Elə tərifləyirsən ki, sanki biz Yezidi tanımırıq. Onu elə ağızdolusu, canfəşanlıqla öyürsən ki, guya oğlunun bizim xəbərsiz olduğumuz üstün xüsusiyyətlərini aşkarlayıb, bilmədiklərimizi bizə öyrədirsən.
Guya Yezid heç də öz çirkin əməlləri ilə məşhur deyil və xalq onun azğın fikirlərini bilmir.
Yaxşı, əgər belədirsə de ki; «Yezid təhrik olunmuş itlərlə oynayır, quşbazdır. Gecə-gündüz pozğunluqda şöhrət tapmış əxlaqsız qadınlarla əylənir, cür-bəcür iyrənclik və haram dolu eyş-işrətə məşğuldur." Bəli o, belə işlərə olduqca həvəsli, «bacarıqlı»dır. Müaviyə, bu fikrindən əl çək! Sənin xalqa rəva gördüyün bu qədər zorakılıq, əzab əziyyət və işgəncələr bəs etmədimi ki, yeni bir zülmün, fəsadın təməlini qoymaq niyyətindəsən?! Qiyamət günü Allaha necə cavab verəcəksən?
And olsun Allaha ki, sən bundan artıq istibdad yolunda irəliləməyə, Allah bəndələrinə təcavüz etmək üçün ifrata varmağa nail olmayacaqsan. Çünki daha səbir kasamız dolub və səninlə ölüm arasındakı fasilə bir göz qırpımı qədərdir...»
Misirli alim Mahmud Əqqad deyir: «Şücaət» kimi ilahi xüsusiyyətləri Hüseyn (ə) tək əzəmət sahibində görmək, heç də təəccübləndirici deyildir. Hüseyndə (ə) şücaət axtarmaq, qızıl mədənində qızıl axtarmaq kimidir.»
"İslamın Haqq yolu" saytından
source : www.sibtayn.com