Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Quranda nümunəvi qadın


Quranda nümunəvi qadın

Quranda nümunə qızlardan da söhbət açılıb. Onları tanıtdıraraq, onların yaxşılıqlarını tərifləmişdir. Onlar Həzrəti Şüeyb (ə)in qızlarıdır.
Quran onların dastanını Həzrəti Musanın dastanının ortalarında bəyan etmişdir.
Musa bir sıra məsələlərə görə şəhəri tərk etmək məcburiyyətində qaldı. Öz canının nicatı üçün Firondan başqa bir diyara öz qoydu. O şəhərdən çıxdı. Öz Allahı ilə zümzümə edirdi: "Ey Tanrım məni zalım camaatın əliundən nicat ver və azad et".


O yolları keçə - keçə Mədyən şəhərinin yaxınlığınacan gəldi. Mədyən Şüeybin yaşadığı şəhər idi. Orada dedi: Ümidvaram ki mənim Allahım məni düzgün və möhkəm yola hidayət edəcək. Yenə gəldi tainki su quyusuna çatdı və müşahidə etdi ki camaatın bir çox hissəsi oraya yığışıblar və öz qoyunlarına su verirlər. Burada Quran buyurur:
Yəni "Musa Mədyən kənarındakı bir quyuya çatanda onun başında heyvanlarını sulayan bir dəstə adam və onlardan başqa qoyunlarını su içməyə və başqalarının heyvanlarına qarışmağa qoymayan iki qız görüb dedi: "Çobanlar sulayıb getməmiş biz qoyunlarımıza su vermirik. Atamız da yaşlı bir qocadır. Buna görə qoyunları sulamağa biz gətiririk" - deyə cavab verdilər".
Baxın bu həyalı, nəcib və şəxsiyyətli qızlar deyirlər: Nə qədər ki bu camaat və bu çobanlar var biz suya yaxınlaşmırıq. Onlar getdikdən sonra quyunun suyundan istifadə edib evə dönürük. Yəni biz kişilərlə qarışmağı sevmirik. Baxmayaraq ki işimiz təxirlə üzləşir və gözləməli oluruq. Biz işin gecikməsini özümüzdə qəbul edirik, lakin ləyaqətsiz vəziyyəti qəbul etmirik ki naməhrəm kişilərlə qarışaq. Nəticədə öz evimizin, xandanımızın, imanımızın və dinimizin hörmətini sındıraq. Xülasə özlərinin dini şəxsiyyətlərini heç şeylə əvəz etmirdilər. Şəxsiyyətsiz qızlar insani dəyərlərdən, asimani sərmayələrdən məhrum qalaraq, etibar və əsilliklərini ən az şeylərin qarşısında unudurlar. Tez müddətdə biganələrin rəngini özlərinə alırlar. Nəticədə İslamın və Quranın düşmənlərinin ardınca gedirlər və özlərinin uca, iffətli, pak və təqvalı məqamlarını əldən verir, pozğun və dəyərsiz olurlar.
Amma özünü tapmış insanlar örpəyin, paklığın və naməhrəm kişilərlə qarışmamağı hər şeydən üstün tutaraq, meydana gələn məhdudluqları və məhrumluqları qəbul edərək, maddi cəhətdən problemlərlə üzləşmələrini də qəbul edirlər.
Bəli Şüeybin qızlarının söhbıti Musanın sualının cavbabında qanedici idi. Xüsusi olaraq Həzrəti Musa üçün ki, İlahi peyğəmbər idi. Məhz iman və təqvaya görə möhtərəm iki qızın dediyini yaxşı dərk etdi. Elə bir cavab eşitdi ki verdiyi sual nöqteyi nəzərindən onun üçün heç bir qaranlıq nöqtə qalmadı.
Bəli bu məsələni oxuyan hər bir şəxsin şüurunda formalaşaan burada sual meydana çıxa bilər. Sual bundan ibarətdir ki, niyə həzrəti Şüeyb özü suyun hazırlanması üçün gəlmir və qızlarını göndərirdi?
İndi baxın bu əziz qızların öz atalarına nisbət mehribanlığı, ürəkyanmaları, xeyirxahlığı və diqqətli olmaları nə dərəcədədir:
İlk növbədə diqqətli, bu məsələyə diqqət yetirdilər ki mümkündür bəziləri atalarını sualla tuşlasınlar və bu problemi O yüksək və kəramətli şəxsiyyətin üstünə yönəltsinlər.
İkinci məsələ budur ki onlar razı olmadılar ən azacıq ləkə belə atalarına tərəf tuşlansın. Düşüncə və xəyallarda belə iradlar Şüeybə tərəf yönəlsin. Bu cəhətdən fasiləsiz olaraq bu cümləni dedilər:
«أبونا شيخ كبير»
"Atamız da qoca və ahıldır".
Yəni onun gücü çatmır ki bu işi etsin. Yaşlılıq və qocalıq onun qüvvəsini almışdır. Hazırda zəiflik və qocalıq illərini keçirir. Onun gəlməməsi edəbilməməsi üzündəndir. O elə adam deyil ki özünü işin altından qaçırtsın. Özünə aid olan işləri heç vaxt ailəsinin boynuna qoyan adam deyil. Yaşlılıq və süstlük onun imkanlarını almışdır. Bu cəhətə biz məcburiyyət üzündən buraya gələrək, su hazırlayır və qoyunlarımızı sulayırıq.
Həqiqətən bu qızların diqqəti bir tərəfdən təqdirə layıqdir. Lakin onların yüksək məqamlı atalarına qarşı mehribanlığı və xeyirxahlığı digər tərəfdən insanı cəlb edir. Belə övladın halına xoş olsun. Çünki ata-ananın şəxsiyyətini və abrını qoruyurlar. Mal toplamaq və dünyanın dəyərsiz sərvətini əldə etmək üçün öz əziz ata-anasını tənqid oxları və danlamaqlıqlar qarşısında qoymurlar. Çalışırlar ata-analarının heysiyyət və abruları artsın. Ən azından artmasa da alçalmasın. Əldə etdikləri bir ömürlük abır, uzun illər boyu qazandıqları ad- san, ləyaqətli işlər, saleh əməllər, ruh və nəfəs paklığı bir neçə günün ərzində və ya bir neçə narəva işin nəticəsində hamısı külə dönməsin. Aradan getməsin. Bu işi etmək, özü ən böyük xəyanətlərdəndir ki bir insan həyatı boyu mümkündür əncan versin.
Nəhayət olaraq bu böyük dərsi Şüeybin qızları dünyadakılara verdilər. Din ardıcıllarını ona tərəf yönəltdilər.
Onları bir çox cəmiyyətlər tərif ediblər və qiyamətəcən də edəcəklər. Gələcək nəsillərdə müxtəlif formalarda onların yüksək düşüncə və uca fikirinə və ruh əzəmətinə vaqif olacaqlar. Onlar müsəlman qızlar üçün və dinə meyilli insanlar üçün örnək və nümunə olacaq.
"Musa onlar üçün (su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkildi". Bəli mehriban, şəfqətli, comərd Musa peyğəmbər bu hadisəyə dözə bilmədi. Kişilərin içinə getdi və həzrəti Şüeybin o iki qızı üçün su çəkdi. Onlar digər günlərdən rahat və tez evə çatdılar. Bu hadisə ev əhlinin və həzrəti Şüeybin təəccübünü doğurdu. Məhz buna görə ata onların adətin əksinə olaraq evə tez dönmələrinin səbəbini soruşdu və qızlar hadisəni olduğu kimi dedilər.
Musa Şüeybin qızları getdikdən sonra ağac kölgəsinə gedərək, orada istirahətə başladı. Öz Allahı ilə zümzümə və münacat edirdi:
"Musa kölgəyə çəkilib dedi: "Ey rəbbim: Mən sənin mənə nazil edəcəyin xeyirə möhtacam!.
Həqiqətən necə cananə və ürək yandırıcı dua etdisə, tez şəkildə qəbul olundu.
Həzrəti Şüeyb öz qızlarından birini Onu evə gətirmək üçün Onun ardınca göndərdi.
"Sonra o iki qadından biri utana- utana Musanın yanına gəlib dedi: "Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!".
Bu məsələ də Şüeyb qızının şərəf və paklığının göstəricisidir. Nə qədər gözəl və fəxredicidir ki, buyurur: "utana-utana Musanın yanına gəlib dedi". Uca Tanrı o qızın həya və xəcalətini xatırlayaraq, tərifləyir. Hər şəxsin, məxsusən qadınların həya və iffətli olmasını göstərən səhnələrdən ən əhəmiyyətlisi onun yol getmə metodudur. Onun yol getmə mənzərəsidir. Beləki yol qət etdiyi zaman özünü görsün öz ayağının altına baxsın, bu tərəf və o tərəfə boylanmasın. Naməhrəmlərə qarşı diqqətli olmasın. Napak və gözü oynayanların diqqətini özünə yönəltməsin.
Qadın və ya qızın ən yüksək ülvi sifətlərindən biri, bəlkədə ilkini, həyadan ibarətdir. Dindarların gözündə və ağıllıların baxışında qızların ən həssas haləti həyadan ibarətdir.
Həyasız qadın- qız üçün ölüm yaşamaqdan daha yaxşıdır.
Belə təsəvvür olmasın ki kişilərə həya lazım deyil. Ümumiyyətlə din ilə həya birgədir. Həyanın getməyi ilə insanın dini aradan gedir. Amma qadınlarda daha zəruri və daha önəmlidir. Çünki həyasızlığın çirkin əlamətləri və təsirləri onlarda daha tez aşkar olur və özünü büruzə verir.
Hər halda "Həya" kəlməsinin özünəməxsus parlaqlığı və gözəlliyi vardır. Dəyərli və üstün anlayışa malikdir. Peyğəmbər evində tərbiyə görmüş izzətli xanımın fəxr və qüruruna səbəbdir.
Mütərcim : Ələddin məlikov

 


source : nooralquran.net
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment