Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

14 saylı CÇM-də Rza Ağalı və daha 10 məhbusa qarşı növbəti zorakılıq hadisəsi - Dindarlar “kars”a salındı

14 saylı CÇM-də Rza Ağalı və daha 10 məhbusa qarşı növbəti zorakılıq hadisəsi - Dindarlar “kars”a salındı

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, cari ilin dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumlar 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsindən sonra həbsxanada baş verən haqsızlığa etiraz ediblər.

Artıq 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların həyatı getdikcə ağırlaşır.

Belə ki, on nəfərdən çox məhbus cəzaçəkmə müəssisəsində keçirilən etiraz aksiyasında iştirak etdiyi üçün cəzaçəkmə kamerasına salınıb. Həmən məhbuslar arasında Masallı rayonunda ŞƏRLƏNƏRƏK 7 il azadlıqdan məhrum edilən Rza Ağalı da var.

Hal-hazırda həbsxana daxilində ciddi araşdırmalar gedir, bundan sonra da etiraz aksiyasında iştirak edən digər məhkumlardan "kars"a salınacağı gözlənilir. Əsasən həbsxananın "işverən" məhkumları öldürülən idmançı məhkum E.Babayevin ətrafında olan məhkumların üzünə durur və bundan sonra həmən məhkumlar cəza kamerasına salınır.

Məlumata görə, artıq həbsxanada qanuni rejim aktivləşib. Belə ki, məhkumlara həftədə iki dəfə telefonla danışmaq üçün yeni qanun tətbiq edilib.

Məhkumlar məcburi olaraq yeməkxanalara aparılır. Həbsxanada olan digər bir yeməkxana həbsxana rəhbərliyi tərəfindən bağlanılıb. Həbsxana ətrafında "yuxarı"dan gəlmiş məmurlar hadisə barədə ciddi araşdırma aparır.

Məhkumlar yeməkxanada olan dözülməz şəraitdən narazıdırlar. Yeməklər yağsız və ətsiz olur. Bütün məhkumlara yemək çatdıra bilmirlər.

Məhkum Elşad Babayevi işgəncə ilə öldürən 5 nadzor - Firdovsi, Faiq, Rahid, İsmayıl və Vüqar həbsxana ətrafında gözə dəymir.

Görüşə gələn ailələr yaxınları ilə çətinliklə görüşə bilirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

 
user comment