Azəri
Thursday 26th of December 2024
0
نفر 0

Hacı İlqar İbrahimoğlunun Elşən Mustafaoğlunun gizli həbsinə münasibəti

Hacı İlqar İbrahimoğlunun Elşən Mustafaoğlunun gizli həbsinə münasibəti

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hacı İlqar İbrahimoğlu sosial şəbəkədə tanınmış ilahiyyatçı Elşən Mustafaoğlunun həbsinə reaksiya verib.

O, baş vermiş özbaşınalıq haqda belə deyib: "Xəbər verildiyi kimi, tanınmış maarifçi və ictimai fəal Elşən Mustafaoğlu həbs edilib. Anlaşılmaz səbəblər ucbatından və qaranlıq qalan məqamlar səbəbindən, Elşən Mustafaoğlu kimi bir ziyalı insan barədə həbs qəti-imkan tədbiri seçilib. Mən Elşən Mustafaoğlunu illərdir ki, tanıyıram. Çox dürüst, ləyaqətli, sadiq insandır. Mustafaoğlu araşdırmaçı-alim, ictimai fəal olmaqla yanaşı, çox aktiv maarifçıdır. Bununla bərabər, onun yanaşmalarında qırmızı xətt kimi hər zaman dövlətçilik təfəkkürü keçib".

İ.İbrahimoğlu daha sonra qeyd edib ki, Mustafaoğlunun həbsinə inanmaq olmur: "Məmləkətin sayılı maarifçilərindəndir Elşən Mustafaoğlu. Hər zaman şəffaf, dürüst fəaliyyəti ilə seçilib. Təəccüblüdür ki, E.Mustafaoğlu yenicə QMİ-də görəvli posta gətirilmişdi. 10 ildən artıqdır ki, TV-də müəllif proqramlarının aparıcısıdır. Hərtərəfli publik bir şəxsdir. Bəs nə baş verdi?! Elşən Mustafaoğlu kimi bir ziyalı nə etdi ki, onun barəsində məhz belə sərt qəti-imkan tədbiri seçdilər?! İnanmaq istəyirəm ki, tezliklə qapısı açılacaq, baş verən bu dəhşət, bir anlaşılmazlıq kimi izah ediləcək. Allaha pənah...".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəmən qüvvələri 30 İŞİD-çi terroristi öldürdü
-IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Təbrizdə Azərbaycan konsulluğu yaxınlığında Nardaran Şəhidləri yad edildi
Əli(ə.s)-nin qəbrin kənarında söylədiklərindən bir hissə.
Ərəbistanının Sanada İşlədiyi Qorxunc Cinayətdə Həyatını itirənlərin sayı ...
Səadətli təvəllüd
Ədalətsiz hakim Zeynal Ağayev jurnalistləri məhkəmədən qovdu-"Nardaran işi ...
Vəhhabilər Nigeriyada 90 məktəbli qızı oğurlayıblar
Uşaq qatili olan yəhudilər südəmər Fələstinli uşağı qətlə yetirdilər
Talış Bölgəsi ictimaiyyəti Ali Təqlid Mərcələrinin Xalqa düşmən kimi ...

 
user comment