Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

İmam Xameneinin Qərb və Amerikalı gənclərə ünvanladığı müraciətin tam mətni

İmam Xameneinin Qərb və Amerikalı gənclərə ünvanladığı müraciətin tam mətni

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xamenei Avropa və Amerika gəncliyinə xitabən, onlardan İslam həqiqəti barədə araşdırma aparmalarını və dünya mediaları və siyasətçilərinin islamofobiya üzrə hay-küyləri və qalmaqallarına təslim olmamaqlarını istəyiblər.

Ümümdünya Müsəlmanlarının Böyük Rəhbəri Seyyid əli Xameneinin Avropa və Amerika gəncliyinə ünvanlanmış müraciətlərinin tam mətni belədir:

 

Bismillahir Rəhmanir Rəhim

Şimali Amerika və Avropa gəncləri üçün;

Son Fransa hadisələri və bəzi qərb ölkələrində baş verən oxşar nümunələr məni, birbaşa olaraq bu hadisələr barədə söz açmağa məcbur etmiş oldu. Mənim müraciətim sizədir; (siz gənclərə), bu, valideynlərinizə əhəmiyyət vermədiyim anlamına gəlməz. Bəlkə ona görədir ki, xalqlarınız və ölkələrinizin gələcəyi sizin əllərinizdə olacaq və bundan başqa bilirəm ki, siz gənclərin qəlbində həqiqətləri kəşf etmək istəyi daha canlı və daha güclüdür.

Mənim müraciətim sizin siyasətçilər və dövlət başçılarınıza da deyil. Çünki, inanıram ki, onlar istəyərək siyasət yolunu həqiqət və doğruluqdan ayırıblar.

Sizinlə İslam barəsində danışmaq istəyirəm. Xüsusilə, İslam barədə sizə təqdim olunan sima barədə. Ötən iki onillikdə, xüsusilə Sovet İttifaqının süqut etməsindən sonra, bu böyük dini qorxunc bir düşmən kimi qələmə vermək istiqamətində bir çox səylər göstərilib. Təəssüflər olsun ki, qorxu və nifrət hissini təhrik və ondan sui-istifadə etmək Qərbin siyasi tarixində uzun keçmişə malikdir.

Qərbin indiyə kimi aşılamağa çalışdığı qorxu hissləri barədə danışmaq istəmirəm. Müasir tarix barədə aparılan həssas araşdırmalara ötəri bir nəzər salmaq ilə siz, Qərb dövlətlərinin rəftarlarının sədaqətdən nə qədər uzaq olduğunu anlaya, onların digər xalqlar və mədəniyyətlər ilə ikiüzlü rəftarlarının necə tarixin yaddaşından çıxarılmasına səy göstərildiyini dərk edə bilərsiniz.

Amerika və Avropa tarixi quldarlığa görə xəcalətli, müstəmləkəçiliyə görə utanc içində, xristian olmayan və rəngli dərililərin repressiya edilməsinə görə isə rahatsızlıqlarla doludur. Sizin tədqiqatçılarınız və tarixçiləriniz din adına katoliklər və protestantlar arasında axıdılan qanlara və ya 1-ci və 2-ci dünya müharibələri zamanı xalqlar adına törədilən qırğınlara görə son dərəcə xəcalət çəkirlər.

Sonu görünməyən bu siyahının bəzi hissələrinə işarə etməklə, tarixi yenidən xatırlatmaq istəmirəm. Əksinə, sizdən istəyirəm ki, öz ziyalılarınızdan soruşasınız ki, nə üçün qərblilərin vicdanı bir neçə onillikdən sonra oyanıb? Nə üçün ümumi vicdan sadəcə uzaq keçmiş barədə nəzərdən keçirilir və cari məsələlərə şamil edilmir? Nə üçün bu səylər İslam təfəkkürü və mədəniyyətinin repressiya edilməsi kimi mühüm məsələlər barəsində olan ümumi oyanışı önləmək üçün həyata keçirilir?

Siz yaxşı bilirsiniz ki, "başqaları" adına rəvac verilən nifrət, qorxu və təhqir hissi, zorakıların maraqlarını təmin etmək üçün əsas baza sayılır. İndi, sizdən istəyirəm ki, özünüzdən soruşasınız ki, nə üçün İslam və müsəlmanlar qorxu və nifrətin genişləndirilməsi kimi köhnə bir siyasətin bu qədər geniş hücumlarına məruz qalır? Nə üçün dünyadakı qüdrət strukturu İslam düşüncəsini sıradan çıxartmağa çalışır? İslamın hansı düşüncə və dəyərləri super güclərin yolunda maneələrə səbəb olub? O, hansı maraqlardır ki, yalnız İslamın simasını təhrif etmək və üzərinə kölgə salmaqla amanda qala bilər?

Mənim birinci istəyim budur: İslamın simasının ləkələnməsi siyasətinin arxasında duran maraqlar barədə araşdırmalar aparıb, mütaliələr edin.

İkinci istəyim, düşüncələri yayındırmaq və insanları doğru yoldan uzaqlaşdırmaq üçün hesablanmış iri həcmli səylərə reaksiya olaraq, İslam dini ilə bağlı birinci mənbədən və birbaşa formada məlumat əldə edəsiniz. Doğru olan məntiq sizlərin, sizləri qorxutmağa çalışdıqları məsələlərin həqiqi mahiyyəti və cövhəri barədə düzgün idraka malik olmanızı tələb edir.

Sizlərdən, mənim və ya digərlərinin İslam dini ilə bağlı anlayışını qəbul etməyinizi istəmirəm. Sizdən istədiyim, bu gün dünyada təsirli olan dinamizm və həqiqətin sizə, təəssüb və xurafat ilə qarışmış formada təqdim edilməsinə icazə verməməyinizdir. Onlara icazə verməyin ki, muzdlu terrorçularını sizlərə İslamın nümayəndəsi kimi təqdim etsinlər.

İslamla bağlı məlumatları birbaşa olaraq onun əsas qaynağından əldə edin. İslama dair məlumatları Qurandan və onun böyük peyğəmbərinin həyatından əldə edin. Sizdən istəyirəm ki, birbaşa olaraq müsəlmanların Quranına müraciət edəsiniz, onu oxuyasınız. Sizin indiyə qədər İslam Peyğəmbərinini(s.ə.s) həyatı və o həzrətin insani prinsipləri barədə hər hansı bir mütaliəniz olubmu? İslamın müraciətini medialardan başqa, digər mənbələrdən əldə edibsinizmi?

İndiyə qədər özünüzdən soruşubsunuz ki, İslamın dəyərləri necə və hansı yolla dünyada ən iri elmi və intellektual sivilizasiyanı yaratmağa, əsrlər boyu dünyanın ən görkəmli alimləri və mütəfəkkirlərini yetişdirməyə nail olub?

Mən sizdən istəyirəm ki, sizinlə həqiqət arasında alçaldıcı və narahatedici bir burulğan yaratmalarına və həqiqət barədə ədalətli şəkildə qərar vermənizə xələl gətirmələrinə icazə verməyəsiniz. Bu gün medialar coğrafi sərhədləri aşıblar. Buna baxmayaraq onlara, sizləri öz saxta düşüncələri və təsəvvürləri ilə mühasirəyə almaq icazəsi verməyin.

Baxmayaraq ki, heç kəs yaranmış bu boşluqları təklikdə doldura bilməz, amma, sizin hər biriniz bu boşluqları doldurmaq, özünüzü və ətrafınızdakı insanları aydınlatmaq üçün düşüncə və ədalət arasında bir körpü ola bilərsiniz. Siz və İslam arasındakı bu problemin qeyri-ixtiyarı olmasına rəğmən, sizin daim axtarışda olan maraqla dolu zehninizdə yeni sualların yaranmasına səbəb ola bilər. Bu suallara cavab tapmaq istəyir, yeni həqiqətlərin kəşf edilməsi üçün dəyərli fürsətə çevrilə bilər.

Bu üzdən, İslamla bağlı doğru və qərəzsiz bir anlayışa malik ola bilmək üçün yaranmış bu fürsəti itirməyin və sizin, həqiqətlərin kəşf edilməsinə məsuliyyətli yanaşmanız sayəsində gələcək nəsillər İslam və Qərb arasındakı münasibətləri heç bir ağrı və acı çəkmədən, düşmənçilik hissi bəsləmədən, tam vicdanlı və aydın formada qələmə almış olsunlar.

Seyid Əli Xamenei

21 Yanvar 2015

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

 
user comment