Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD terror qruplaşmasının silahlıları İraqda ən qədim məscidlərdən birini - Əl Faruk məscidini partladıblar.
Anbar əyalət administrasiyasının rəsmi nümayəndəsi Süleyman əl Kabisi məscidin tamamilə dağıdıldığını bildirib.
Qeyd edək ki, Ər Ramadi şəhərindən 90 km qərbdə yerləşən Əl Faruk məscidinin əsası VII əsrin birinci yarısında xəlifə Ömər ibn əl Xəttab tərəfindən qoyulub.
İŞİD silahlıları bir ildən az müddətdə İraqda 30-dək böyük tarixi əhəmiyyətə malik dini tikilililəri söküblər
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir